Gənclər və İdman Nazirliyinin kollegiya iclasında 2028-ci il üçün “Gənclər Paytaxtı” və “İdman Paytaxtı” müəyyənləşib.
Səsvermənin nəticələrinə əsasən, Tərtər şəhəri 2028-ci il üçün “Gənclər Paytaxtı”, Masallı şəhəri isə “İdman Paytaxtı” seçilib.
Qeyd edək ki, bu statuslar çərçivəsində il ərzində müvafiq şəhərlərdə gənclər və idman sahələri üzrə müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.