Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb
Tərtərdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bayandurlu kəndində qeydə alınıb. Belə ki, rayon sakini Tural Nəbiyevun idarə etdiyi avtomobil 1971-ci il təvəllüdlü Qəribxan Əliyevi vurub. Ağır xəsarət alan şəxs hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.