Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Qubada kişi otbiçən mişarla qadına hücum edib – Təfərrüat Kriminal
  • Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiriblər – FOTOLAR Cəmiyyət
  • Azərbaycan səhiyyəsinə ağır itki – Əməkdar həkim vəfat etdi Cəmiyyət
  • Sabah Sumqayıtda qaz olmayacaq Cəmiyyət
  • Şəkidə faciəvi şəkildə ölən şəxs dövlət qurumunun əməkdaşı imiş  Hadisə
  • Rəqs müəllimlərini tənqid etdi Mədəniyyət
  • DYP sürücülərə xəbərdarlıq etdi – VİDEO Cəmiyyət
  • Xadiməni aldadıb 3 min almışdı – Üstünə 750 manat qoyub qaytardı Cəmiyyət

Aazərbaycanda maaş kartları ilə bağlı yeni qayda – Vətəndaş nə qazanacaq?

Posted on 12 Avqust 2026 By admin Şərh yoxdur Aazərbaycanda maaş kartları ilə bağlı yeni qayda – Vətəndaş nə qazanacaq?

Azərbaycan Mərkəzi Bankının hazırladığı yeni mexanizm maaş və pensiya kartları bazarında rəqabəti artırmağı, vətəndaşlara isə bank seçimi azadlığı verməyi hədəfləyir. Yeni qaydalara əsasən, insanlar əməkhaqqı və pensiyalarının istədikləri bank hesabına köçürülməsini seçə biləcəklər.

Bu dəyişiklik banklar arasında xidmət keyfiyyəti və komissiyalar üzrə rəqabətə necə təsir göstərəcək? Vətəndaşların bank seçimi hüququ maliyyə xidmətlərinin keyfiyyətini artıracaq, yoxsa yeni problemlər yaradacaq?

Ölkə.az xəbər verir ki, məsələni “AzPolitika”ya şərh edən iqtisadçı-ekspert Günay Hüseynova deyib ki, Azərbaycan Mərkəzi Bankının hazırladığı yeni mexanizm uzun illərdir Türkiyədə uğurla tətbiq olunur və vətəndaşlara daha geniş seçim imkanı yaradır.

 

 

Onun sözlərinə görə, yeni qaydalara əsasən əməkhaqqı və pensiya kartlarını vətəndaşlar birdəfəlik seçim əsasında istədikləri bank vasitəsilə əldə edə biləcəklər: “Bu isə banklar arasında rəqabətin güclənməsinə, xidmət keyfiyyətinin yüksəlməsinə və müştərilərə daha sərfəli təkliflərin təqdim olunmasına şərait yaradacaq. Türkiyə təcrübəsi bu modelin səmərəli olduğunu göstərir. Belə ki, yeni mexanizm tətbiq edilərkən banklar müştəriləri cəlb etmək üçün müxtəlif kampaniyalar həyata keçiriblər. Məsələn, banklardan biri pensiyasını həmin bank vasitəsilə almağı seçən vətəndaşlara birdəfəlik bir aylıq pensiya məbləği qədər bonus ödəyirdi. Digər bank isə taksit kartları ilə edilən alış-verişlərə müəyyən müddət ərzində faizsiz ödəniş imkanı təqdim edirdi”.

Günay Hüseynova vurğulayıb ki, xüsusilə yaşlı insanların böyük hissəsində eşitmə problemi müşahidə olunur. Bu baxımdan, eşitmə cihazlarının taksitlə və ya faizsiz şərtlərlə alınmasına imkan yaradan kampaniyalar pensiyaçılar üçün ciddi üstünlük hesab edilə bilər: “Belə təşviqlər vətəndaşların bank seçiminə də müsbət təsir göstərir. Vətəndaş üçün əsas meyar bankın adı deyil, təqdim etdiyi xidmətin keyfiyyəti, təhlükəsizlik səviyyəsi, əlavə üstünlüklər və bankomatların əlçatanlığıdır. Əgər bu amillər təmin olunursa, vətəndaş üçün vəsaiti hansı bankın bankomatından çıxarmasının ciddi fərqi qalmır. Yeni mexanizm də məhz bankları müştəri məmnuniyyətini artırmağa və daha rəqabətli xidmətlər təqdim etməyə sövq edəcək”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: “Qalatasaray”ın əsas hədəfi
Next Post: Bu rayonlarda əməliyyat keçirildi – Saxlanılanlar var

Related Posts

  • Suda boğulmaların əsas səbəbləri bunlardır Cəmiyyət
  • “Beniz”in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi – FOTO Cəmiyyət
  • Bakının mərkəzində “dərəbəylik”, birinin pəncərəsi bağlanır, digərinin yolu kəsilir – FOTO Cəmiyyət
  • Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı Cəmiyyət
  • Avtobusda nağdsız ödənişlərin payı açıqlandı Cəmiyyət
  • Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayıldı Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir – Həkimlərdən xəbərdarlıq Cəmiyyət
  • 1 saat danışdılar – Lavrov və Rubio nəyi müzakirə etdi? Siyasət
  • Dünyada Rusiyaya nifrət artır – Pamfilova Siyasət
  • Gələcəyin iqtisadi nəhəngi Hindistanla əməkdaşlıq nə vəd edir? Ölkə
  • Solomon adaları yaxınlığında güclü zəlzələ olub Dünya
  • Vaqif Sadıqova yeni VƏZİFƏ VERİLDİ Cəmiyyət
  • Kosmosda sakitlik olacaq? – Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz Dünya
  • Azərbaycanın valyuta ehtiyatları 16% artdı İqdisadiyyat

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by