Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi Hadisə
  • Xamenei müsəlman ölkələrinə çağırış edib Siyasət
  • Azərbaycanın valyuta ehtiyatları 16% artdı İqdisadiyyat
  • Norveç kralı VƏFAT ETDİ Dünya
  • Agentlik sədri Nigar Cəbrayılovaya yeni vəzifə verdi – FOTO Cəmiyyət
  • Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir – Həkimlərdən xəbərdarlıq Cəmiyyət
  • Azərbaycanda maaş artdı Ölkə
  • Vergi ödəyicilərinin DİQQƏTİNƏ – 3 gün ərzində etməsəniz, CƏRİMƏLƏNƏCƏKSİNİZ! Cəmiyyət

Bakıda ən çox bina bu rayonda söküləcək

Posted on 19 Avqust 2026 By admin Şərh yoxdur Bakıda ən çox bina bu rayonda söküləcək

Bakı şəhərinin Baş Planı 30 dekabr 2023-cü il tarixli Nazirlər Kabinetinin 504 nömrəli qərarı ilə təsdiqlənib.

Planda yaşayış fondunun yenilənməsi, qəzalı binaların sökülməsi, ərazilərin regenerasiyası və infrastrukturun inkişafı nəzərdə tutulur.

Baş Plan paytaxtın demək olar ki, bütün rayonlarını əhatə edir. Maraqlıdır ki, plana əsasən Bakının hansı rayonlarında sökünütü işləri aparılacaq? Hansı binalar ilkin mərhələdə söküləcək?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, sökülən binaların yerində yeni yaşayış komplekslərinin tikilməsi nəzərdə tutulursa, bunun üçün investor cəlb edilməli, yaxud layihə dövlət və özəl sektorun birgə iştirakı ilə həyata keçirilməlidir:

“Bu isə müəyyən qədər uzun prosesdir. Hansı əraziyə investor maraq göstərirsə, həmin istiqamətdə layihənin reallaşdırılması üçün müvafiq müraciətlər edilir. Bu səbəbdən dövlətin ümumi söküntü və yenilənmə planı olsa da, konkret ərazidə işlərin nə vaxt başlanması həm investorun marağından, həm də dövlət büdcəsindən və həmin ərazidə planlaşdırılan abadlıq layihələrindən asılıdır.

Mövcud gözləntilərə görə, ilk mərhələdə Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən ticarət və tikinti materialları bazarlarının ərazilərində söküntü işlərinin aparılması gündəmdədir.

Bundan başqa, Mərkəzi Parkın genişləndirilməsi, “İçərişəhər” metrosu ətrafı və “Təzəpir” məscidinin yaxınlığında da planlama və yenilənmə işləri həyata keçirilir. Bayıl qəsəbəsinin də söküntü və yenilənmə prosesində ön sıralarda olacağı gözlənilir.

Binəqədi rayonunda Birinci, İkinci və Üçüncü mədən massivləri, həmçinin Biləcəri qəsəbəsi, xüsusilə Asəf Zeynallı küçəsi istiqamətində də söküntü və abadlıq işlərinin aparılması nəzərdə tutulan ərazilər sırasındadır. Ümumilikdə ən çox söküntü digər rayonlarla müqayisədə Binəqədi rayonu ərazisindəki binaları əhatə edəcək.

Yasamal və Nəsimi rayonlarında da bir-birinə çox yaxın və sıx şəkildə tikilmiş, köhnəlmiş iki mərtəbəli binalar da plana düşəcək. Söküntü prosesinin Nizami, Xətai, Sabunçu, Suraxanı və Pirallahı rayonlarının müxtəlif ərazilərini də əhatə etməsi gözlənilir. Eyni zamanda, Sumqayıtda da bu istiqamətdə işlərə başlanıldığı və daha genişmiqyaslı söküntü layihələrinin həyata keçirilməsinin gözlənildiyi bildirilir”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Acun Ilıcalı məhkəmədə “Fənərbağça”ya qalib gəldi
Next Post: Bəzi ərazilərdə qaz olmayacaq

Related Posts

  • Xırdalanda qanunsuz yolbənd iddiası: “Dedi ki, mənə pul at” – VİDEO Ölkə
  • Emi Karlon Mehriban Əliyevanı təbrik etdi Ölkə
  • Əli Nağıyev, Zakir Həsənov və Elçin Quliyev GENERALIN DƏFNİNDƏ – FOTOLAR Ölkə
  • TƏBİB uşaq xəstəxanasındakı həmin görüntülər barədə MƏLUMAT YAYDI Ölkə
  • AB-nin qaz ehtiyatları kəskin azaldı Ölkə
  • Ceyhun Bayramov: Xəzərdəki azalmaları aşkar görmək mümkündür Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • SAKİNLƏRİN NƏZƏRİNƏ! Sabah bu ərazilərdə işıq olmayacaq Cəmiyyət
  • “Müdafiə üçün bir həll yolu var” – Zelenski DETALLARI AÇIQLADI Siyasət
  • Emi Karlon Mehriban Əliyevanı təbrik etdi Ölkə
  • Növbəti 4 gündə dəhşətli istilər olacaq – XƏBƏRDARLIQ Ölkə
  • Kosmosda sakitlik olacaq? – Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz Dünya
  • İlin son Ay tutulması başa çatıb – YENİLƏNİB Ölkə
  • 45 minə də var, 2500 manata da – ÖZƏL ORTA MƏKTƏBLƏRİN QİYMƏTLƏRİ Təhsil
  • Yeni sistemin yaradılması nə vəd edir? – DETALLAR AÇIQLANDI Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by