Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Kolleclərə qeydiyyat prosesinə başlanılır Təhsil
  • İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib – VİDEO Ölkə
  • Delap karyerasını bu klubda davam etdirəcək İdman
  • Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır Maraqlı
  • XİN: Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir Ölkə
  • Paytaxtın iki rayonunda su olmayacaq Ölkə
  • Tehran Avropadakı ABŞ bazalarını vuracaq? – Alyansdan təcili açıqlama Dünya
  • Xaçmazda iki ata övladını BIÇAQLADI Kriminal

“Haber Global”: “Sistemli təxribatlar nəticə vermir” – VİDEO

Posted on 20 Oktyabr 2026 By admin Şərh yoxdur “Haber Global”: “Sistemli təxribatlar nəticə vermir” – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə paylaşdığı mesaj Türkiyə mətbuatında geniş müzakirələrə səbəb olub. Bir sıra tanınmış jurnalistlər yazılarında iki ölkə arasındakı tarixi və strateji əlaqələrin əhəmiyyətini vurğulayıblar.

 Bu barədə “Haber Global” telekanalının hazırladığı süjetdə bəhs olunur.

Rəcəb Tayyib Ərdoğan oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik mesajı yayımlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırıb. O, Türkiyə ilə Azərbaycanın sevincdə də, kədərdə də bir olduğunu bildirib.

Yahya Bostan: “Azərbaycanın təhlükəsizliyi qırmızı xətdir”

“Yeni Şafak” qəzetində məqalə ilə çıxış edən jurnalist və “Haber Global”ın şərhçisi Yahya Bostan Türkiyənin xarici siyasətində Azərbaycanın təhlükəsizliyinin xüsusi yer tutduğunu qeyd edib.

“Türkiyə və Azərbaycan bir almanın iki yarısı kimidir. Dil, din və mədəniyyət ortaqdır. Əsas milli məsələlərdə həssaslıq eynidir. Türkiyə xarici siyasətində Azərbaycanın təhlükəsizliyini qırmızı xəttə çevirib. Bakı da çətin günlərində Ankaranın yanında olub”, – deyə Bostan yazıb.

O, Azərbaycanın Mərkəzi Asiyaya açılan qapı olduğunu, iki ölkənin isə xüsusilə enerji sahəsində güclü ticarət əlaqələrinə malik müttəfiqlər kimi çıxış etdiyini vurğulayıb.

Ahmet Hakan: “Bu mesaj fitnəni söndürəcək”

Jurnalist Ahmet Hakan Ərdoğanın bəyanatını Türkiyə-Azərbaycan münasibətlərini möhkəmləndirən mesaj kimi qiymətləndirib.

“Prezident Ərdoğanın mesajı adi mesaj deyil. Bu, fitnəni söndürəcək, qardaşlığı möhkəmləndirəcək mesajdır. “Araları dəysin” deyə gözləyənləri məyus edəcək mesajdır. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, – deyə Hakan bildirib.

Melih Altınok: “Süni mübahisələrə imkan verilməməlidir”

“Sabah” qəzetinin yazarı Melih Altınok isə sosial şəbəkələrdə Türkiyə ilə Azərbaycan arasında böhran olduğu barədə təsəvvür yaratmaq cəhdlərini tənqid edib.

O, iki ölkənin güclü tarixi və strateji əlaqələrə malik olmasına baxmayaraq, müstəqil dövlətlər olduğunu və hər birinin daxili işlərinin özünə aid olduğunu qeyd edib.

“Bu süni mübahisənin daha da uzanması hər iki ölkənin maraqlarına uyğun deyil”, – deyə Altınok vurğulayıb.

Məqalədə Türkiyə ilə Azərbaycanın uzun illər ərzində formalaşmış strateji tərəfdaşlıq və ortaq taleyə bağlılıq əsasında münasibətlərini davam etdirdiyi qeyd olunur.

 

Dünya

Yazı naviqasiyası

Previous Post: Sabah iki rayonda qaz olmayacaq
Next Post: Kiyevdə yarımstansiyaya zərbə endirildi – Metro fəaliyyətini dayandırdı

Related Posts

  • “Apple Music” Aİ mahnıları ilə bağlı qərar Dünya
  • Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü Dünya
  • Fransada hökumət etirazlarla bağlı orduya müraciət edəcək Dünya
  • Avropada temperatur +40 dərəcəyə yüksələcək Dünya
  • Avropada anomal isti meşə yanğınları və mərmilərin partlamasına səbəb olur Dünya
  • Almaniyada hərbi aerodromun yaxınlığına PUA düşdü Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bəqai: İranın şərtləri aydın və şəffafdır Siyasət
  • Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi – FOTOLAR Ölkə
  • Ağdamda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı Hadisə
  • Təbrizdən İrəvana uçuşlar bərpa olunur – Tarix açıqlandı Dünya
  • Qazaxıstan “Drujba” ilə Almaniyaya neft tədarükünü bərpa edə bilər Dünya
  • Bu ərazilərdə qaz olmayacaq Cəmiyyət
  • Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək Dünya
  • Azərbaycandan Ermənistana yük göndərildi – YENİLƏNİB Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by