Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • 40 yaşdan sonra bu sabundan istifadə edin Cəmiyyət
  • Qarabağ müharibəsinin iştirakçısı olan yazıçı VƏFAT ETDİ Cəmiyyət
  • Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək İdman
  • Avrasiyanın yeni qapısı: Naxçıvan necə logistika, enerji habına çevrilir Siyasət
  • Qərb sülh istəyirmi? – İndi əsas sual budur Siyasət
  • Bu ölkədə məhkəmə uşaqların sosial şəbəkəyə girişini qadağan edən qanunu blokladı Dünya
  • Bu il suda boğulanların sayı açıqlandı Cəmiyyət
  • Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir Ölkə

Tiktokda qadını şantaj edən şəxs HƏBS OLUNDU

Posted on 15 Sentyabr 2026 By admin Şərh yoxdur Tiktokda qadını şantaj edən şəxs HƏBS OLUNDU

Lerikdə qadın şantaj olunub.

31 yaşlı Mikayıl Dadaşov (şərti ad) sosial şəbəkədə hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

Məlumata əsasən, o, tiktok sosial şəbəkəsində saç ustası olan bir xanımın foto və video görüntülərini öz telefonuna yükləyib. Sonra həmin görüntülərin fonunda nalayiq ifadələr səsləndirib və təhqiramiz sözlər yazaraq, saç ustası işləyən zərərçəkənə göndərib. Mikayıl özünə məxsus “Momento more” adlı səhifədən qadına yazaraq, həmin görüntülərin yayılmaması qarşılığında 50 manat pul istəyib. Bundan əlavə, o, qadına başqa vaxt da mesaj yazaraq, intim münasibət təklif edib.

Lakin qadın bu təklifləri rədd edərək, Mikayıl Dadaşovu sosial şəbəkədə əngəlləyib. Bundan sonra Mikayıl qadın barəsində hazırladığı rüsvayedici görüntüləri “Instagram”da özünə məxsus bir neçə səhifədə yayıb.

Zərərçəkənin şikayəti əsasında M. Dadaşov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsilə cinayət işi başlanıb.

M. Dadaşov ifadəsində bildirib ki, pul qazanmaq üçün insanları şantaj etmək yolunu seçib. İlk olaraq da zərərçəkən xanıma yazıb. O, əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkən qadın da ifadəsində təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını deyib. Onun sözlərinə görə, Mikayıl telefon zəngi ilə danışıq zamanı pul göndərməyəcəyi təqdirdə gəlib onu evində zorlayacağını da bildirib.

Məhkəmənin qərarı ilə M. Dadaşov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: “Beniz”in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi – FOTO
Next Post: Brent nefti bahalaşdı

Related Posts

  • Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı Cəmiyyət
  • Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayıldı Cəmiyyət
  • Bakıdakı dəbdəbəli toya Alessandro Safina, Murat Boz gəldi Cəmiyyət
  • Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 7 silah götürülüb Cəmiyyət
  • 40 yaşdan sonra bu sabundan istifadə edin Cəmiyyət
  • Bu il avtoqəzalarda 285 nəfər ölüb Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycan XİN Slovakiyanı Milli Günü münasibətilə təbrik edib Siyasət
  • Nobel Sülh mükafatını o qazandı Dünya
  • 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi – DTX-dən XÜSUSİ ƏMƏLİYYAT Ölkə
  • Bakı-Sumqayıt yolunda QƏZA: Yük avtomobili arakəsməyə çırpıldı – VİDEO Hadisə
  • Azərbaycan səhiyyəsinə ağır itki – Əməkdar həkim vəfat etdi Cəmiyyət
  • Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır? – VİDEO İqdisadiyyat
  • Kreml: Qərbin Ukraynadakı istənilən silah müəssisəsini vuracağıq  Dünya
  • İlham Əliyev: “Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub” Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by