Bu yolda hərəkət üç gecə məhdudlaşdırılacaq
Bakının Nizami rayonunda, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsində yerləşən yol qovşağının bir hissəsində təmir işləri aparılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, nəqliyyatın hərəkətinə təsirin minimuma endirilməsi məqsədilə təmir işləri oktyabrın 9-dan 10-na, 10-dan 11-nə və 11-dən 12-nə keçən gecələrdə, saat 23:00-dan 07:00-dək həyata keçiriləcək. Təmir…