Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Arvadını boğdu, öldüyünü düşünüb – Polisə təslim oldu Hadisə
  • Suriyada tarixi qərar: Kürd qüvvələri hökumət ordusuna tam inteqrasiya olunur Dünya
  • Limonlu su ilə qarqara dişləri məhv edə bilər – Stomatoloqdan XƏBƏRDARLIQ Maraqlı
  • İki avtomobil nəhəngi Rusiya bazarına QAYIDIR İqdisadiyyat
  • Valideynlərin nəzərinə – Sabahdan başlayır Təhsil
  • Ərdoğandan xəbərdarlıq: İran-ABŞ gərginliyi Türkiyə iqtisadiyyatına da təsir edir Dünya
  • Nigar Fərhadın ərini DTX həbs edib – YENİ DETALLAR Cəmiyyət
  • Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı Cəmiyyət

İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı

Posted on 13 Avqust 202613 Avqust 2026 By admin Şərh yoxdur İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı

Son günlər Mingəçevirdə məişət tullantılarının vaxtında yığılmaması ilə bağlı vətəndaşların sosial şəbəkələrdə paylaşdığı narazılıqlar şəhərin gündəmini zəbt edib. Lakin məsələ ilə bağlı aparılan monitorinq ortaya başqa bir mənzərə çıxarıb: zibil qablarının ətrafındakı tullantıların heç də hamısının adi məişət zibilləri olmadığı bildirilir.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun tapşırığı ilə şəhərdə vəziyyətlə bağlı monitorinq keçirilib. Monitorinq zamanı müəyyən edildiyi bildirilir ki, tullantı qablarının ətrafına atılan zibillərin böyük hissəsini evlərdə aparılan təmir işlərindən yaranan tullantılar, eləcə də yaşayış obyektləri, kafelər, restoranlar və müxtəlif xidmət sahələrinin iri həcmli tullantıları təşkil edir.

Yəni məsələ təkcə “zibil niyə vaxtında yığılmır?” sualından ibarət deyil.

Əsas sual budur: iri həcmli tikinti və obyekt tullantılarını kim və niyə məişət tullantıları üçün nəzərdə tutulan qablara daşıyır?

Təbii ki, böyük həcmli tullantıların standart zibil qablarına sığmaması onların qabların ətrafına qalaqlanmasına gətirib çıxarır. Nəticədə isə küçələrdə xoşagəlməz mənzərə, antisanitar vəziyyət və şəhərin ümumi görünüşünə xələl gətirən görüntü yaranır.

Məsələ ilə bağlı Mingəçevər şəhərində yerləşən Mənzil İstismar Sahələrinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilib. İclasda əsas diqqət məişət tullantılarından kənar tullantıların yaşayış məntəqələrindəki tullantı qablarının ətrafına atılması probleminə yönəlib.

İcra hakimiyyətinin nümayəndəsi Elşən Əliyev bildirib ki, şəhərdə bu istiqamətdə nəzarət daha da gücləndiriləcək. Xüsusi texniki vasitələrdən, o cümlədən kamera görüntülərindən istifadə etməklə tullantıları qanunsuz şəkildə zibil qablarının ətrafına atan şəxslərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Belə şəxslərin inzibati məsuliyyətə cəlb olunacağı və 200 manatdan 300 manatadək cərimə ilə üzləşə biləcəyi bildirilib.

Zibil qabı “tikinti sahəsi” deyil!

Burada bir məsələni açıq demək lazımdır: zibil qabının yanına divar söküntüsü, tikinti qalıqları, iri həcmli məişət əşyaları və obyekt tullantıları töküb sonra “zibil niyə yığılmır?” deyə şikayət etmək heç də ədalətli yanaşma deyil.

Şəhərin təmizliyi yalnız kommunal xidmətlərin işi deyil. Şəhəri zibilləyən şəxsin də məsuliyyəti var.

Əgər bir obyekt sahibi və ya evində təmir aparan şəxs öz tullantısını adi məişət zibili ilə eyniləşdirib küçədəki konteynerin yanına atırsa, nəticədə həmin tullantının yaratdığı antisanitar vəziyyətin məsuliyyətini də yalnız kommunal xidmətin üzərinə qoymaq olmaz.

Amma digər tərəfdən, vətəndaşın şikayəti də avtomatik olaraq əsassız sayıla bilməz. Tullantıların vaxtında və düzgün yığılması, konteynerlərin sayının və yerləşdirilməsinin ehtiyaca uyğun olması da aidiyyəti qurumların məsuliyyətidir.

Ona görə də bu məsələdə həm tullantını atan, həm də tullantının idarə olunmasına cavabdeh olan tərəf öz məsuliyyətini yerinə yetirməlidir.

Mingəçevirin küçələri heç kimin şəxsi tullantı meydançası deyil.

Kamera nəzarətinin tətbiqi və qaydaları pozanların cərimələnməsi isə ən azı problemin bir tərəfinə — zibili haraya gəldi atanların məsuliyyətinə — ciddi yanaşmanın başlanğıcı ola bilər.

İndi əsas məsələ odur ki, bu nəzarət yalnız bir neçə gün davam edən kampaniyaya çevrilməsin. Çünki şəhərin təmizliyi kamera qarşısında deyil, hər gün və hər küçədə təmin edilməlidir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Trampa sui-qəsd cəhdi – sirr ortaya çıxdı
Next Post: Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 7 silah götürülüb

Related Posts

  • Zakir Həsənov və Elçin Quliyev keçmiş komandanları ilə belə vidalaşdılar – FOTOLAR Cəmiyyət
  • İkinci Dünya müharibəsinin veteranı, şəhid babası 102 yaşında vəfat etdi Cəmiyyət
  • Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir – Həkimlərdən xəbərdarlıq Cəmiyyət
  • Daha iki həkimin qanunsuzluğunun üstü açıldı Cəmiyyət
  • Keçmiş məktəb direktoru vəfat etdi – FOTO Cəmiyyət
  • Yeni sistemin yaradılması nə vəd edir? – DETALLAR AÇIQLANDI Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq Ölkə
  • Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var Hadisə
  • Xətaidə yaşayış binasında yanğın – VİDEO Hadisə
  • Rusiya Ordusu bu istiqamətdə hücuma hazırlaşır Siyasət
  • Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR İqdisadiyyat
  • Britaniyanın yeni səfiri Azərbaycan dilini belə öyrənib Ölkə
  • Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır Maraqlı
  • Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək İdman

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by