Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi Cəmiyyət
  • Bakıda yüzlərlə ev plana düşdü – Kompensasiya ödəniləcək Ölkə
  • Böyük Qayıdış: Yenidən doğma yurda çevrilən torpaqlar Ölkə
  • “Turan Tovuz” – “Fənərbağça” oyununun biletləri gələn həftə satışa çıxarılacaq İdman
  • Nazir 20 ilin prorektorunu işdən çıxardı – Yerinə professoru TƏYİN ETDİ Cəmiyyət
  • Madriddə dəbdəbəli penthaus qalmaqalı – Ayuso kəskin tənqidlərlə üzləşdi Dünya
  • Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi Ölkə
  • Heydər Əliyev və xanımı Alyona Əliyeva Zəfər abidəsini ziyarət etdilər – FOTOLAR Ölkə

Xankəndidə müəllim və tələbələrin birgə konserti olub

Posted on 24 Sentyabr 2026 By admin Şərh yoxdur Xankəndidə müəllim və tələbələrin birgə konserti olub

Xankəndi Mədəniyyət Mərkəzində Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, tədbirdə Azərbaycan musiqi mədəniyyətinin müxtəlif janrlarını əhatə edən repertuar nümayiş etdirilib.

Bildirilib ki, konsert proqramı Aslan Muradoğlu və saz sinfinin tələbələrinin ifasında “Ovşarı” aşıq havası ilə başlayıb.

Ardınca Teyyub Dəmirovun Aydın Əliyevin işləməsində “Yeni rəqs” əsəri Aydın Əliyev və tələbələrinin ifasında səsləndirilib.

Proqramda həmçinin Adil Bəbirovun “Bənövşə”, Hacıbaba Həsənovun “Yağma yağış”, “Çahargah” kompozisiyası və “Şur rəngi” təqdim olunub. Konsertin əsas hissələrindən birini xanəndəlik və muğam ifaları təşkil edib.

Tədbirdə Xan Şuşinskinin “Şuşanın dağları” mahnısı Səbinə Ərəbli və tələbələrinin ifasında, Hüseynağa Səmədovun (tar), Xalq artisti Elşən Mansurovun (kamança) və İlqar Süleymanlının (nağara) müşayiəti ilə səsləndirilib.

Proqram çərçivəsində Əməkdar artist Səbuhi İbayev və Səma Soltanovanın ifasında “Segah” təsnifi, Əməkdar artist Ehtiram Hüseynovun tələbələrinin ifasında “Şur” təsnifləri təqdim edilib.

Həmçinin “Qara xal yar” və “Qobustan” ritm kompozisiyaları tamaşaçılara çatdırılıb. Konsert Əməkdar artist Firuz Səxavətin ifasında “Bir sən idin ömrümün bəzəyi” adlı “Şur” təsnifi ilə yekunlaşıb.

Mədəniyyət

Yazı naviqasiyası

Previous Post: Tokayev ölkədə ümummilli matəm günü elan etdi
Next Post: Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Related Posts

  • Corc nişanlandı  Mədəniyyət
  • İlham Mirzəyev xəstəxanaya yerləşdirildi Mədəniyyət
  • “And içmişəm, hamısının adını sadalayacağam” Mədəniyyət
  • Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı: Zövq məsələsidir Mədəniyyət
  • Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub Mədəniyyət
  • “2 milyonum olsaydı, toyda oxumazdım” – Eldəniz Məmmədov Mədəniyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycanda bu kanatlar test ediləcək Ölkə
  • Bu il onların pensiyası artacaq Cəmiyyət
  • Polis reyd keçirdi – Qanun pozuntuları aşkarlandı Ölkə
  • Vəzifəli şəxs işdən çıxdı – Yeni sahəyə keçdi – FOTO Cəmiyyət
  • Əraqçi Pakistan Ordusunun komandanı ilə danışıb Siyasət
  • Nazir 20 ilin prorektorunu işdən çıxardı – Yerinə professoru TƏYİN ETDİ Cəmiyyət
  • “Kim xatırlayır, harada qalmışdıq?” – Video Cəmiyyət
  • Azərbaycanda maaş artdı Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by