Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • İsmayıllıda bahalı avtomobil qəzaya düşdü – Ölənlər var Hadisə
  • “Starship” üçün yeni kosmodrom inşa ediləcək Dünya
  • Yolda təhlükəli yük daşıyan “Shacman”ı DYP belə saxladı Cəmiyyət
  • Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq Ölkə
  • Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi Cəmiyyət
  • Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq – YENİLƏNİB Siyasət
  • Hikmət Hacıyevdən İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım Ölkə
  • “Trabzonspor”un prezidenti cəzalandırıldı İdman

Şahin Mustafayev: Azərbaycan və Çin arasında tranzit yük daşımaları 8% artıb

Posted on 23 Sentyabr 202623 Sentyabr 2026 By admin Şərh yoxdur Şahin Mustafayev: Azərbaycan və Çin arasında tranzit yük daşımaları 8% artıb

Bu ilin yeddi ayı ərzində Azərbaycan və Çin arasında tranzit yük daşımalarının həcmi 2025-ci ilin analoji dövrü ilə müqayisədə 8% artaraq 272,6 min tona çatıb.

Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

Ş.Mustafayevin sözlərinə görə, Çin Azərbaycanın aparıcı ticari-iqtisadi tərəfdaşlarından biridir, Azərbaycan isə Cənubi Qafqaz regionunda Çinin ən böyük ticarət tərəfdaşıdır.

“Bu kontekstdə Orta Dəhlizin inkişafı və onun buraxılış qabiliyyətinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çin, Mərkəzi Asiya, Azərbaycan və Avropanı birləşdirən bu marşrut üzrə yük daşımalarının həcminin artırılması və tranzitin səmərəliliyinin yüksəldilməsi üçün geniş imkanlar mövcuddur. Orta Dəhlizi artan yük axınlarına uyğunlaşdırmaq üçün Azərbaycan öz ərazisində nəqliyyat və logistika infrastrukturunun inkişafına ardıcıl olaraq sərmayə yatırır və irimiqyaslı infrastruktur layihələri həyata keçirir”, – o bildirib.

Ş.Mustafayev xatırladıb ki, Azərbaycan Çinin 2015-ci ildə irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk dövlətlərdən biri olub.

“Bu təşəbbüs çərçivəsində Şərq və Qərb arasında müasir nəqliyyat əlaqələrinin yaradılması istiqamətində əməkdaşlıq fəal şəkildə inkişaf edir. Onu da qeyd etmək istərdim ki, Azərbaycan nümayəndə heyəti Çinə səfəri çərçivəsində dünən Qlobal Dayanıqlı Nəqliyyat Forumu – 2026-da, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüksək səviyyəli görüşdə iştirak edib. Bu kontekstdə Orta Dəhlizin Şərq və Qərb arasında mühüm nəqliyyat halqası kimi əhəmiyyəti, həmçinin nəqliyyat, tranzit və logistika sahələrində Azərbaycan və Çin arasında əməkdaşlığın gələcək inkişafının vacibliyi bir daha vurğulanıb”, – o bildirib.

Baş nazirin müavini vizasız rejimin rolunu qeyd edərək ölkələr arasında turizm sahəsində əməkdaşlığa da toxunub.

“Son illər turizm sahəsində əlaqələr də dinamik şəkildə inkişaf edir. 2025-ci ildə viza rejiminin qarşılıqlı ləğvi turizm əlaqələrinin genişlənməsinə mühüm təkan verib. Ötən il Azərbaycana səfər edən çinli turistlərin sayı 42%, Azərbaycandan Çinə turist axını isə təxminən 85% artıb”, – o vurğulayıb.

Ölkə

Yazı naviqasiyası

Previous Post: “Niva” kanala aşdı – 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
Next Post: Avropada temperatur +40 dərəcəyə yüksələcək

Related Posts

  • Mərkəzi Bankda rəhbər vəzifəyə TƏYİNAT  Ölkə
  • Sürücülərin nəzərinə: Bu yolda dəyişiklik edildi  Ölkə
  • Bakı payız yağışlarına hazırdırmı? – SƏDRDƏN AÇIQLAMA Ölkə
  • Laçında icra nümayəndəsi vəfat etdi Ölkə
  • Bakıda yüzlərlə ev plana düşdü – Kompensasiya ödəniləcək Ölkə
  • Trampın planı pozuldu? – İrandan sensasion AÇIQLAMA Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bakının mərkəzində “dərəbəylik”, birinin pəncərəsi bağlanır, digərinin yolu kəsilir – FOTO Cəmiyyət
  • Azərbaycanda maaş artdı Ölkə
  • “OpenAI” süni intellekt modellərinin təlimini dayandırdı – SƏBƏB Dünya
  • Norveç kralı VƏFAT ETDİ Dünya
  • Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO Ölkə
  • Bakıda kişi pilləkənlərdən yıxılıb öldü Hadisə
  • WSJ: Almaniyanın hərbi gücü Avropa ölkələrini narahat edir Dünya
  • Əli Əsədov yeni qərarlar imzaladı Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by