Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • “Sabah” dünənki insidentlə bağlı bəyanat yaydı İdman
  • Məşhur tikinti şirkəti 98 milyon manatını geri götürür Ölkə
  • Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib Siyasət
  • Erlinq Halanddan klub karyerasında yeni rekord İdman
  • Avtobusda nağdsız ödənişlərin payı açıqlandı Cəmiyyət
  • “Niva” kanala aşdı – 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı Hadisə
  • İranın nə qədər qızılı var? – Ehtiyatlar açıqlandı Dünya
  • Bu iki ölkə birgə bank yaradacaq Dünya

Bu gün Laçın Şəhəri Günüdür

Posted on 26 Avqust 2026 By admin Şərh yoxdur Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür.

Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.

Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri “X” sosial şəbəkəsində elan edib.

Dövlət başçısının 2022-ci ilin bu günü paylaşdığı mətndə deyilir: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb.

Laçın şəhərinə qayıdan keçmiş məcburi köçkünlərin sayı ildən ilə artır və bu istiqamətdə işlər davam etdirilir.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Dehliyə uçan təyyarə Bakıya eniş etdi
Next Post: “Axios”: ABŞ Retkliffə görə hücumu dayandırmağı istəyib

Related Posts

  • Şəhid Şahgündüz Cabbarovun anası oğlunun son arzusundan danışdı – VİDEO Ölkə
  • Ceyhun Bayramov İsveçin yeni səfiri ilə görüşüb Ölkə
  • Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq Ölkə
  • Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur Ölkə
  • e-gov.az bağlanır Ölkə
  • Sürücülərin nəzərinə: Bu yolda dəyişiklik edildi  Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək İdman
  • Pis hava Kanye Vestin ən məşhur səhnəsini sıradan çıxardı Dünya
  • Yeni sistemin yaradılması nə vəd edir? – DETALLAR AÇIQLANDI Cəmiyyət
  • Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz Cəmiyyət
  • Narkotiklə bağlı cinayət törədənlərin SAYI Kriminal
  • Qarabağ müharibəsinin iştirakçısı olan yazıçı VƏFAT ETDİ Cəmiyyət
  • Saxta elanlarla yarım milyon ələ keçirmişdilər – Cəzaları bəlli oldu Cəmiyyət
  • Bakıda yük avtomobili yolun ortasına aşdı Hadisə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by