Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Prezident bu qanunu təsdiqlədi Siyasət
  • Narkotiklə bağlı cinayət törədənlərin SAYI Kriminal
  • İş axtaranların NƏZƏRİNƏ – Agentlik vakansiya elan etdi Cəmiyyət
  • Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb Hadisə
  • Ceyhun Bayramov: Xəzərdəki azalmaları aşkar görmək mümkündür Ölkə
  • İlham Əliyev və Şavkat Mirziyoyev “Yeni Daşkənd”də ağac əkdilər – VİDEO Siyasət
  • Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınıb Cəmiyyət
  • Kreml: Qərbin Ukraynadakı istənilən silah müəssisəsini vuracağıq  Dünya

Böyük Qayıdış: Yenidən doğma yurda çevrilən torpaqlar

Posted on 18 Sentyabr 2026 By admin Şərh yoxdur Böyük Qayıdış: Yenidən doğma yurda çevrilən torpaqlar

“Doğma torpağa qayıdış, xüsusilə onilliklərlə davam edən məcburi ayrılıqdan sonra, sadəcə yaşayış yerinin dəyişməsi demək deyil. Bu gün minlərlə azərbaycanlı ailə üçün Qarabağa aparan yol təkcə yeni evə deyil, həm də bir neçə nəslin yaddaşında yaşatdığı doğma torpaqla bağların bərpasına aparan yoldur. Məhz buna görə Böyük Qayıdış yalnız dövlətin həyata keçirdiyi köçürülmə proqramı deyil. Bu, yenidən öz evlərinin qapısını açan, şəhər və kəndlərə gündəlik həyatın ritmini qaytaran insanların taleyidir. Hazırda bu proses Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə xüsusilə aydın şəkildə müşahidə olunur”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, bir müddət əvvələ qədər bu ərazilər məcburi köçkünlük və uzun illər davam edən ayrılıqla assosiasiya olunurdu. Bu gün isə ailələr doğma yurdlarına qayıdır, yaşayış məhəllələri bərpa edilir, məktəblər və tibb müəssisələri yaradılır. Lakin baş verən ən mühüm dəyişikliyi kvadratmetrlərlə ölçmək mümkün deyil: bu torpaqlar yenidən insanların yaşadığı məkana çevrilir.

Bu il avqust ayının ortalarına olan məlumata görə, Xankəndi şəhərində və Kərkicahan qəsəbəsində artıq 119 qayıtmış ailə – 500-dən çox sakin yaşayır. Xocalı rayonunda bu proses daha geniş miqyas alıb. Xocalı şəhərində və ətraf kəndlərdə ümumilikdə 1,1 mindən çox ailə, yəni 4,8 mindən artıq insan məskunlaşıb. Xocavənd şəhərində və rayonun yaşayış məntəqələrində artıq minə yaxın ailə – 4 mindən çox sakin yaşayır. Ağdərə rayonunda da nəzərəçarpacaq dinamika müşahidə olunur: burada qayıdan ailələrin sayı 900-ü, sakinlərin sayı isə 3,5 mini ötüb. Bu rəqəmlərin hər birinin arxasında ayrıca bir insan taleyi dayanır. Söhbət onilliklər boyu özlərinin və ya valideynlərinin doğulduğu yerlərdən uzaqda yaşamış insanlardan gedir. Gənc nəsil üçün Qarabağ uzun müddət yalnız ailə xatirələrində və böyüklərin danışdığı hekayələrdə mövcud olub. İndi isə yalnız məcburi köçkünlük taleyini yaşamış nəsil deyil, onların övladları və nəvələri də doğma yurda qayıdır. Bununla da zamanında qırılmış nəsillərarası bağlılıq yenidən bərpa edilir. Bununla yanaşı, qayıdış yalnız mənzillə təminat demək deyil. İnsanların daimi yaşayışı üçün yollar, məktəblər, tibbi xidmət, məşğulluq imkanları və bütövlükdə müasir yaşayış mühiti yaradılmalıdır. Azərbaycanın həyata keçirdiyi model də məhz kompleks yanaşmaya əsaslanır: yaşayış məntəqələri ayrı-ayrı yaşayış massivləri kimi deyil, insanların uzunmüddətli və dolğun həyat sürə biləcəyi məkanlar kimi yenidən qurulur.

Millət vəkilinin fikrincə, bu mənzərə Xocalının timsalında xüsusilə aydın görünür: “Xocalının tarixi Azərbaycanın milli yaddaşında müstəsna yer tutur. Onilliklər ərzində bu şəhərin adı ilk növbədə 1992-ci ilin fevralında baş vermiş faciəni xatırladıb. Bu yaddaşı şəhərin tarixindən ayırmaq nə mümkündür, nə də buna ehtiyac var. Lakin bu gün həmin tarixi yaddaşın yanında yeni bir məna da formalaşır – həyatın doğma yurda qayıdışı. 2024-cü ilin may ayında ilk sakinlər bərpa edilmiş Xocalıya qayıtdılar. Sonrakı dövrdə bu proses həm şəhərin özündə, həm də rayonun kəndlərində davam etdi. Azərbaycan xalqının üzləşdiyi faciənin ən ağır rəmzlərindən birinə çevrilmiş Xocalı bu gün yenidən öz sakinlərinin səsi ilə canlanır. İnsanların doğma torpaqlarında normal həyata qayıtmaq imkanı əldə etməsi isə tarixi ədalətin bərpasının mühüm təzahürlərindən birinə çevrilir. Bu yaşayış məntəqələrinin bəzilərinin adları yaxın keçmişədək daha çox hərbi məlumatlarda səslənirdi. Müharibədən sonrakı bərpanın uğuru isə müəyyən mənada istifadə etdiyimiz anlayışların dəyişməsində də özünü göstərir: artıq “təmas xətti” əvəzinə “yaşayış məhəlləsi”, “məcburi köçkün” əvəzinə isə “öz şəhərinin sakini” ifadələri işlədilir”.

Sevinc Fətəliyeva qeyd edib ki, Böyük Qayıdışın miqyasını yalnız bugünkü rəqəmlərlə qiymətləndirmək doğru olmazdı. Bu, uzun illəri əhatə edən və regionun gələcək inkişafının möhkəm əsaslarını formalaşdıran prosesdir. Məskunlaşan hər bir yeni ev iş yerlərinə, təhsilə, ticarətə və xidmətlərə tələbat yaradır. Beləliklə, əhalinin qayıdışı özü də ərazilərin sonrakı inkişafını sürətləndirən mühüm amilə çevrilir. Son üç onillik ərzində Azərbaycanda ailələrinin doğma kənd və şəhərlərini tanıyan, lakin heç vaxt orada yaşamayan bütöv bir nəsil yetişib. Bu baxımdan Böyük Qayıdış eyni zamanda həm keçmişə, həm də gələcəyə yönəlmiş prosesdir. O, insanlarla doğma torpaq arasındakı tarixi bağlılığı bərpa etməklə yanaşı, həmin ərazilərdə tamamilə yeni yaşayış mühiti yaradır.

“Əsl qayıdış insanın öz gələcəyini yenidən bu torpaqla bağladığı zaman baş verir – burada çalışdığı, övladlarını böyütdüyü, ev qurduğu və gələcək planlarını doğma yurdu ilə əlaqələndirdiyi zaman. Yolları bərpa etmək, binalar tikmək, kommunikasiyalar çəkmək mümkündür. Lakin ərazinin əsl dirçəlişi həmin torpaqlara insanın qayıtması ilə başlayır. Məhz insanlar baş verən dəyişikliklərin dönməz xarakter daşıdığının ən mühüm göstəricisidir. Böyük Qayıdışın əsas mahiyyəti də bundadır: Qarabağ yenidən yalnız tarixi yaddaşın yaşadığı torpaq deyil, minlərlə azərbaycanlı ailənin bu günü və gələcəyi öz Vətəni ilə bağladığı doğma yurda çevrilir”- deyə, deputat vurğulayıb.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Hadisə yerinə ilk onlar çatır – VİDEO

Related Posts

  • Faktiki hava açıqlandı Ölkə
  • Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər – VİDEO Ölkə
  • 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi – DTX-dən XÜSUSİ ƏMƏLİYYAT Ölkə
  • Bakıda ən çox bina bu rayonda söküləcək Ölkə
  • Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi – FOTO Ölkə
  • Sabahdan leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Alimlər Nepalda dağıdıcı daşqının səbəbini tapdı Dünya
  • Britaniyanın yeni səfiri Azərbaycan dilini belə öyrənib Ölkə
  • Anar Nəcəfli AAYDA-dan getməyib Cəmiyyət
  • Donor tapa bilmədi – 9 ay donuz böyrəyi ilə yaşadı Dünya
  • Səssizliyə qərq olmuş ölkələr: Dünyanın ən sakit və ən səs-küylü yerləri – SİYAHI Dünya
  • Dehliyə uçan təyyarə Bakıya eniş etdi Ölkə
  • 13 nəfərin meyiti tapıldı – Ötən həftənin dəhşətli statistikası Hadisə
  • El-Nino Avropada havaya təsir edəcək: Qış necə keçəcək? Dünya

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by