Bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.
Futbolçunun idarə etdiyi avtomobil başqa bir nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Obameyanq məşq meydançasına çataraq komanda ilə birlikdə məşq edib. Daha sonra mətbuat konfransında qəza ilə bağlı danışıb.
Futbolçu mətbuat konfransında hadisəni “kiçik bir qorxu” kimi xarakterizə edib.
“Biz yaxşıyıq, həyatda belə hadisələr baş verir. Ən əsası odur ki, digər sürücü də yaxşıdır. Pis hadisədən sonra yaxşı günlər gəlir”, – deyə Obameyanq bildirib.
37 yaşlı hücumçu cari mövsümdə 10 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Obameyanq karyerası ərzində Fransanın “Lill”, “Sent-Etyen” və “Marsel”, İtaliyanın “Monako” və “Milan”, Almaniyanın “Borussiya” (Dortmund), İngiltərənin “Çelsi” və “Arsenal”, İspaniyanın “Barselona” klublarında çıxış edib.