Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər Ölkə
  • Limonlu su ilə qarqara dişləri məhv edə bilər – Stomatoloqdan XƏBƏRDARLIQ Maraqlı
  • TRIPP-in icrası müzakirə edildi Siyasət
  • “Sisi” həbs edildi Dünya
  • Naxçıvanda əhalinin sayı artıb Siyasət
  • Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır Cəmiyyət
  • Şirvanda mağazadan oğurluq edildi Hadisə
  • Asif Əliyev: “Neftçi” – “Sabah” matçında heç-heçə olacağını düşünürəm” İdman

Ceyhun Bayramov İsveçin yeni səfiri ilə görüşüb

Posted on 4 Sentyabr 2026 By admin Şərh yoxdur Ceyhun Bayramov İsveçin yeni səfiri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və İsveç arasında mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, humanitar və təhsil sahələrində əməkdaşlığın perspektivləri, habelə regional məsələlər müzakirə olunub.

İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsinin ikitərəfli gündəliyin daha da inkişaf etdirilməsinə töhfə verdiyi vurğulanıb. Bu xüsusda, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların davam etdirilməsinin vacibliyi qeyd edilib.

Regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş Azərbaycanın səyləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, eləcə də regionda yeni əməkdaşlıq imkanları barədə qarşı tərəfə məlumat verib.

Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, regional bağlantılar, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər müzakirə olunub.

Səfir Luis Morsinq Azərbaycan ilə İsveç arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Vaqif Sadıqova yeni VƏZİFƏ VERİLDİ
Next Post: Kreml: Qərbin Ukraynadakı istənilən silah müəssisəsini vuracağıq 

Related Posts

  • Azərbaycanda işıq pulu ləğv edilə bilər Ölkə
  • İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib – VİDEO Ölkə
  • Bəzi ərazilərdə qaz olmayacaq Ölkə
  • Laçında icra nümayəndəsi vəfat etdi Ölkə
  • Britaniyanın yeni səfiri Azərbaycan dilini belə öyrənib Ölkə
  • AB-nin qaz ehtiyatları kəskin azaldı Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Təyyarələr Sakit okean üzərindən niyə uçmur? – Bir narahatedici səbəbi var Dünya
  • Şəhid Şahgündüz Cabbarovun anası oğlunun son arzusundan danışdı – VİDEO Ölkə
  • Delap karyerasını bu klubda davam etdirəcək İdman
  • Sabah yağış yağacaq, şimşək çaxacaq Ölkə
  • Dizayn dünyasının yeni favoriti: Bu yazı tipi zirvəni necə ələ keçirdi? Maraqlı
  • Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı: Zövq məsələsidir Mədəniyyət
  • Baş katib İlham Əliyevə təşəkkür etdi Siyasət
  • Antalyada meşəlik ərazidə yanğın  Dünya

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by