Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • “Sülh Körpüsü” Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pislədi Siyasət
  • Bir şəxsin neçə bank kartı ola bilər?  – ABA açıqladı Cəmiyyət
  • Əsas magistral su xətti nə vaxt bərpa olunacaq? – AÇIQLAMA Ölkə
  • Emi Karlon Mehriban Əliyevanı təbrik etdi Ölkə
  • Niger hakimiyyəti Fransanı ölkədə hərbi çevrilişə cəhddə ittiham edib Dünya
  • Üç azyaşlı bir skuterlə əks istiqamətdə gedir – ANBAAN VİDEO  Hadisə
  • “Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır” Siyasət
  • Rusiya onu “persona non grata” elan etdi Dünya

8 Noyabr: Öz taleyinə sahib çıxanlar…

Posted on 8 Noyabr 2026 By admin Şərh yoxdur 8 Noyabr: Öz taleyinə sahib çıxanlar…

 “Tarixdə elə qələbələr var ki, onlar yalnız müharibənin nəticəsini deyil, bütöv bir regionun gələcəyini, dövlətlər arasındakı güc balansını, xalqların taleyini və beynəlxalq münasibətlərin istiqamətini dəyişir. 8 Noyabr – Azərbaycanın Zəfər Günü məhz belə tarixi hadisələrdən biridir. Bu qələbə təkcə 30 ilə yaxın davam edən işğala son qoymadı, həm də Cənubi Qafqazın siyasi xəritəsini yenidən cızdı, regionda qüvvələr nisbətini dəyişdirdi və Azərbaycanın qarşısında tamamilə yeni geosiyasi üfüqlər açdı”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

O bildirib ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan tarixinin yeni səhifəsi yazıldı: “Əslində, həmin gün təkcə bir şəhərin deyil, bütöv bir xalqın taleyində dönüş baş verdi. Şuşa üzərində dalğalanan üçrəngli bayraq Azərbaycanın hərbi qələbəsinin, siyasi iradəsinin və dövlətçilik qüdrətinin rəmzinə çevrildi. Otuz il ərzində işğal faktı ilə barışmağa məcbur edilmək istənilən Azərbaycan həmin gün öz taleyinin sahibi olduğunu bütün dünyaya nümayiş etdirdi.

Lakin 8 Noyabrın əhəmiyyəti yalnız hərbi və tarixi müstəvi ilə məhdudlaşmır. Bu qələbənin ən mühüm nəticələrindən biri Azərbaycanın regional və qlobal siyasi proseslərdə rolunun keyfiyyətcə dəyişməsidir. Bakı artıq yalnız öz təhlükəsizliyini təmin etməyə çalışan, beynəlxalq platformalarda milli maraqlarını müdafiə edən dövlət deyil. Azərbaycan bu gün regionun gələcəyinə dair qərarların formalaşmasında iştirak edən, yeni kommunikasiya xətlərinin, iqtisadi əməkdaşlıq platformalarının və geosiyasi təşəbbüslərin mərkəzində dayanan mühüm aktordur”.
Kamran Bayramov hesab edir ki, Azərbaycanın hərbi qələbəsi bu köhnə geosiyasi konstruksiyanı dağıtdı: “Regionda yeni reallıq yarandı və həmin reallığın əsas müəlliflərindən biri məhz Bakı oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət Azərbaycanın bu yeni mərhələdə manevr imkanlarını genişləndirdi. Bakı Ankara ilə strateji müttəfiqliyini möhkəmləndirməklə yanaşı, Moskva, Vaşinqton, Pekin, Brüssel və Mərkəzi Asiya paytaxtları ilə münasibətlərdə milli maraqlara əsaslanan praqmatik xətt yürüdür.

Bu siyasətin mahiyyəti sadə, lakin stratejidir: Azərbaycan heç bir geosiyasi mərkəzin maraqlarının alətinə çevrilmədən müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq edir, öz suveren qərarvermə imkanlarını qoruyur və regional proseslərdə müstəqil mövqeyini saxlayır. Məhz bu yanaşma Bakının beynəlxalq siyasi çəkisini artıran əsas amillərdəndir.

Bu gün Azərbaycanın geosiyasi əhəmiyyətini müəyyənləşdirən əsas amillərdən biri onun unikal coğrafi mövqeyi və bu mövqeyi real iqtisadi-siyasi üstünlüyə çevirmək bacarığıdır. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan artıq sadəcə tranzit ölkə kimi qiymətləndirilə bilməz. Bakı Mərkəzi Asiya ilə Avropanı, Türkiyə ilə Xəzər hövzəsini, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarını birləşdirən strateji qovşaq rolunu gücləndirir. Orta Dəhlizin artan əhəmiyyəti, Xəzər üzərindən daşımaların genişlənməsi, Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol və yeni nəqliyyat-kommunikasiya layihələri ölkəmizin geosiyasi çəkisini daha da artırır.
596449
Zəngəzur dəhlizi və TRIPP layihəsi ətrafında formalaşan gündəlik isə Azərbaycanın regional baxışının daha geniş miqyasını ortaya qoyur. Bu təşəbbüslər yalnız Azərbaycanı Naxçıvanla birləşdirmək məsələsi deyil. Söhbət Türkiyədən Mərkəzi Asiyaya, oradan daha geniş Avrasiya məkanına uzanan yeni iqtisadi və logistika imkanlarından gedir.

Beləliklə, Azərbaycan coğrafiyasının yaratdığı üstünlüyü geosiyasi təsir imkanına çevirir. Bir vaxtlar münaqişənin yaratdığı məhdudiyyətlər səbəbindən reallaşa bilməyən regional əməkdaşlıq perspektivləri indi yeni siyasi və iqtisadi gündəliyin əsas istiqamətlərindən birinə çevrilir”.

Deputatın fikrincə, 8 Noyabrın Azərbaycan xalqına və dövlətinə verdiyi ən böyük dərs budur ki, tarix qarşısında passiv mövqe tutanlar başqalarının yazdığı ssenarilərin iştirakçısına çevrilirlər: “Öz taleyinə sahib çıxanlar isə tarixin müəllifləri olurlar. Bu baxımdan 8 Noyabr Azərbaycanın sadəcə torpaqlarını deyil, tarixi iddiasını, siyasi iradəsini və gələcək hədəflərini də geri qaytardığı gündür. Odur ki, Şuşadan başlanan Zəfər yolu bu gün Avrasiyanın geosiyasi xəritəsində yeni istiqamətlər açır.  Çünki Zəfərin ən böyük mənası yalnız qalib gəlmək deyil, qələbədən sonra yeni tarix yazmaq, yeni reallıq yaratmaq və gələcəyin siyasi arxitekturasında özünə layiqli yer tutmaqdır. 8 Noyabr isə bu tarixin başlanğıcıdır”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Türkiyə Prezidentindən Azərbaycana Zəfər Günü təbriki
Next Post: Zəfər Gününə həsr olunan fləş-mob – VİDEO

Related Posts

  • “Beniz”in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi – FOTO Cəmiyyət
  • Daha iki həkimin qanunsuzluğunun üstü açıldı Cəmiyyət
  • Suda boğulmaların əsas səbəbləri bunlardır Cəmiyyət
  • Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı Cəmiyyət
  • Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: “Mənə heç nə edə bilməzsiniz” – VİDEO Cəmiyyət
  • “Şamaxinka”da izdiham: “Dünən bundan da betər idi” – VİDEO Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Brent nefti bahalaşdı İqdisadiyyat
  • Arzu Əliyevadan Mehriban Əliyeva ilə bağlı paylaşım – FOTO Ölkə
  • Paytaxtın iki rayonunda su olmayacaq Ölkə
  • Ukraynanın zərbələrinə Putindən REAKSİYA Siyasət
  • Laçında icra nümayəndəsi vəfat etdi Ölkə
  • Rusiyalılara viza verilməsi kəskin azaldılır: Aİ yeni qadağalara hazırlaşır Dünya
  • Sürücülərə ŞAD XƏBƏR – Bu yollar açıldı Cəmiyyət
  • Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by