Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Yeni təmayül modeli üçün müəllim seçimi davam edir Təhsil
  • İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər – Qarşısı alındı Kriminal
  • Donor tapa bilmədi – 9 ay donuz böyrəyi ilə yaşadı Dünya
  • Arvadını boğdu, öldüyünü düşünüb – Polisə təslim oldu Hadisə
  • Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var Hadisə
  • Nardaranda ayağı su nasosunda qalan uşağı xilas etmək mümkün olmadı – YENİLƏNİB Hadisə
  • Türkiyənin nüvə layihəsində SON MƏRHƏLƏ – İlk reaktor nə vaxt işə düşəcək? Dünya
  • Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR İqdisadiyyat

Yüksək hərarət, ishal, səpki – Uşaqlar arasında təhlükəli virus yayılıb?

Posted on 20 Avqust 2026 By admin Şərh yoxdur Yüksək hərarət, ishal, səpki – Uşaqlar arasında təhlükəli virus yayılıb?

Azərbaycanda uşaqlar arasında təhlükəli virusun yayıldığı iddia olunur. Valideynlər bildirir ki, virus yüksək hərarət, ishal, ağız boşluğunda səpkilərlə müşahidə olunur. Bəzi hallarda hərarəti günlərlə aşağı salmaq mümkün olmur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu ünvanlanib

Qurumdan bildirilib ki, hazırda Azərbaycanda uşaqlar arasında yüksək hərarət, ishal və ağız boşluğunda səpkilərlə müşayiət olunan yeni virus infeksiyasının yayılması ilə bağlı hər hansı təsdiqlənmiş məlumat yoxdur.

“Ölkədə uşaqlar arasında kəskin respirator və digər infeksion xəstəliklərlə bağlı epidemioloji vəziyyət nəzarətdə saxlanılır”, – mərkəzdən vurğulanıb.

Rəsmi məlumata görə, qeyd olunan əlamətlər müxtəlif virus və digər infeksion xəstəliklər zamanı müşahidə oluna bilər və yalnız bu əlamətlərə əsasən konkret virusun adını müəyyənləşdirmək mümkün deyil.

“Valideynlərə tövsiyə olunur ki, uşaqlarda yüksək və davamlı hərarət, təkrarlanan qusma və ya ishal, ağız boşluğunda və dəridə səpkilər, halsızlıq kimi əlamətlər müşahidə edildikdə özbaşına müalicə aparmadan həkimə müraciət etsinlər.

Həkim təyinatı olmadan antibiotik və digər dərman preparatlarının istifadəsi tövsiyə edilmir. Xəstəlik əlamətləri olan uşaqların sağalanadək insanların sıx toplaşdığı məkanlara göndərilməməsi, əl gigiyenasına və ümumi gigiyena qaydalarına riayət olunması vacibdir”, – Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya AFFA-dan ağır cəza
Next Post: Xəzər rayonunda oğurluq edən iki nəfər saxlanılıb

Related Posts

  • Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir – Həkimlərdən xəbərdarlıq Cəmiyyət
  • Zakir Həsənov və Elçin Quliyev keçmiş komandanları ilə belə vidalaşdılar – FOTOLAR Cəmiyyət
  • Nazir onu şöbə müdiri təyin etdi – FOTO Cəmiyyət
  • 40 yaşdan sonra bu sabundan istifadə edin Cəmiyyət
  • Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz Cəmiyyət
  • Həsən Osmanov vəfat etdi – FOTO Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Naxçıvan ərazisi genişlənəcək, əhali artacaq Ölkə
  • Ermənistanda saxlanılan Azərbaycan əsgərindən YENİ XƏBƏR VAR Siyasət
  • “Müdafiə üçün bir həll yolu var” – Zelenski DETALLARI AÇIQLADI Siyasət
  • Bu ölkələrdə benzinin qiyməti rekordu yenilədi İqdisadiyyat
  • Xaçmazda iki ata övladını BIÇAQLADI Kriminal
  • “Sabah” “Zirə”ni darmadağın etdi İdman
  • Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb Siyasət
  • Premyer Liqanın V turunda “Sabah” “Şəfa”ya qalib gəlib İdman

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by