Qazaxıstanda virus yayılması səbəbindən Almatı şəhərinin 14 000-dən çox sakini tibbi yardım üçün müraciət edib.
Təxminən 3 000 uşaq xəstəxanaya yerləşdirilib.
Yoluxanlar bir neçə gün ərzində yüksək hərarətdən əziyyət çəkirlər. Bəzi hallarda temperatur 40 dərəcəni keçir və dərmanlarla aşağı düşmür. Simptomlar arasında həmçinin titrətmə, bədən ağrıları, boğaz ağrısı, güclü öskürək və baş ağrısı müşahidə olunur. Bəzi xəstələrdə qusma və ishal da yaranır.
Valideynlər bildirirlər ki, dərman qəbulundan sonra uşaqların vəziyyəti bəzən yaxşılaşır, lakin bu, cəmi bir neçə saat davam edir, sonra hərarət yenidən yüksəlir. Bəzi böyüklər uşaqları ilə birlikdə həkim qəbulunu gözləyərkən virusa yoluxduqlarını iddia edirlər.
“Bəzi valideynlər artıq virusu “əldən salan virus” adlandırırlar”, – məlumatda qeyd olunur.