Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Azərbaycan karateçiləri “Turkish Open”də medalar qazanıblar İdman
  • Saxta elanlarla yarım milyon ələ keçirmişdilər – Cəzaları bəlli oldu Cəmiyyət
  • Zakir Həsənov və Elçin Quliyev keçmiş komandanları ilə belə vidalaşdılar – FOTOLAR Cəmiyyət
  • Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq Ölkə
  • Bakıda mənzillərin ən çox ucuzlaşdığı və bahalaşdığı ərazilər açıqlandı – SİYAHI Ölkə
  • Hərbçilər bu əmələ görə həbs olunacaqlar Ölkə
  • Tramp gələndən bəri yüzminlərlə viza ləğv edilib Dünya
  • Ermənistanda saxlanılan Azərbaycan əsgərindən YENİ XƏBƏR VAR Siyasət

Dünyanın ən məşhur əti – XX əsrdə hamı ala bilmirdi

Posted on 27 Avqust 2026 By admin Şərh yoxdur Dünyanın ən məşhur əti – XX əsrdə hamı ala bilmirdi

XX əsrin böyük hissəsi ərzində bahalı və yalnız azlıq üçün əlçatan olan toyuq əti XXI əsrdə dünyanın ən populyar ət növünə çevrilib.

Bu barədə “Financial Times” məlumat yayıb.

Nəşr müəyyən edib ki, son üç-dörd ildə dünyada toyuq əti istehsalının artım tempi yüksəlib və hazırda onun istehlakının azaldığı bazar tapmaq çətindir. Dünyada toyuqların sayı 2006-cı ildəki 48,3 milyarddan 2023-cü ildə 76,2 milyarda çatıb.

“Financial Times” xatırladıb ki, ötən əsrin böyük hissəsi ərzində toyuq əti dünyanın ən populyar əti adına əsas namizəd olmayıb. Mal əti yüksək statusu, donuz əti isə böyük istehsal həcmi ilə seçilib. Toyuqlar isə əsasən yumurta üçün yetişdirilib. Lakin sonradan vəziyyət dəyişib. Seleksiya işləri böyümə sürətini və formasını yaxşılaşdırıb. İstehsal dövrləri qısalıb, qiymətlər isə aşağı düşüb.

Toyuq ətinin sənaye üsulu ilə istehsalı modelini ilk olaraq ABŞ hazırlayıb. Lakin ölkə artıq bu seqmentdə dominant mövqeyə malik deyil. Dünyanın ən böyük ixracatçısı olan Braziliya 2024-cü ildə xarici bazarlara təxminən 4,9 milyon ton toyuq əti tədarük edib. 2000-ci ildə bu göstərici təxminən 910 min ton olub. 2022-ci ildə isə toyuq əti istehsal həcminə görə donuz ətini geridə qoyub.

Bu məhsula tələbat həm zəngin ölkələrdə, həm də inkişaf etməkdə olan bazarlarda artır. Buna mal ətinin yüksək qiymətləri, zülalla zəngin qidalanma rejimləri, sürətli xidmət göstərən restoranlar şəbəkəsinin genişlənməsi, eləcə də toyuq ətinin demək olar ki, istənilən mətbəxə, dinə və qiymət seqmentinə uyğun olması təsir göstərir.

Qlobal miqyasda istehsal son iki onillik ərzində ildə təxminən 2–2,5 faiz artıb. Son üç-dörd ildə isə artım tempi 3 faizdən çox olub.

Maraqlı

Yazı naviqasiyası

Previous Post: Ursula fon der Lyayen xəbərdarlıq etdi: “Aİ iqtisadiyyatı ciddi təhdidlərlə üz-üzədir”
Next Post: “”Hizbullah” əmri ancaq İradan alır”

Related Posts

  • Dizayn dünyasının yeni favoriti: Bu yazı tipi zirvəni necə ələ keçirdi? Maraqlı
  • Ürək ritmini poza, təzyiqi yüksəldə bilər: Bu içkilərə diqqət! Maraqlı
  • Azərbaycanda meyitdən ürək köçürülən şəxslərin SAYI AÇIQLANDI Maraqlı
  • Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır Maraqlı
  • Qaranlıqdan işığa çıxanda niyə asqırırıq? – Həkim səbəbini açıqladı Maraqlı
  • Yuxular qeydə alınacaq – Film kimi izləyəyəcəyik Maraqlı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub Siyasət
  • Erməni general vəzifəsindən azad edildi Dünya
  • Daha iki həkimin qanunsuzluğunun üstü açıldı Cəmiyyət
  • Qırıcı təyyarə hava şousu zamanı qəzaya uğradı – ANBAAN GÖRÜNTÜLƏR Dünya
  • Ağdam şəhərinə növbəti köç karvanı yola salındı Ölkə
  • DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı Kriminal
  • İmişlidə narkotik satan 40 yaşlı qadın saxlanıldı Kriminal
  • Prezidentin köməkçisi: Sülh sazişi tək kağız üzərində olmamalıdır Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by