Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Bakıda ən çox bina bu rayonda söküləcək Ölkə
  • Bu ölkədə məhkəmə uşaqların sosial şəbəkəyə girişini qadağan edən qanunu blokladı Dünya
  • Sabah iki rayonda qaz olmayacaq Cəmiyyət
  • Meyitdən ürək transplantasiyası həyata keçirildi Dünya
  • Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi Dünya
  • Donor tapa bilmədi – 9 ay donuz böyrəyi ilə yaşadı Dünya
  • “Sisi” həbs edildi Dünya
  • İtkin-şəhid Akif Qurbanov Sulutəpədə dəfn edildi Ölkə

İrandan düzgün diplomatik yanaşma: Türkiyədəki bəzi siyasətçilər nümunə götürə bilərlər

Posted on 20 Oktyabr 2026 By admin Şərh yoxdur İrandan düzgün diplomatik yanaşma: Türkiyədəki bəzi siyasətçilər nümunə götürə bilərlər

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin Azərbaycanda məktəblərdə vahid geyim qaydaları ilə bağlı müzakirələrə münasibəti diplomatik üslubu ilə diqqət çəkib. İran rəsmisi dini dəyərlərin əhəmiyyətini vurğulamaqla yanaşı, Azərbaycan xalqının öz mövqeyini və ölkəsinin maraqlarını müstəqil müəyyənləşdirmək hüququna hörmət ifadə edib.

Bəqayi oktyabrın 20-də keçirdiyi həftəlik mətbuat konfransında Azərbaycanda hicabla bağlı müzakirələrə münasibət bildirib.

“Azərbaycan xalqı yetkin və bəsirətli xalqdır. Öz inanc və etiqadlarını, o cümlədən həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların əhəmiyyət verdiyi hicab məsələsini qorumaqla bağlı onlar ölkələrinin mənafelərini nəzərə alaraq, öz səslərini hökumətə necə və ən yaxşı şəkildə çatdıracaqlarını özləri müəyyənləşdirirlər”, – deyə İran XİN sözçüsü bildirib.

Bəqayi əlavə edib:

“Ümid edirik ki, yaxşı münasibətlərimizin olduğu və iki ölkə arasında qardaşlıq və dostluq bağlarının izahata ehtiyac duymadığı bu ölkədə məsələ qarşılıqlı anlaşma, ortaq dəyərlərin nəzərə alınması və xalqın əsas hüquqlarına hörmət əsasında həllini tapacaq”.

İran rəsmisinin açıqlamasında diqqətçəkən məqam onun dini dəyərlərə münasibət bildirərkən Azərbaycan xalqının iradəsini və ölkənin maraqlarını ön plana çıxarmasıdır.

Burada mühüm bir məsələni də xatırlatmaq lazımdır. Azərbaycanda hicaba ümumi qadağa tətbiq edilməyib. Müzakirə mövzusu yalnız ümumtəhsil müəssisələrində vahid məktəbli geyimi qaydalarının tətbiqidir. Bu iki anlayışın eyniləşdirilməsi məsələnin mahiyyətini təhrif edir.

İran XİN sözçüsünün açıqlaması Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi nümayəndələrinin eyni mövzuya münasibəti fonunda xüsusilə diqqət çəkir.

Xatırladaq ki, AKP-nin parlament fraksiyasının rəhbər müavini Leyla Şahin Usta və Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral Azərbaycanın məktəbli geyimi ilə bağlı qərarını tənqid edən açıqlamalarla çıxış ediblər. Bu bəyanatlar Azərbaycanda narazılıq doğurub və ictimai-siyasi müzakirələrin daha da kəskinləşməsinə səbəb olub.

Halbuki İran rəsmisinin son açıqlaması göstərir ki, hətta dini baxımdan həssas məsələlərə də başqa dövlətin suverenliyinə və xalqının qərarvermə hüququna hörmət etməklə münasibət bildirmək mümkündür.

Maraqlıdır ki, dini idarəçilik modelinə malik İranın rəsmi nümayəndəsi məsələyə daha təmkinli diplomatik üslubda yanaşdığı halda, Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyədə hakim partiyanın bəzi təmsilçilərinin açıqlamaları siyasi polemikaya səbəb olub.

Əslində, bu müqayisə üzərində düşünməyə dəyər.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər strateji müttəfiqlik və qardaşlıq prinsiplərinə əsaslanır. Lakin qardaşlıq bir ölkənin digərinin daxili qanunvericiliyinə dair qərarlarına müdaxilə etmək hüququ vermir. Əksinə, bu münasibətlər daha böyük məsuliyyət, qarşılıqlı hörmət və siyasi həssaslıq tələb edir.

Türkiyədəki bəzi siyasi şəxslər ilk gündən məsələyə daha təmkinli yanaşsaydılar, məktəbli forması ətrafında yaranmış fikir ayrılıqlarının bu səviyyədə siyasi polemikaya çevrilməsinin qarşısını almaq mümkün ola bilərdi.

Şübhəsiz ki, ayrı-ayrı siyasətçilərin bəyanatlarını bütövlükdə Türkiyə dövlətinin və ya türk xalqının mövqeyi kimi təqdim etmək düzgün deyil. Azərbaycan-Türkiyə qardaşlığı bir neçə siyasi açıqlamadan daha möhkəm təməllərə əsaslanır.

Bununla belə, mövcud vəziyyət diplomatiyada mühüm bir həqiqəti yenidən xatırladır: yalnız nə deyildiyi deyil, necə deyildiyi də böyük əhəmiyyət daşıyır.

İran XİN sözçüsünün açıqlaması göstərir ki, qonşu dövlətin həssas daxili məsələsinə münasibət bildirmək üçün sərt ritorikaya və siyasi təzyiq təsiri bağışlayan ifadələrə ehtiyac yoxdur.

Bəzən qarşılıqlı hörmət əsasında qurulan bir neçə diplomatik cümlə ən sərt siyasi bəyanatdan daha təsirli olur.

Bu baxımdan İran rəsmisinin seçdiyi üslub Türkiyədəki bəzi siyasətçilər üçün də diqqətəlayiq nümunə sayıla bilər. Xüsusilə söhbət qardaş və strateji müttəfiq ölkədən gedirsə, diplomatik məsuliyyət daha da böyük olmalıdır.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Rumıniyanın yeni baş naziri oldu
Next Post: Rusiyaya girişi qadağan olunmuşdu – Həbs olundu

Related Posts

  • Yolda təhlükəli yük daşıyan “Shacman”ı DYP belə saxladı Cəmiyyət
  • Aazərbaycanda maaş kartları ilə bağlı yeni qayda – Vətəndaş nə qazanacaq? Cəmiyyət
  • 16 yaşlı qızı ərə vermək istədilər – İşə polis qarışdı Cəmiyyət
  • Sabah Sumqayıtda qaz olmayacaq Cəmiyyət
  • Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir – Həkimlərdən xəbərdarlıq Cəmiyyət
  • 10 gün sonra Əvəz Zeynallının qızının nişan mərasimi olacaqmış Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Tanınmış iş adamı VƏFAT ETDİ – FOTO Cəmiyyət
  • “Sisi” həbs edildi Dünya
  • Azərbaycanla dostluğumuz güclüdür – Robert Kalinak Siyasət
  • Üç azyaşlı bir skuterlə əks istiqamətdə gedir – ANBAAN VİDEO  Hadisə
  • Bu yolda hərəkət üç gecə məhdudlaşdırılacaq Ölkə
  • Dünya bazarında qızıl ucuzlaşdı İqdisadiyyat
  • Xamenei müsəlman ölkələrinə çağırış edib Siyasət
  • Azərbaycanda ötən gün 9 odlu silah aşkarlanıb Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by