Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Anar Nəcəfli AAYDA-dan getməyib Cəmiyyət
  • Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur Ölkə
  • Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: “Mənə heç nə edə bilməzsiniz” – VİDEO Cəmiyyət
  • Asiya Çempionlar Liqasında hakim qalmaqalının əsl səbəbi açıqlandı İdman
  • DYP sürücülərə xəbərdarlıq etdi Cəmiyyət
  • Nazir onu şöbə müdiri təyin etdi – FOTO Cəmiyyət
  • Tramp gələndən bəri yüzminlərlə viza ləğv edilib Dünya
  • Ağdamda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı Hadisə

Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdi

Posted on 28 Noyabr 2026 By admin Şərh yoxdur Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

15 oktyabr 2026-cı il tarixində Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı məmnunluqla qeyd olunub.

Görüşdə həmçinin qarşı tərəfə Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi prioritetləri və Bakıda keçiriləcək İƏT-in Zirvə Görüşü barədə məlumat verilib.

Bununla yanaşı, Yaxın Şərqdə və digər regionlarda mövcud vəziyyət, regional və beynəlxalq təhlükəsizlik məsələləri, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə həmçinin, Azərbaycan və Qətər Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Qətər tərəfindən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi rəhbərlik edib. Məsləhətləşmələr çərçivəsində ikitərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iqtisadi və humanitar sahədə əməkdaşlıq imkanları müzakirə olunub.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Gecə yatmazdan əvvəl qatıq yeyirsiniz?
Next Post: Azərbaycanda fabrik direktoru vəfat etdi

Related Posts

  • Prezident İlham Əliyev Dublində Yunanıstanın Baş naziri ilə görüşüb Siyasət
  • SEPAH Hörmüz boğazı üzərində daha bir PUA-nı vurub Siyasət
  • TRIPP-in icrası müzakirə edildi Siyasət
  • Azərbaycan və Şri-Lanka arasında memorandum imzalanacaq Siyasət
  • Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək Siyasət
  • Azərbaycan-Latviya münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ceyhun Bayramov: “Azərbaycan-Türkiyə əlaqələri bənzərsizdir” – “Haber Global”ın süjeti Siyasət
  • Bakıda daha iki yol təmirə bağlanır Ölkə
  • “Xankəndidə avrokubok matçları da keçirilə bilər” – Fərid Qayıbov İdman
  • Ucar sakini cərəyan vurması nəticəsində öldü Hadisə
  • Qar yağacaq – Xəbərdarlıq Ölkə
  • Xətaidə yaşayış binasında yanğın – VİDEO Hadisə
  • Sirill Qan titulunu qoruyub saxladı İdman
  • Delap karyerasını bu klubda davam etdirəcək İdman

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by