Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • AB-nin qaz ehtiyatları kəskin azaldı Ölkə
  • Luis Enrikenin illik maaşı bilindi İdman
  • Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ – FOTO/VİDEO Siyasət
  • Zelenskinin qərarına qarşı aksiya keçirdilər Dünya
  • Anar Nəcəfli AAYDA-dan getməyib Cəmiyyət
  • Mərkəzi Bankın valyuta ehtiyatları artıb İqdisadiyyat
  • Rusiya Ordusu bu istiqamətdə hücuma hazırlaşır Siyasət
  • Yaponiyada güclü zəlzələ baş verib Dünya

Dörd evlilik, unudulmaz mahnılar – Sezen Aksunun həyat hekayəsi

Posted on 12 Oktyabr 2026 By admin Şərh yoxdur Dörd evlilik, unudulmaz mahnılar – Sezen Aksunun həyat hekayəsi

Türk pop musiqisinin ən məşhur simalarından biri olan Sezen Aksu yarım əsrə yaxın sənət fəaliyyəti ilə musiqi tarixində özünəməxsus yer tutub.

Müğənni, bəstəkar, mahnı müəllifi və prodüser kimi tanınan sənətçi təkcə öz ifaları ilə deyil, digər müğənnilər üçün yazdığı mahnılar və yetişdirdiyi sənətçilərlə də musiqi dünyasına təsir göstərib. “Minik Serçe” ləqəbi ilə tanınan Aksu onilliklər ərzində Türkiyə pop musiqisinin inkişafına istiqamət verən sənətçilərdən birinə çevrilib.

Sezen Aksu 13 iyul 1954-cü ildə Türkiyənin Dənizli şəhərində dünyaya gəlib. Əsl adı Fatma Sezen Yıldırımdır.

Uşaqlıq illərində ailəsi ilə birlikdə İzmirə köçən Sezen Aksu musiqiyə marağını erkən yaşlarından nümayiş etdirib.

Sezen Aksu 1970-ci illərin ortalarından etibarən türk pop musiqisinin önəmli simalarından birinə çevrilib. 1974-cü ildə val yazdırmaq üçün İstanbula köçüb. Bir il sonra isə ilk 45-lik valını “Sezen Seley” adı ilə “Haydi Şansım” adı altında yayımlayıb. 1977-ci ildə ilk uzun albomu “Allaha Ismarladık” işıq üzü görüb. Ardınca “Serçe”, “Firuze”, “Sen Ağlama”, “Sezen Aksu Söylüyor”, “Gülümse”, “Deli Kızın Türküsü” və “Hayat Bağları” da daxil olmaqla onlarla albomu satışa çıxıb.
Aksunun bu günə qədər dünyada 40 milyondan çox diski satılıb. Sənətçi bir müddət rəsm, teatr və rəqs dərsləri alıb. Üsyankar xarakteri ilə diqqət çəkən Aksu əslində rəqqasə olmaq istəyirmiş. Sonralar sənətçi “Allah atama yazığı gəldiyi üçün musiqiçi oldum” deyirdi.

1970-ci ildə “Həftəsonu” jurnalının təşkil etdiyi, Ajda Pekkanın münsiflər heyətinə rəhbərlik etdiyi “Qızıl Səs” müsabiqəsində altıncı yeri tutub. Birinci yerə isə pop müğənnisi Nilüfer layiq görülüb.

Ulduzun şəxsi həyatı fırtınalı idi. Sezen Aksu ilk evliliyini 1972-ci ildə universitet tələbəsi Həsən Yüksəktəpə ilə qurub. Əvvəlcə universiteti bitirdikdən sonra evlənməyi düşünsələr də, sonradan ani qərarla ailə həyatı qurublar. Lakin bu evlilik cəmi üç gün davam edib.

Ayrılıqdan sonra Həsən Yüksəktəpənin Sezen Aksunun yaxın dostu Baharla evlənməsi sənətçiyə ağır təsir edib.

Musiqi karyerasında ilk albomunu yayımlamadan əvvəl, 1974-cü ilin noyabrında Əli Engin Aksu ilə ailə həyatı qurub. Bu evlilik də qısa müddət davam edib. Lakin sənətçi “Aksu” soyadını məhz bu evlilikdən götürüb.

1981-ci il iyulun 10-da Sinan Özərlə evlənən Sezen Aksunun bu nikahdan 1981-ci ildə dünyaya gələn, özü də musiqiçi olan oğlu Mithat Can Özər dünyaya gəlib. Cütlük 1983-cü ildə ayrılıb.
1993-cü ildə jurnalist Əhməd  Utlu ilə ailə həyatı quran sənətçi 1997-ci ildə boşanıb. Sezen Aksu ümumilikdə dörd dəfə ailə həyatı qurub. O, evlilikləri ilə yanaşı, Onno Tunç və Uzay Hepari ilə yaşadığı sevgi münasibətləri ilə də gündəmə gəlib.

Sezen Aksu şəxsi həyatı ilə yanaşı, başına gələn hadisələrlə də zaman-zaman gündəmə gəlib. 2013-cü ildə müğənni Muğlanın Bodrum rayonunda konsertə çıxmağa hazırlaşarkən kulis yaxınlığında yıxılıb. Sol dirsəyindən yüngül xəsarət alan sənətçiyə tibbi yardım göstərilib. O, qısa müddət sonra səhnəyə çıxaraq konsertini davam etdirib.

2015-ci ildə isə sənətçi evində qəza keçirib. Pilləkənlə düşərkən sonuncu pilləni görməyən Aksu yıxılaraq ayaq biləyini iki yerdən sındırıb.

Ötən həftə İstanbulun Nişantaşı rayonunda xəstəxanaya yerləşdirilən Sezen Aksudan biopsiya götürülüb. Onun sənətçinin hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi barədə dəqiq məlumat yoxdur. Onun səhhətinin yaxşı olduğu bildirilir.

Dünya

Yazı naviqasiyası

Previous Post: 14 yaşlı qız dəm qazından öldü
Next Post: Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Related Posts

  • Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək Dünya
  • ABŞ Çinin “haker ordusu”nun izinə düşdü: İki platforma ələ keçirildi Dünya
  • İƏT-in yeni Baş katibi o seçildi Dünya
  • Çin və ABŞ silahlı qüvvələri dialoqu gücləndirməlidir – Cinpin Dünya
  • Meyitdən ürək transplantasiyası həyata keçirildi Dünya
  • Madriddə dəbdəbəli penthaus qalmaqalı – Ayuso kəskin tənqidlərlə üzləşdi Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • O da “Fənərbağça”dan ayrıldı İdman
  • Hər gün sarımsaq YEYİN! Cəmiyyət
  • Kiyevə hücum zamanı azərbaycanlı həlak olub Hadisə
  • İşlədiyi xəstəxanadan dərman oğurlayıb satdı – “Borcum var idi” Cəmiyyət
  • Norveç kralı VƏFAT ETDİ Dünya
  • “Yuventus” tarixində ilk dəfə Seriya A-da italyan oyunçularsız oynadı İdman
  • UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub İdman
  • “Əl-Hilal” Benzema ilə yollarını ayırdı: Fransalı ulduz azad agent oldu İdman

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by