Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Toggle search form
  • Nazir Musa Paşayevə yüksək vəzifə verdi Cəmiyyət
  • Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək Dünya
  • Suda boğulmaların əsas səbəbləri bunlardır Cəmiyyət
  • Ankaranın yuxusu ərşə çəkilib: Qara dənizdə müharibə təhlükəsi böyüyür Dünya
  • Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınıb Cəmiyyət
  • 2026-cı ilin payız dəbinin 3 əsas rəngi Cəmiyyət
  • Əkrəm İmamoğlu CHP-dən istefa verib Dünya
  • Bu rayonlarda əməliyyat keçirildi – Saxlanılanlar var Hadisə

Avrasiyanın yeni qapısı: Naxçıvan necə logistika, enerji habına çevrilir

Posted on 13 Avqust 2026 By admin Şərh yoxdur Avrasiyanın yeni qapısı: Naxçıvan necə logistika, enerji habına çevrilir

“Naxçıvan uzun illər Azərbaycanın əsas hissəsindən ayrı düşmüş, nəqliyyat baxımından faktiki blokada şəraitində yaşamış bir region kimi tanınıb. Lakin indi bu coğrafiyanın taleyi dəyişir. 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalarla Cənubi Qafqazda formalaşan yeni reallıq Naxçıvanı sadəcə Azərbaycanın digər əraziləri ilə birləşdirəcək tranzit məkan olmaqdan çıxarıb daha böyük Avrasiya bağlantılarının mühüm həlqəsinə çevrilmə mərhələsinə qədəm qoyub. Başqa sözlə, məsələ artıq yalnız Naxçıvana yol çəkilməsindən getmir. Söhbət Naxçıvanın Şərq-Qərb, Şimal-Cənub və Cənub-Şimal-Qərb istiqamətlərinin kəsişdiyi çoxfunksiyalı logistika habına çevrilməsindən gedir”.

Bunu Ölkə.az-a açıqlamasında sabiq deputat İltizam Yusifov deyib.

O bildirib ki, bu perspektivi artıq beynəlxalq aktorların Naxçıvana olan marağı da təsdiqləyir. “Avropa İttifaqı Naxçıvan dəmir yolunun modernləşdirilməsinə dəstəyi və TRIPP-in icrası ilə bağlı Azərbaycanla əməkdaşlığa hazır olduğunu açıq şəkildə bəyan edib. 2026-cı ilin martında Azərbaycan və Aİ arasında qəbul edilmiş birgə sənəddə “Global Gateway” (Qlobal Qapı) çərçivəsində Naxçıvandan keçən dəmir yolu bağlantısının dəstəklənməsi xüsusi qeyd olunub”, – o vurğulayıb.
İ.Yusifov əlavə edib ki, Naxçıvanın xəritədə yeri dəyişir və əsas üstünlüyü də onun  yerləşçdiyi coğrafiyadır:

“Bir tərəfdən Azərbaycan, Mərkəzi Asiya və Çin istiqamətindən gələn yüklərin Qərbə çıxışı üçün Türkiyə üzərindən Avropa bazarlarına qapı açılır. Digər tərəfdən Culfa vasitəsilə İran və Fars körfəzi istiqaməti mövcuddur. Beləliklə, Zəngəzur bağlantısının reallaşması ilə Naxçıvanın qarşısında iki böyük istiqamət daha aydın görünür:
Şərq-Qərb xəttində Avropa-Türkiyə-Naxçıvan-Azərbaycan-Mərkəzi Asiya-Çin;
Şimal-Cənub istiqamətində isə Azərbaycan-Naxçıvan-Culfa-İran- Fars körfəzi-Pakistan-Hindistan -Yaxın Şərq.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Zəngəzur bağlantısının açılması Naxçıvanı Şərq-Qərb marşrutunun yeni qoluna çevirməklə yanaşı, Şimal-Cənub dəhlizinin ikinci istiqamətinin formalaşmasına imkan verə bilər. Prezident bu marşrutun Naxçıvandan Türkiyə-Avropa və İran-Fars körfəzi-Yaxın Şərq istiqamətlərində davam edəcəyini bildirib. Bu, Naxçıvanın statusunda fundamental dəyişiklik deməkdir. Naxçıvan dalan regionundan keçid regionuna, keçid regionundan isə qovşaq regionuna çevrilir”.

O əlavə edib ki, Orta Dəhliz deyəndə ilk növbədə Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa xətti yada düşür: “Lakin Naxçıvanın sistemə daxil olması bu xəritəni daha da şaxələndirir. Çünki Naxçıvan Orta Dəhlizin yalnız qərb istiqamətində davamı deyil, eyni zamanda cənuba açılan qapısıdır.

Mərkəzi Asiyadan və Çindən gələn yük Naxçıvan vasitəsilə Türkiyəyə, oradan isə Avropa bazarlarına çıxa bilər. Əks istiqamətdə isə Avropadan və Türkiyədən gələn yüklərin İran, Fars körfəzi, Pakistan, Hindistan və daha geniş Yaxın Şərq bazarlarına çıxışı üçün yeni imkan yaranır. Bununla da Naxçıvan Orta Dəhlizin  və Şimal-Cənub Dəhlizinin şaxələndirici qovşağına çevrilir. Bu mənada Naxçıvanın əhəmiyyəti Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Çin, Mərkəzi Asiya, Azərbaycan, Türkiyə, İran, Pakistan, Körfəz ölkələri və Avropa arasında yeni logistika kombinasiyaları formalaşa bilər.

Burada digər mühüm məqam isə ondan ibarətdir ki, Naxçıvanın gələcək rolunun ən mühüm tərəflərindən biri də Şimal-Cənub istiqamətidir. Bu xətt yalnız Rusiya ilə İran arasında yeni bağlantı yaratmır. O, Körfəz bazarlarına çıxışı da genişləndirir. Bundan əlavə olaraq Pakistan, Hindistan və digər Cənubi Asiya ölkələrindən gələn yüklərin İran və Naxçıvan üzərindən Türkiyə və Avropaya istiqamətləndirilməsi üçün də perspektiv yaranır. Eyni zamanda Körfəz ölkələrindən gələn yüklər İran-Naxçıvan-Türkiyə və Naxçıvan-Ermənistan-Gürcüstan-Qara dəniz vasitəsi ilə alternativ marşrutlara çıxa bilər.

Beləliklə, Naxçıvan yalnız Şərq-Qərb və Şimal-Cənub xətlərinin deyil, faktiki olaraq Şimal-Qərb, Şərq-Cənub və Cənub-Qərb istiqamətlərinin də birləşdiyi logistika platformasına çevrilir.
Prezident İlham Əliyevin hesablamasına görə, bu bağlantının tam formalaşmasından sonra yükötürmə qabiliyyəti 15 milyon tona çata bilər. Bu rəqəm Naxçıvanın iqtisadi həyatında ciddi dəyişiklik potensialı yaradır.

Məhz buna görədir ki, Avropa İttifaqının Naxçıvan dəmir yolu ilə bağlı marağı məsələnin başqa bir ölçüsünü ortaya çıxarır. Aİ artıq Naxçıvan dəmir yolunun modernləşdirilməsinə dəstəyi öz “Global Gateway” siyasəti çərçivəsində nəzərdən keçirir. Bu, Naxçıvanın yalnız regional layihə olmadığını göstərir. Avropa üçün məsələ alternativ və dayanıqlı bağlantıların yaradılması, Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi və təchizat zəncirlərinin şaxələndirilməsidir.
Daha maraqlısı budur ki, Prezidentin Naxçıvanda səsləndirdiyi yanaşmaya görə, dəmir yolu layihəsində beynəlxalq konsorsiumların iştirakı mümkündür, lakin nəzarət paketinin Azərbaycan dövlətində qalması əsas şərtdir. Bu yanaşma Azərbaycanın layihəyə münasibətini də göstərir: investora qapı açılır, lakin strateji nəzarət itirilmir. Bu, Naxçıvan dəmir yolunun gələcəkdə beynəlxalq logistika şirkətləri, yükdaşıma operatorları və potensial yük göndərən ölkələr üçün daha cəlbedici edilməsinə imkan verə bilər”.

Sabiq deputat hesab edir ki, Naxçıvanın ikinci strateji əhəmiyyəti alternativ yaşıl enerjisiyə malik olmasıdır: “Ona görə də Naxçıvanın gələcəyi yalnız relslərlə ölçülməməlidir. Naxçıvan artıq “yaşıl enerji zonası” elan edilib ki, bu da gələcək logistika modelini kökündən dəyişəcək. Çünki müasir logistika mərkəzi yalnız yükün saxlandığı və qatardan maşına keçirildiyi məkan deyil. O, enerji, rəqəmsal xidmətlər, məlumat mərkəzləri, elektrikləşdirilmiş nəqliyyat və istehsal infrastrukturu ilə birlikdə fəaliyyət göstərən kompleks iqtisadi ekosistemdir. Odur ki, Naxçıvanın qarşısında daha böyük perspektiv dayanır. Ona görə də Naxçıvanın gələcəyinin açar sözü “hab”dır.

Nəticədə Naxçıvan Avrasiyanın böyük nəqliyyat, enerji və rəqəmsal xəritəsində mərkəzi qovşaqlardan birinə çevrilə biləcək strateji platforma kimi çıxış edəcək. Ən mühüm məqam isə budur: Naxçıvan artıq yol gözləyən region deyil. Naxçıvanın özü yolun mərkəzinə çevrilir”.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Sabah Sumqayıtda qaz olmayacaq
Next Post: İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırdı

Related Posts

  • Naxçıvanda əhalinin sayı artıb Siyasət
  • Prezident bu qanunu təsdiqlədi Siyasət
  • İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırdı Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recent Posts

  • İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı
  • Trampa sui-qəsd cəhdi – sirr ortaya çıxdı
  • 2026-cı ilin payız dəbinin 3 əsas rəngi
  • Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək
  • Naxçıvanın yeni inkişaf salnaməsi yazılır

Recent Comments

Archives

  • Avqust 2026

Categories

  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • Siyasət
  • Təhsil
  • Uncategorized
  • Suda boğulmaların əsas səbəbləri bunlardır Cəmiyyət
  • İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı Cəmiyyət
  • “Sabah” dünənki insidentlə bağlı bəyanat yaydı İdman
  • Naxçıvanda əhalinin sayı artıb Siyasət
  • ABŞ-da hərbi təlim faciə ilə nəticələndi: 2 pilot öldü Hadisə
  • Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək Dünya
  • 2026-cı ilin payız dəbinin 3 əsas rəngi Cəmiyyət
  • Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi Dünya

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by