Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Mirzoyan Ermənistan-Türkiyə sərhədinə gəldi Dünya
  • Suda boğulmaların əsas səbəbləri bunlardır Cəmiyyət
  • Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var Hadisə
  • Reper Ciqanın qızından ŞOK ETİRAF Dünya
  • Erlinq Halanddan klub karyerasında yeni rekord İdman
  • Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq Cəmiyyət
  • İntensiv yağış, qar yağacaq – Sabahın havası Ölkə
  • “Starship” üçün yeni kosmodrom inşa ediləcək Dünya

Qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi

Posted on 23 Oktyabr 2026 By admin Şərh yoxdur Qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi

Azərbaycan dili, ingilis dili, rus dili və riyaziyyat fənləri üzrə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, informatika, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən isə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının müzakirəsi olub.

Bu barədə DİM-dən məlumat verilib.

Azərbaycan dili, ingilis dili və rus dili fənləri üzrə seminarda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarının müzakirəsi yekunlaşıb və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib. Proqramlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc ediləcəkdir.

Seminarlarda ali təhsil müəssisələrinə informatika fənnindən I (Rİ altqrupu) ixtisas qrupu, tarix fənnindən II və III ixtisas qrupları, biologiya fənnindən isə IV ixtisas qrupu üçün qəbul imtahanı proqramlarının müzakirəsi yekunlaşıb və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib. Proqramlar “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcəkdir.

Kimya və fizika fənni üzrə seminarlarda I və IV ixtisas qrupları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları müzakirə edilib. Kimya fənnindən “Qeyri-üzvi kimya”, fizika fənnindən “Molekulyar fizika” və “Elektrodinamika” bölmələrinə aid mövzular müzakirə edilib.

Coğrafiya fənni üzrə seminarda isə II və III (TC altqrupu) ixtisas qrupları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının “Hidrosfer”, “Quru suları”, “Biosfer”, “Dünyanın siyasi xəritəsi”, “Əhali” bölmələrinə aid mövzuların müzakirəsi aparılıb.

Riyaziyyat fənnindən seminarda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının “Həqiqi ədədlər”, “Kompleks ədədlər”, “Nisbət, Tənasüb, Faiz”, “Rasional ifadələr” bölmələrinə baxılıb və müzakirələr aparılıb.

Təhsil

Yazı naviqasiyası

Previous Post: Hesablama Palatası: Regionlarda yol təmirinə tender yekunlaşmamış başlanılır
Next Post: Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı – FOTO

Related Posts

  • IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirildi Təhsil
  • Daha 40 məktəbdə hibrid təhsil olacaq Təhsil
  • Emin Əmrullayev qalmaqallı direktoru işdən çıxardı Təhsil
  • Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? – VİDEO Təhsil
  • Şagirdin atası məktəbdə insident törətdi – Həbs olundu Təhsil
  • Qızların məktəbdə sırğa taxması qadağan edilir? – Rəsmi açıqlama Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bu gün “Qarabağ”ın səfər oyunu var İdman
  • Hövsanda açıq ərazidə yanğın baş verib Hadisə
  • Bakıda kredit götürən şəxsin pulu oğurlandı Hadisə
  • Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər Ölkə
  • Robot Useyn Boltun rekordunu qırdı İdman
  • Hərbçilər bu əmələ görə həbs olunacaqlar Ölkə
  • Baş katib İlham Əliyevə təşəkkür etdi Siyasət
  • Zəfərin yaratdığı reallıq: Yeni geosiyasi tarixin başlanğıcı Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by