Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Argentina millisinin ulduzu “Çelsi”də İdman
  • İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı Dünya
  • Qışda bu dərmanları evinizdən əskik etməyin! – FOTOLAR Cəmiyyət
  • Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ – FOTO/VİDEO Siyasət
  • Arzu Əliyevadan Mehriban Əliyeva ilə bağlı paylaşım – FOTO Ölkə
  • Bakıdakı dəbdəbəli toya Alessandro Safina, Murat Boz gəldi Cəmiyyət
  • Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı Cəmiyyət
  • General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi Cəmiyyət

İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi

Posted on 23 Avqust 2026 By admin Şərh yoxdur İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi

İranda ölkənin enerji ehtiyatlarını əhəmiyyətli dərəcədə artıracaq yeni təbii qaz yatağı aşkarlanıb.

Bunu İranın neft naziri Möhsün Paknejad bildirib.

O, Fars vilayətinin cənubunda yerləşən yataqda 7,5 trilyon kub futdan çox təbii qaz ehtiyatının olduğunu açıqlayıb.

Məlumata görə, yataqdakı qazın təxminən 5,7 trilyon kub futunun hasil edilə biləcəyi hesablanır.

Paknejad kəşfin İranın milli enerji ehtiyatlarına ciddi töhfə verəcəyini və ölkənin gələcək illərdə enerji tələbatının qarşılanmasında mühüm rol oynayacağını bildirib.

Nazirin sözlərinə görə, yataqdan hasil edilə biləcək qazın həcmi Cənubi Pars yatağının bir fazasının təxminən 15 illik hasilatına bərabərdir.

Paknejad yataqda təbii qazla yanaşı, əhəmiyyətli həcmdə qaz kondensatı da aşkarlandığını bildirib.

Nazir yeni ehtiyatların ümumi dəyərinin İranın enerji aktivlərinə on milyardlarla dollar əlavə edə biləcəyini qeyd edib.

Yatağın mühüm üstünlüklərindən birinin qazın “şirin” olması olduğu vurğulanıb. Bu xüsusiyyətin qazın emalı və hasilatı ilə bağlı xərcləri azaltmağa imkan verəcəyi bildirilir.

İran Neft Nazirliyi yatağın işlənməsi ilə bağlı kəşfiyyat və hazırlıq işlərinə mümkün qədər tez başlamağı planlaşdırır. Hasil olunacaq qazın isə əsasən sənaye müəssisələri, elektrik stansiyaları və yüksək enerji istehlak edən digər sahələrə yönəldilməsi nəzərdə tutulur.

Dünya

Yazı naviqasiyası

Previous Post: Ukraynanın zərbələrinə Putindən REAKSİYA
Next Post: Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub – FOTOLAR

Related Posts

  • Acun Ilıcalı məhkəmədə “Fənərbağça”ya qalib gəldi Dünya
  • “Starship” üçün yeni kosmodrom inşa ediləcək Dünya
  • “OpenAI” süni intellekt modellərinin təlimini dayandırdı – SƏBƏB Dünya
  • El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər Dünya
  • Ankaranın yuxusu ərşə çəkilib: Qara dənizdə müharibə təhlükəsi böyüyür Dünya
  • Kreml: Qərbin Ukraynadakı istənilən silah müəssisəsini vuracağıq  Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ XƏBƏR Mədəniyyət
  • 19 il azadlıqdan məhrum olunan məhkum polkovnikə zor tətbiq edib? – Amal Zülfüqarlının cinayət işi Kriminal
  • Rusiyaya girişi qadağan olunmuşdu – Həbs olundu Cəmiyyət
  • Ceyhun Bayramov İsveçin yeni səfiri ilə görüşüb Ölkə
  • Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ – FOTO/VİDEO Siyasət
  • Azərbaycan millisinin qapıçısı yeni kluba keçdi İdman
  • Yeni təmayül modeli üçün müəllim seçimi davam edir Təhsil
  • Şahbuzun bəzi hissələrində işıq olmayacaq Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by