Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Pis oxuyublar, dərsliklərə düşüblər – Uğursuz şagirdlərin böyük hekayələri Dünya
  • Emin Əmrullayev qalmaqallı direktoru işdən çıxardı Təhsil
  • Azərbaycanda qiymətlər 5,7% artıb İqdisadiyyat
  • TRIPP-in icrası müzakirə edildi Siyasət
  • Sabah bu ərazilərdə qaz olmayacaq Cəmiyyət
  • AFFA prezidenti “Sabah”ı təbrik edib İdman
  • Asif Əliyev: “Neftçi” – “Sabah” matçında heç-heçə olacağını düşünürəm” İdman
  • “Şamaxinka” istiqamətində yol açılıb, Biləcəri istiqamətində təmir davam edir – Anar Nəcəfli Ölkə

Birləşmə öncəsi “Bank Respublika”da nə baş verir? – Depozitləri əridi..

Posted on 15 Oktyabr 2026 By admin Şərh yoxdur Birləşmə öncəsi “Bank Respublika”da nə baş verir? – Depozitləri əridi..

“Bank Respublika” ASC 30 sentyabr 2026-cı il üzrə maliyyə hesabatını açıqlayıb.

 Sözügedən dövrə bankın cəmi aktivləri 2 mlrd 658 mln 619 min manat olub.

Aktivləri azaldı

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 59 mln 293 min manat və ya 2,1% azdır. Bankın müştərilərə verilmiş kreditlərinin həcmi isə illik müqayisədə 11,4% artaraq 1 mlrd 757 mln 756 min manat təşkil edib.

Bankın cəmi öhdəlikləri isə illik olaraq 4,5% azalaraq 2 mlrd 372 mln 796 min manata çatıb.

Depozit portfeli kiçildi

Həmçinin bu dövrdə müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmində də azalma müşahidə olunub. Belə ki, depozit portfelinin həcmi son bir ildə 418 mln 788 min manat və ya 27,6% azalaraq 30 sentyabr tarixinə 1 mlrd 96 mln 564 min manat olub. Depozit portfelində fiziki şəxslərin əmanətləri cüzi – 0,3% artaraq 604 mln 738 min manat olsa da, şirkətlərin depozitləri 2 dəfəyə yaxın – 421 mln 51 min manat azalaraq 491 mln 825 min manata düşüb.

Cari ilin üçüncü rübünün yekununda “Bank Respublikan”ın cəmi kapitalı 285 mln 822 min manat olub ki, bu da illik müqayisədə 23,7% çoxdur.

Səhmlərinin dəyərinə görə kapitalı artdı

Kapitaldakı bu artımın səbəbi bankın bir müddət əvvəl səhmlərinin dəyərini 2,45 manatdan 7,96 manata qaldırması ilə səhmdar kapitalının 240 mln 298 min manata yüksəlməsi olub.

Sözügedən dövrdə bankın faiz gəlirləri 240 mln 403 min manat, faiz xərcləri 95 mln 451 min manat, qeyr-faiz gəlirləri 36 mln 523 min manat, qeyri-faiz xərcləri isə 114 mln 306 min manat olub. Bank mümkün zərərlər üçün ehtiyatların yaradılmasına 4 mln 113 min manat ayırıb və mənfəətindən 12 mln 770 manat vergi ödəyib.

Nəticədə, bank cari ilin ilk 9 ayını 50 mln 285 min manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,32%-i Natiq Quliyevə, 18,46%-i Elçin Quliyevə, 8,47%-i Namiq Quliyevə, 5,45%-i Şakir Rəhimova, 4,22%-i SIDT-yə, 0,08%-i isə digər şəxslərə məxsusdur.

Xatırladaq ki, bir müddət əvvəl “Bank Respublika”nın “AccessBank”ın səhmlərinin 100%-ni satın alması ilə bağlı strateji əqd təsdiqlənib.

İqdisadiyyat

Yazı naviqasiyası

Previous Post: İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşdü – YENİLƏNDİ – FOTOLAR
Next Post: Şagirdin atası məktəbdə insident törətdi – Həbs olundu

Related Posts

  • Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır? – VİDEO İqdisadiyyat
  • Dünya bazarında qızıl ucuzlaşdı İqdisadiyyat
  • Ən “bahalı” rayonlarımız.. – Bu bölgələrdə yaşamaq daha çox pul tələb edir – SİYAHI İqdisadiyyat
  • Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı İqdisadiyyat
  • “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi” yenilənib İqdisadiyyat
  • Azərbaycan neftinin qiyməti 95 dolları keçib İqdisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Tramp tikintini sürətləndirdi: 250 işçi günün 20 saatı çalışır Dünya
  • Zərdabda xəsarət alanların son durumu AÇIQLANDI Hadisə
  • Kuşner: Tramp təkcə müharibəyə son qoymaq deyil, həm də Ukraynaya davamlı sülh üçün şərait yaratmaq istəyir Siyasət
  • Azərbaycanın Qarabağ və Rumıniyanın Maramureş regionları əməkdaşlıq edəcəklər Dünya
  • Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayıldı Cəmiyyət
  • Asif Əliyev: “Neftçi” – “Sabah” matçında heç-heçə olacağını düşünürəm” İdman
  • Şirvanda mağazadan oğurluq edildi Hadisə
  • Naxçıvanda əhalinin sayı artıb Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by