Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Bu il suda boğulanların sayı açıqlandı Cəmiyyət
  • Müğənni Tuğba Ekinçi saxlanıldı Dünya
  • Gələcəyin iqtisadi nəhəngi Hindistanla əməkdaşlıq nə vəd edir? Ölkə
  • Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır Maraqlı
  • “Sosial şəbəkələrə əyləncə kimi baxıram” – Qurban Qurbanov tənqidlərə cavab verdi İdman
  • Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb Hadisə
  • 19 il azadlıqdan məhrum olunan məhkum polkovnikə zor tətbiq edib? – Amal Zülfüqarlının cinayət işi Kriminal
  • Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq Ölkə

“Erməni kilsəsi ruhanilər qrupu tərəfindən qəsb edilib” – Paşinyan

Posted on 24 Sentyabr 2026 By admin Şərh yoxdur “Erməni kilsəsi ruhanilər qrupu tərəfindən qəsb edilib” – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Bütün Ermənilərin Katolikosu II Qaregini Erməni Apostol Kilsəsini qəsb etməkdə ittiham edib.

Paşinyan ofisi tərəfindən Erməni Apostol Kilsəsindəki vəziyyətlə bağlı hazırlanmış hesabatı nəzərdən keçirdiyini deyib:

“Erməni Kilsəsinin Böhranı haqqında hesabat müvafiq məqamları özündə əks etdirən hökumət proqramına uyğun olaraq və mənim tapşırığımla hazırlanıb. Buna baxmayaraq, hesabatı nəzərdən keçirdikdən sonra özüm üçün müəyyən etdim ki, Ermənistan Apostol Kilsəsindəki faktiki vəziyyət təsəvvür etdiyimdən daha ağır və böhranlıdır. Hesabatı bir cümlə ilə ifadə etsək deyə bilərik; Ermənistan Apostol Kilsəsi Ktriç Nersisyan (II Qareginin dünyəvi adı – red) və onu dəstəkləyən ruhanilər qrupu tərəfindən qəsb edilib”.

Qeyd edək ki, bu il fevralın 14-də Ermənistan Prokurorluğu bütün ermənilərin katolikosu II Qareginə qarşı Ali Ruhani Şuranın qərarı ilə əvvəllər səlahiyyətlərindən məhrum edilmiş Masiatsotn yeparxiyasının abbatının səlahiyyətlərinin bərpası ilə bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə cinayət işi açıb. İyulun 29-da Ermənistan Prokurorluğu II Qareginə və altı yepiskopa qarşı cinayət işini ittiham aktı ilə məhkəməyə göndərib.

Nikol Paşinyanla Ermənistan ruhaniləri arasında münasibətlər Eçmiədzin Ana Taxtının 2020-ci ildə baş nazirin istefasını tələb etməsindən və onu Qarabağ siyasətinə görə tənqid etməsindən sonra pisləşib. Son aylarda Paşinyan kilsə qaydalarına görə ömürlük seçilən II Qareginin Erməni Apostol Kilsəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması üçün açıq şəkildə kampaniya aparır.

Dünya

Yazı naviqasiyası

Previous Post: Bakıda yüzlərlə ev plana düşdü – Kompensasiya ödəniləcək
Next Post: Tokayev ölkədə ümummilli matəm günü elan etdi

Related Posts

  • Məşhur pop-ulduz Ledi Qaqa ana oldu Dünya
  • Həmyerlimizin adı Kanadada əbədiləşdirildi – FOTO Dünya
  • Rusiyalılara viza verilməsi kəskin azaldılır: Aİ yeni qadağalara hazırlaşır Dünya
  • Təbrizdən İrəvana uçuşlar bərpa olunur – Tarix açıqlandı Dünya
  • Rumıniyanın yeni baş naziri oldu Dünya
  • Məşhur aktyor evində ölü tapıldı – FOTO Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Məşhur aktyor evində ölü tapıldı – FOTO Dünya
  • İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşdü – YENİLƏNDİ – FOTOLAR Siyasət
  • Sabahdan Bakıda 6 yeni ekspres marşrut işə düşəcək Cəmiyyət
  • Ağdamda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı Hadisə
  • “Şəhərsalma mədəniyyəti”adlı monoqrafiya nəşr olundu Ölkə
  • PUA zavodunu yandırmaq istəyirdilər: Slovakiyada diversiyanın qarşısı alındı Dünya
  • Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü Dünya
  • 13 nəfərin meyiti tapıldı – Ötən həftənin dəhşətli statistikası Hadisə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by