Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək – Gizli təhlükə Cəmiyyət
  • Tokayev ölkədə ümummilli matəm günü elan etdi Dünya
  • İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu Dünya
  • Madriddə dəbdəbəli penthaus qalmaqalı – Ayuso kəskin tənqidlərlə üzləşdi Dünya
  • Qazaxıstan Prezidenti hökuməti istefaya göndərdi Dünya
  • Yol polisi sürücülərə müraciət etdi Cəmiyyət
  • Kazemironun debüt qolu, Messinin pokeri: “İnter Mayami” “Monreal”ı darmadağın etdi İdman
  • Azərbaycan və Şri-Lanka arasında memorandum imzalanacaq Siyasət

Komitə sədri səhiyyədəki problemləri nazirlərin diqqətinə çatdırdı

Posted on 6 Noyabr 2026 By admin Şərh yoxdur Komitə sədri səhiyyədəki problemləri nazirlərin diqqətinə çatdırdı

“Son iki ildə icbari tibbi sığorta sayəsində görülən ən əhəmiyyətli işlərdən biri səhiyyə üzrə dövlət proqramlarının icbari tibbi sığorta ilə qarşılanmasıdır”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu proqramlar səhiyyənin kifayət qədər ağır sahələrini əhatə edir.

“Təqdirəlayiq haldır ki, növbəti ildə böyük oynaqların transplantasiyasına qoyulmuş limitin ləğvi və süni ilik transplantasiyası limitinin 20-dən 50-yə qaldırılması nəzərdə tutulur. Növbəti ildən çox az sayda səhiyyə üzrə dövlət proqramları qalacaq ki, onlar icbari tibbi sığorta ilə əhatə olunmasın. Onlardan biri onkologiya proqramıdır. Mən istərdim qeyd edim ki, əhali arasında ən çox tələfat verən iki patologiyadan biri olan onkoloji xəstəliklərin də icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir”.

Ə.Əmiraslanov vurğulayıb ki, icbari tibbi sığortanın sayəsində uğurlar əldə olması ilə bərabər əhalinin icbari tibbi sığortadan gözləntiləri də kifayət qədər çoxdur:

“Onların hamısını sadalamaq çətindir, bir neçəsini istərdim ki, bugünkü toplantıda  nazirlərimizin iştirak etməsindən istifadə edərək onların nəzərinə çatdırım. Onlardan biri xəstələrin ambulator müalicə alan xəstələrin dərman vəsaitləri ilə təminatının icbari tibbi sığorta ilə qarşılanması məsələsidir. Bu barədə biz çox danışmışıq, həm Milli Məclisdəki tədbirlərdə, həm büdcə müzakirəsində, hökumətin hesabatında, ancaq təəssüflər olsun ki, bu günə qədər əhalinin səbirsizliklə gözlədiyi bu problemlər öz həllini tapmayıbdır. Əminliklə demək olar ki, belə böyük bir büdcə ilə növbəti ildə bu məsələ öz müsbət həllini tapacaqdır.

İnsanlarımızı narahat edən  digər bir məsələ əhaliyə göstərilən ilkin tibbi xidmətin səviyyəsinin aşağı olmasıdır. Bu xüsusilə bölgələrdə özünü qabarıq göstərir. Kəndlərimizdə olan ilkin tibbi xidmət məntəqələrinin əksəriyyəti yararsız vəziyyətdədir. Kadr çatışmazlığı mövcuddur.
Əminliklə demək olar ki, ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və möhtərəm cənab Prezidentimiz İlham Əliyevin dəstəyi ilə böyük bir qrup tibb işçilərinin əmək haqlarının təsirli dərəcədə artırılması, xüsusilə bölgələrdə çalışan tibb işçilərinin kadr problemlərinin həllinə müsbət təsir edəcək.

Ancaq gözləmədən bölgələrdə xüsusilə ilkin tibbi xidmət müəssisələrinin bərpasına başlamaq lazımdır. Bilirsiniz ki, son iki ildə artıq ürək transplantasiyası əməliyyatlarının həyata keçirilməsi başlayıb. Bu Cənubi Qafqazda ilk dəfə olaraq bizim ölkəmizdə həyata keçirilir və nəticələr uğurludur. Bu əməliyyatlar son dərəcə də böyük maliyyə tutumlu əməliyyatlardır və növbəti ildən bu əməliyyatların da icbari tibbi sığorta ilə qarşılanmasına ehtiyac duyulur.

Daha bir məsələ, müasir təbabəti, xüsusilə təbabətin cərrahiyyə sahəsini robot texnikasız təsəvvür eləmək mümkün deyil. Robot cərrahiyyəsinin köməyi ilə ən mürəkkəb müalicə və müayinələr həyata keçirmək mümkündür. Ölkəmizdə də belə robot cərrahiyyə bölmələrinin yaradılmasına gələcəkdə vəsait ayrılması son dərəcə vacib olar”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: “McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir – FOTO
Next Post: Bu gün qısa iş günü deyil

Related Posts

  • Ceyhun Bayramov: Xəzərdəki azalmaları aşkar görmək mümkündür Ölkə
  • Azərbaycan Qoşulmama Hərəkatının inkişafına mühüm töhfələr verib – Spiker Ölkə
  • Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər – VİDEO Ölkə
  • Paytaxtın iki rayonunda su olmayacaq Ölkə
  • Sürücülərin nəzərinə: Bu yolda dəyişiklik edildi  Ölkə
  • Bu gün qısa iş günü deyil Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Leysan yağıb, İstisuya dolu düşüb – FAKTİKİ HAVA Ölkə
  • UEFA Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub – YENİLƏNİB İdman
  • Bakıda kişi onunla salamlaşmayan qonşusunun burnunu qırdı Hadisə
  • Bakıda ən çox bina bu rayonda söküləcək Ölkə
  • Avtobusda nağdsız ödənişlərin payı açıqlandı Cəmiyyət
  • Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər İqdisadiyyat
  • Qərb sülh istəyirmi? – İndi əsas sual budur Siyasət
  • Rusiya Ordusu bu istiqamətdə hücuma hazırlaşır Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by