Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Kazemironun debüt qolu, Messinin pokeri: “İnter Mayami” “Monreal”ı darmadağın etdi İdman
  • Kolleclərə qeydiyyat prosesinə başlanılır Təhsil
  • İƏT-in yeni Baş katibi o seçildi Dünya
  • İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu Dünya
  • Yeni sistemin yaradılması nə vəd edir? – DETALLAR AÇIQLANDI Cəmiyyət
  • Xəzər rayonunda oğurluq edən iki nəfər saxlanılıb Kriminal
  • Hikmət Hacıyevdən İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım Ölkə
  • Agentlik sədri Nigar Cəbrayılovaya yeni vəzifə verdi – FOTO Cəmiyyət

İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

Posted on 9 Sentyabr 2026 By admin Şərh yoxdur İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Emoməli Şərifoviç,

Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ötən otuz beş il ərzində Sizin uzaqgörən və qətiyyətli rəhbərliyiniz sayəsində Tacikistan dövlət quruculuğu, daxili sabitliyin bərqərar olunması və sosial-iqtisadi tərəqqi sahəsində böyük inkişaf yolu keçmiş, qlobal arenada nüfuzunu və mövqeyini möhkəmləndirmişdir. Tacikistanın müstəqillik tarixi və əldə etdiyi bütün nailiyyətlər Sizin adınızla bağlıdır.

Ortaq dini-mədəni və tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsini özündə əks etdirən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının möhkəmlənməsi və gündən-günə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Şübhəsiz ki, ali səviyyəli fəal dialoq, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu əlaqələrin daha sürətlə inkişafına və dərinləşməsinə şərait yaradır.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Tacikistan əlaqələri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcəkdir.

Hörmətli Emoməli Şərifoviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, qardaş Tacikistan xalqına daim əmin-amanlıq,  rifah və firavanlıq arzulayıram”.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Zərdabda xəsarət alanların son durumu AÇIQLANDI
Next Post: Ceyhun Bayramov: Azərbaycan bərpa olunan enerji gücünü artırır

Related Posts

  • CENTCOM xəritəsində Qəzza İsraillə eyni rəngdə göstərildi Siyasət
  • Makron “Patriot”ları almağa kömək edəcək – Zelenski Siyasət
  • Rusiya Ordusu bu istiqamətdə hücuma hazırlaşır Siyasət
  • Hörmüz düyünü: Oman niyə İranla razılaşmadan geri çəkildi? Siyasət
  • ABŞ-də bayraqlar bir həftə yarıyadək endiriləcək Siyasət
  • Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Təbrizdən İrəvana uçuşlar bərpa olunur – Tarix açıqlandı Dünya
  • Rusiya Ordusu bu istiqamətdə hücuma hazırlaşır Siyasət
  • Pentaqon raket istehsalını artırmaq üçün müqavilələr bağlayıb Dünya
  • Dünya bazarında qızıl ucuzlaşdı İqdisadiyyat
  • İlham Mirzəyev xəstəxanaya yerləşdirildi Mədəniyyət
  • Sabahdan Bakıda və rayonlarda külək güclənəcək Ölkə
  • Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub – FOTOLAR Mədəniyyət
  • TƏBİB uşaq xəstəxanasındakı həmin görüntülər barədə MƏLUMAT YAYDI Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by