Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı Cəmiyyət
  • Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiriblər – FOTOLAR Cəmiyyət
  • IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirildi Təhsil
  • Saxta elanlarla yarım milyon ələ keçirmişdilər – Cəzaları bəlli oldu Cəmiyyət
  • Luis Enrikenin illik maaşı bilindi İdman
  • Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı Ölkə
  • Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Ölkə
  • Dünyada qiymətlər yenidən kəskin arta bilər – PROQNOZ İqdisadiyyat

Kiyev alov içində: Üç körpü zədələndi, ölən və yaralananlar var

Posted on 20 Noyabr 2026 By admin Şərh yoxdur Kiyev alov içində: Üç körpü zədələndi, ölən və yaralananlar var

Rusiya ordusu noyabrın 20-nə keçən gecə Ukraynaya qarşı genişmiqyaslı ballistik raket və pilotsuz uçuş aparatları (PUA) hücumu həyata keçirib.

Hücumların əsas hədəflərindən biri paytaxt Kiyev olub.

Şəhər yeddi dalğa ballistik raket zərbəsinə məruz qalıb, bir sıra ərazilərdə yanğınlar baş verib, mühüm nəqliyyat infrastrukturu zədələnib.

Kiyevin meri Vitali Kliçko paytaxtdakı üç körpünün – Podilsko-Voskresenski, Darnitski və Cənub körpüsünün raket hücumları nəticəsində zərər gördüyünü açıqlayıb.

Onun sözlərinə görə, Podilsko-Voskresenski körpüsündə sağ sahildən sol sahilə doğru nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Darnitski körpüsünə dəyən ziyanın miqyası isə hava hücumu təhlükəsi başa çatdıqdan sonra mütəxəssislər tərəfindən qiymətləndiriləcək. Cənub körpüsündə də hərəkətə məhdudiyyətlər tətbiq olunub. Hazırda yalnız müəyyən çəki həddinə uyğun nəqliyyat vasitələrinin keçidinə icazə verilir.

V.Kliçko paytaxt sakinlərini zərurət olmadıqda şəxsi avtomobillərdən istifadə etməməyə çağırıb. O, həmçinin müəssisə və təşkilatlara əməkdaşların məsafədən iş rejiminə keçirilməsini tövsiyə edib.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Rusiyanın hücumu nəticəsində paytaxtda 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Kiyev meri V.Kliçkonun sözlərinə görə, ölənlər “Kiyevvodokanal”ın işçiləri olub. O, həmçinin təxminən 15 nəfərin yaralandığını bildirib.

Hücumlar nəticəsində Kiyevin Obolonski və Qoloseyevski rayonlarında yanğınlar qeydə alınıb. Elektrik enerjisinin verilməsində yaranan problemlər səbəbindən Peçerski, Solomyanski və Qoloseyevski rayonlarının bəzi hissələrində trolleybusların hərəkəti müvəqqəti dayandırılıb. Bir sıra avtobus marşrutlarının istiqaməti də dəyişdirilib.
Rusiya ordusu Xarkov şəhərini də hədəfə alıb. Şəhərin Şevçenkivski rayonunda tibb müəssisəsinə PUA ilə endirilən zərbə nəticəsində dörd nəfər yaralanıb. Bundan başqa, yaşayış kompleksinə edilən hücum yanğına səbəb olub. Gecə həmçinin Lvov şəhərində də partlayış səsləri eşidilib.

Rusiyanın kütləvi hücumu nəticəsində Ukraynanın başqa bir neçə böyük şəhərində mülki infrastruktura, nəqliyyat sisteminə və yaşayış obyektlərinə ciddi ziyan vurub.

 

 

Siyasət

Yazı naviqasiyası

Previous Post: Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu
Next Post: Taleh Tahirliyə Özbəkistanda yüksək vəzifə verildi

Related Posts

  • İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib Siyasət
  • Azərbaycan-Kot-d’İvuar ikitərəfli münasibətləri müzakirə olunub Siyasət
  • “Azərbaycanla enerji təhlükəsizliyini müzakirə etmək istəyirik” – Maya Sandu Siyasət
  • Prezident İlham Əliyev Dublində Yunanıstanın Baş naziri ilə görüşüb Siyasət
  • “ABŞ ilə avropalı müttəfiqlər uzunsürən müharibəyə hazır olmalıdır” – Kolbi Siyasət
  • İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdi Cəmiyyət
  • Leysan, şimşək, güclü külək – YAY BİTDİ?  Cəmiyyət
  • Azərbaycan-Latviya münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub Siyasət
  • Azərbaycanda dəhşətli hadisə: Qardaşını xilas etmək istəyən bacı boğulub öldü Hadisə
  • Xocavənddə yanğın başlayıb – VİDEO Hadisə
  • Həsən Osmanov vəfat etdi – FOTO Cəmiyyət
  • Kolumbiyada hərbi bazaya hücum: Ölən və yaralananlar var Dünya
  • Binadan yıxılan şairənin vəziyyəti açıqlandı Hadisə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by