Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Kantri musiqisinin ikonası vəfat etdi Mədəniyyət
  • Sevmədiyimiz işdə niyə illərlə qalırıq? – Bizi saxlayan görünməz səbəblər Cəmiyyət
  • Xətaidə yaşayış binasında yanğın – VİDEO Hadisə
  • Zabratda su borusu partladı, küçəni su basdı – VİDEO Ölkə
  • Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər Ölkə
  • Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi – FOTO Ölkə
  • “Sülh Körpüsü” Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pislədi Siyasət
  • Saçlara qulluqla bağlı ən çox edilən səhvlər Cəmiyyət

“McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir – FOTO

Posted on 6 Noyabr 2026 By admin Şərh yoxdur “McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir – FOTO

“McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşlığı çərçivəsində “Zəfərin varisləri: şəhid və müharibə iştirakçılarının övladları üçün şəxsi inkişaf proqramı”na start verilir.

 

8 Noyabr – Zəfər Gününə həsr olunan layihə gənclərin şəxsi inkişafına, sosial bacarıqlarının gücləndirilməsinə və gələcək imkanlarının genişləndirilməsinə yönəlib.

DSMF-nin təşəbbüsü ilə, tərəflər arasında 2024-cü ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən proqramın açılış mərasimi “McDonald’s” restoranında keçirilib.

2026-cı ilin noyabrından 2027-ci ilin noyabrınadək davam edəcək proqram şəhidlərin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının 15–23 yaş aralığında olan övladlarını əhatə edəcək. Layihənin əsas məqsədi iştirakçıların şəxsi potensialını inkişaf etdirmək, onların sosial və kommunikasiya bacarıqlarını gücləndirmək, cəmiyyətin fəal, təşəbbüskar və məsuliyyətli üzvləri kimi formalaşmalarına töhfə verməkdir.

Qeyri-formal təhsil prinsiplərinə əsaslanan proqram çərçivəsində kommunikasiya, məhsuldarlıq və komanda işi, dəyişikliklərə uyğunlaşma, emosional intellekt və empatiya istiqamətlərində təlimlər təşkil olunacaq. Təlimlər praktiki tapşırıqlar, qrup işləri, simulyasiyalar, müzakirələr və digər interaktiv metodlar vasitəsilə keçiriləcək. Bu yanaşma gənclərin əldə etdikləri bilik və bacarıqları gündəlik həyatda tətbiq etmələrinə və sosial fəallıqlarını artırmalarına imkan yaradacaq.

Proqramın əsas istiqamətlərindən biri də iştirakçılar arasından təlimçi potensialına malik gənclərin müəyyənləşdirilməsi və onların “Təlimçilərin təlimi” (ToT) proqramı vasitəsilə hazırlanmasıdır. Proqramı uğurla başa vuran iştirakçılar təcrübəli təlimçilərin mentorluğu ilə digər gənclər üçün təlimlər keçmək imkanı qazanacaqlar.

Bununla yanaşı, layihə müddətində təlimçi və mentor şəbəkəsinin formalaşdırılması, iştirakçılar arasında təcrübə mübadiləsinin təşkili, birgə fəaliyyətlərin həyata keçirilməsi və yeni təlim təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur. Bu mexanizm proqramın birillik icra müddəti başa çatdıqdan sonra da fəaliyyətinin davam etdirilməsinə şərait yaradacaq.

Gənclərin inkişafına, təhsilinə və sosial inteqrasiyasına dəstək “McDonald’s Azərbaycan”ın korporativ sosial məsuliyyət fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Şirkət DSMF ilə əməkdaşlıq çərçivəsində şəhid ailələrinin və müharibə iştirakçılarının övladlarına yönəlmiş müxtəlif sosial təşəbbüslərdə iştirak edir. Bu əməkdaşlıq çərçivəsində uşaqlar üçün əyləncəli və maarifləndirici tədbirlər, yay düşərgələri təşkil olunub, eləcə də yeni tədris ili ərəfəsində birinci sinif şagirdlərinə məktəb ləvazimatları təqdim edilib.

“Zəfərin varisləri” proqramı tərəflər arasında davam edən əməkdaşlığın növbəti mərhələsi olaraq gənclərin şəxsi və sosial bacarıqlarının inkişafına, gələcək həyat və karyera imkanlarının genişləndirilməsinə dəstək məqsədi daşıyır.

Proqramda iştirak üçün qeydiyyat

Proqramda iştirak etmək istəyən müvafiq kateqoriyadan olan 15–23 yaşlı gənclər ad, soyad, ata adı, FİN kod və əlaqə nömrələrini təqdim etməklə projects@dsmf.gov.azelektron poçt ünvanı, DOST mərkəzləri, “142” Çağrı Mərkəzi və ya Dövlət Sosial Müdafiə Fondunun qəbul mərkəzləri vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

İqdisadiyyat

Yazı naviqasiyası

Previous Post: Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı
Next Post: Komitə sədri səhiyyədəki problemləri nazirlərin diqqətinə çatdırdı

Related Posts

  • İnvestorların bölgəyə marağı artıb – AÇIQLAMA İqdisadiyyat
  • Azərbaycanın valyuta ehtiyatları 16% artdı İqdisadiyyat
  • Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı İqdisadiyyat
  • Neftimizin qiyməti 108 dolları keçdi İqdisadiyyat
  • Azərbaycanda qiymətlər 5,7% artıb İqdisadiyyat
  • ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayacaq İqdisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Leysan yağıb, İstisuya dolu düşüb – FAKTİKİ HAVA Ölkə
  • Ziya Bünyadov prospektində YENİLİK – Qaydanı pozanları 100 manat cərimə gözləyir – FOTO Ölkə
  • Sabirabadda qəza ölümlə nəticələndi Hadisə
  • Məktəbə ilk addımlar: Şagirdlərdə stresin qarşısını necə almaq olar? Təhsil
  • Avrasiyanın yeni qapısı: Naxçıvan necə logistika, enerji habına çevrilir Siyasət
  • Polis reyd keçirdi – Qanun pozuntuları aşkarlandı Ölkə
  • Şəhid Şahgündüz Cabbarovun anası oğlunun son arzusundan danışdı – VİDEO Ölkə
  • El-Nino Avropada havaya təsir edəcək: Qış necə keçəcək? Dünya

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by