“Bulgari” brendini yüksək moda dünyasında qlobal səviyyəyə çıxaran italiyalı zərgər Paolo Bulqari 89 yaşında vəfat edib.
Bu haqda “La Repubblica” nəşri məlumat yayıb.
Dəfn mərasiminin noyabrın 23-də Romada keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, məşhur zərgərlik brendinin tarixi İtaliya paytaxtı ilə sıx bağlıdır. Şirkətin əsası Paolonun babası, yunan əsilli mühacir Sotirio Bulqari tərəfindən qoyulub.