Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA Ölkə
  • Dünyanın ən məşhur əti – XX əsrdə hamı ala bilmirdi Maraqlı
  • Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 7 silah götürülüb Cəmiyyət
  • Zəfər Gününə həsr olunan fləş-mob – VİDEO Ölkə
  • Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi Siyasət
  • Dörd evlilik, unudulmaz mahnılar – Sezen Aksunun həyat hekayəsi Dünya
  • UEFA Konfrans Liqası: “Qarabağ” – “Tvente” oyununda hesab açılıb – VİDEO –  YENİLƏNİB İdman
  • CENTCOM xəritəsində Qəzza İsraillə eyni rəngdə göstərildi Siyasət

“Xankəndidə avrokubok matçları da keçirilə bilər” – Fərid Qayıbov

Posted on 19 Noyabr 2026 By admin Şərh yoxdur “Xankəndidə avrokubok matçları da keçirilə bilər” – Fərid Qayıbov

Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi Şəhər Stadionunda gələcəkdə Azərbaycan milli komandasının oyunlarının keçirilməsinin mümkünlüyündən danışıb.

Nazir bu barədə “Xankəndi” – “Karvan-Yevlax” matçının fasiləsində jurnalistlərə açıqlamasında bildirib.

“Xatırlayırsıса, “Xankəndi” azad olunduqda, 2023-cü il dekabrın 21-də burada ilk oyun baş tutdu. “Qarabağ” MOİK-lə qarşılaşdı. Ondan sonra ölkə başçısının tapşırıqlarına əsasən, stadion yenidən quruldu. Bu yaxınlarda yenidən ölkə başçısının iştirakı ilə stadionun açılışı baş tutdu. “Xankəndi” ilk oyununu keçirir evdə.

Təbii ki, çox sevindirici haldır. Çox sayda azarkeş var. Çoxdandır ki, gözlədiyimiz gün idi. MOİK də burada oynamaq qərarına gəlib. Növbəti ildən onlar da oyunlarını burada keçirəcək. Stadion UEFA kateqoriyasiyanı almaq üçün hazırdır. Beynəlxalq standartlar üçün burada hər cür şərait yaradılıb. AFFA-dan da asılıdır, yaxın gələcəkdə çalışacağıq ki, milli komanda ev oyununu burada keçirsin”.

Nazir Xankəndidə həyata keçiriləcək növbəti layihələrdən də danışıb.

“Həm bizim nazirliyin, həm də təhsil nazirliyinin uşaq gənclər idman məktəbləri var. Orada futbol bölmələri də var. MOİK və digər idman klubları da var. Bu, dövlətin uşaq futboluna olan dəstəyidir. Bununla yanaşı, bütün futbol klublarının futbol akademiyaları var. Orada da inkişaf var, təbliğat yaxşı gedir, U-15 dünya çempionatı ilk olaraq bizim ölkəmizdə keçirildi. Nəticələri də görəcəyik”.

F. Qayıbov UEFA-nın Xankəndi Şəhər Stadionuna lisenziya verəcəyi ilə bağlı da danışıb.

“Hazırda məndə belə məlumat yoxdur. Amma dediyim kimi, bu stadion beynəlxalq standartlara uyğundur. Gözləyirik ki, UEFA-dan gəlib kateqoriya verilsin. Ondan sonra nəinki aşağı yaş qruplarından ibarət yığmalar, hətta A milli komandamız da burada oynaya bilər. Hətta burada avrokubok matçları da keçirilə bilər”.

İdman

Yazı naviqasiyası

Previous Post: “Eternity-2026” təlimi çərçivəsində bir araya gəldilər
Next Post: Azərbaycan Gürcüstana başsağlığı verdi

Related Posts

  • “Yuventus” tarixində ilk dəfə Seriya A-da italyan oyunçularsız oynadı İdman
  • “Turan Tovuz” – “Fənərbağça” oyununun biletləri gələn həftə satışa çıxarılacaq İdman
  • Luis Enrikenin illik maaşı bilindi İdman
  • Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya AFFA-dan ağır cəza İdman
  • Premyer Liqanın V turunda “Sabah” “Şəfa”ya qalib gəlib İdman
  • Holann öz rekordunu yenilədi İdman

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Yuventus” tarixində ilk dəfə Seriya A-da italyan oyunçularsız oynadı İdman
  • “Liverpul” Barkolanı heyətinə qatdı İdman
  • Tom Berendsen Ceyhun Bayramovu Niderlanda səfərə dəvət etdi Siyasət
  • Xaricdə yaşayan azərbaycanlı alimlər Bakıda toplanacaq Ölkə
  • Türkiyənin nüvə layihəsində SON MƏRHƏLƏ – İlk reaktor nə vaxt işə düşəcək? Dünya
  • Şahin Mustafayev: Azərbaycan və Çin arasında tranzit yük daşımaları 8% artıb Ölkə
  • Kiyevdə yarımstansiyaya zərbə endirildi – Metro fəaliyyətini dayandırdı Siyasət
  • “Əfsanəvi tabor”un komandiri: “Qələbəmizin bünövrəsi Aprel döyüşlərində qoyuldu” – VİDEO Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by