Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • DİM universitetə qəbul oluna bilməyənlərə yeni şans verdi Təhsil
  • Britaniyanın yeni səfiri Azərbaycan dilini belə öyrənib Ölkə
  • Bu günə olan rəsmi valyuta məzənnələri İqdisadiyyat
  • Yol polisi sürücülərə müraciət etdi Cəmiyyət
  • “Danışsam, bu liqanı ifşa edəcəyəm” – VİDEO İdman
  • Qırıcı təyyarə hava şousu zamanı qəzaya uğradı – ANBAAN GÖRÜNTÜLƏR Dünya
  • “Erməni kilsəsi ruhanilər qrupu tərəfindən qəsb edilib” – Paşinyan Dünya
  • Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur Ölkə

Bu gündən “Nizami” və “28 May” stansiyaları arasında hərəkət dayandırılıb

Posted on 15 Avqust 2026 By admin Şərh yoxdur Bu gündən “Nizami” və “28 May” stansiyaları arasında hərəkət dayandırılıb

Bu gündən “AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır.

Tikinti işləri təxminən 10-11 ay davam edəcək və bu müddət ərzində qatarlar “Nizami” və “28 May” stansiyaları arasında fəaliyyət göstərməyəcək.

Layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun icra olunur.

Layihənin əsas məqsədi “qırmızı” və “yaşıl” xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.

İşlər tamamlandıqdan sonra “İçərişəhər” istiqamətinə gedən sərnişinlər “28 May”, “Dərnəgül” istiqamətinə gedənlər isə “Cəfər Cabbarlı” stansiyasının platformasından istifadə edəcəklər.

Bununla yanaşı, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirən və tikintisi artıq yekunlaşmaq üzrə olan ikinci sərnişin pilləkəni stansiyalar arasında daha rahat və sürətli keçidə imkan verəcək.

Layihənin icrası çərçivəsində “yaşıl” xəttə xidmət göstərəcək “Dərnəgül” elektrik deposunun inşaatının ikinci mərhələsi başa çatmaq üzrədir. Bununla da “Cəfər Cabbarlı” – “Nizami” mənzilini birləşdirəcək 200 metrlik yeni tunellərin inşasına başlanılır. Tikinti işləri təxminən 10-11 ay davam edəcək.

İnşaat dövründə metroda hərəkət aşağıdakı kimi təşkil olunacaq:

– “28 May” – “Nizami” mənzili: bu iki stansiya arasında sərnişindaşıma dayandırılacaq. Bununla əlaqədar aparılmış birgə təhlillər əsasında artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əlavə ekspres marşrutlar açılıb.

– “Qırmızı” xətt: “İçərişəhər” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunmaqla qatarlar “İçərişəhər” – “Əhmədli” marşrutu üzrə 2 dəqiqə 30 saniyəlik intervalla hərəkət edəcək. (“Əhmədli”- “Həzi Aslanov” mənzilində təmir başa çatanadək məkik hərəkət üzrə mövcud interval saxlanılacaq).

– “Yaşıl” xətt: Qatarlar “Dərnəgül” – “Nizami” marşrutu üzrə 3 dəqiqə 30 saniyəlik intervalla fəaliyyət göstərəcək.

– “Cəfər Cabbarlı” – “Xətai” mənzili: Məkik hərəkət rejimi dəyişməz qalacaq (interval 7 dəqiqə).

– “Bənövşəyi” xətt: “Xocəsən” – “8 Noyabr” marşrutu üzrə 8 dəqiqəlik interval qüvvədə saxlanılacaq.

“Qırmızı” xətt üzrə isə “İçərişəhər” dönmə kamerasının tikintisi davam edir və layihənin 2028-ci ilin ikinci yarısında tamamlanması planlaşdırılır. Bu infrastrukturlar tam istifadəyə verildikdən sonra hər iki xətt üzrə intervalların 2 dəqiqəyədək azaldılması mümkün olacaq.

“28 May” və “Nizami” stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub. Belə ki, AYNA tərəfindən əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Bu gündən etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə verilib. Bundan başqa bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı sabahdan artırılacaq.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.

Yeni ekspres xətlər bunlardır:

M1 – Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında;

M2 – Metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında;

M3 – Metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları arasında;

M4 – Metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları arasında;

M5 – Metronun “20 Yanvar” və “Gənclik” stansiyaları arasında;

M6 – Metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında.

Qeyd edək ki, avtobuslar ödənişli əsaslarla fəaliyyət göstərir.

Əlavə olaraq 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165,199, 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı azaldılacaq.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: “Barselona”, yoxsa “Real”? – Superkompüter favoriti seçdi
Next Post: Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz

Related Posts

  • Şahbuzun bəzi hissələrində işıq olmayacaq Cəmiyyət
  • Nazir onu şöbə müdiri təyin etdi – FOTO Cəmiyyət
  • Sabahdan Bakıda 6 yeni ekspres marşrut işə düşəcək Cəmiyyət
  • Mingəçevirdə İlham İsmayılov sakinlərlə səyyar görüş keçirib Cəmiyyət
  • Avqustun sonunda 3 bürcün həyatı dəyişəcək – Yeni imkanların qapısı açılır Cəmiyyət
  • Yalnızlıq ömrü qısaldır – Kişilər daha çox risk altındadır Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • ABŞ Çinin “haker ordusu”nun izinə düşdü: İki platforma ələ keçirildi Dünya
  • Keçmiş məktəb direktoru vəfat etdi – FOTO Cəmiyyət
  • Əkrəm İmamoğlu CHP-dən istefa verib Dünya
  • Birləşmiş Ştatların uduzmasını istəyirlər – Tramp Siyasət
  • 10 gün sonra Əvəz Zeynallının qızının nişan mərasimi olacaqmış Cəmiyyət
  • Erlinq Halanddan klub karyerasında yeni rekord İdman
  • “Sabah” “Zirə”ni darmadağın etdi İdman
  • Zərdabda xəsarət alanların son durumu AÇIQLANDI Hadisə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by