Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • ABŞ İranla münaqişə səbəbindən bu üstünlüyünü itirir Siyasət
  • Universitetlərə qəbul olunanların qeydiyyatı başladı Təhsil
  • 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi – DTX-dən XÜSUSİ ƏMƏLİYYAT Ölkə
  • Türkiyənin nüvə layihəsində SON MƏRHƏLƏ – İlk reaktor nə vaxt işə düşəcək? Dünya
  • Azərbaycandan Ermənistana yük göndərildi – YENİLƏNİB Ölkə
  • Rusiyaya girişi qadağan olunmuşdu – Həbs olundu Cəmiyyət
  • Tramp tikintini sürətləndirdi: 250 işçi günün 20 saatı çalışır Dünya
  • Bu il suda boğulanların sayı açıqlandı Cəmiyyət

Hörmüz düyünü: Oman niyə İranla razılaşmadan geri çəkildi?

Posted on 4 Sentyabr 2026 By admin Şərh yoxdur Hörmüz düyünü: Oman niyə İranla razılaşmadan geri çəkildi?

Hörmüz boğazı ətrafında baş verən son hadisələr, xüsusən də Maskatın Tehranla razılaşmadan geri çəkilməsi onu göstərir ki, burada söhbət yalnız İran və Oman arasında naviqasiya məsələsinin həllindən getmir. Əslində, Hörmüz böhranı artıq iki ölkənin münasibətləri çərçivəsindən çıxaraq ABŞ, İran, Körfəz ölkələri və bütövlükdə qlobal enerji bazarının maraqlarının toqquşduğu geosiyasi düyünə çevrilib.

İran və Oman arasında boğazda təhlükəsiz gəmiçiliyin bərpası ilə bağlı müəyyən anlaşmaların əldə olunması ilk baxışdan Tehranın diplomatik uğuru kimi görünə bilərdi. Oman avqustun 25-də İranla birgə müvəqqəti naviqasiya dəhlizinin yaradılması, boğazın minalardan təmizlənməsi və gələcəkdə daimi dəhlizin formalaşdırılması üzrə danışıqların davam etdirildiyini açıqlamışdı. Lakin burada əsas məsələ dəhlizin yaradılması deyil, onun kim tərəfindən və hansı qaydalarla idarə olunmasıdır.

İranın yanaşması Hörmüz üzərində öz təsir imkanlarını rəsmiləşdirmək istəyindən xəbər verir. ABŞ isə bunun əksinə olaraq boğazın beynəlxalq gəmiçilik üçün açıq qalmasını və heç bir dövlətin burada keçid üzərində birtərəfli nəzarət yaratmamasını tələb edir. Vaşinqtonun mövqeyinə görə, Hörmüz beynəlxalq su yoludur və keçid üçün rüsum və ya məcburi ödəniş tətbiq edilməməlidir. Məhz buna görə Oman üçün Tehranla əldə ediləcək istənilən razılaşmanın yalnız İranın mövqeyi ilə məhdudlaşması mümkün deyildi.

 

 

Maskatın əsas problemi: iki tərəf arasında qalmaq

Oman burada olduqca mürəkkəb vəziyyətlə üz-üzədir. Bir tərəfdən İranla qonşudur, Tehranla uzun illərdir xüsusi diplomatik kanalları qoruyur və hətta ABŞ-İran danışıqlarında vasitəçilik missiyası həyata keçirib. Digər tərəfdən isə Oman ABŞ-ın regional tərəfdaşlarından biridir və Hörmüz məsələsində Vaşinqtonun fundamental maraqlarını nəzərə almadan hərəkət etmək onun üçün son dərəcə risklidir. Bu baxımdan Omanın İranla müəyyən texniki anlaşmaya getməsi onun ABŞ-dan siyasi olaraq uzaqlaşması anlamına gəlmirdi.
Əksinə, Maskatın siyasətinin mahiyyəti İranla dialoqu qorumaqla Qərblə strateji münasibətləri pozmamaqdır. Elə buna görə də İranla razılaşmanın ödəniş və boğaz üzərində idarəetmə məsələsinə keçdiyi mərhələdə Oman geri addım atmağa məcbur oldu.

Tramp faktorunu da unutmaq olmaz

Bu məsələdə ABŞ Prezidenti Donald Trampın sərt mövqeyi Omanın manevr imkanlarını daha da daraldıb. Tramp may ayında İranla birlikdə Hörmüz üzərində nəzarət mexanizmi yaradılması ilə bağlı Omanın fəaliyyətinə qarşı sərt xəbərdarlıq edib, avqustun 17-də isə daha açıq şəkildə bildirmişdi ki, Oman ABŞ-İran razılaşmasına mane olarsa, Vaşinqton ona qarşı hərbi addım ata bilər. Hətta Omanı bombardman etməklə hədələyib. Belə bir şəraitdə Maskatın İranla ABŞ-ın əsas strateji maraqlarına zidd olan uzunmüddətli razılaşmaya getməsi son dərəcə çətin idi. Ona görə də Omanın müstəqil diplomatik xətt yürütmək imkanları ABŞ-İran qarşıdurmasının yaratdığı reallıqlardan kənara çıxa bilməz.  Daha doğrusu ABŞ-nin razlığı olmadan Hörmüzdə hər hansı razılaşma mümkün deyil.

Hörmüz böhranı necə həll oluna bilər?
Hadisələrin ən mühüm tərəfi isə budur: Hörmüz boğazı artıq regional problem statusunu geridə qoyub. Bu boğazdan müharibədən əvvəl dünya neftinin təxminən beşdə biri keçirdi. Bu səbəbdən burada yaranan istənilən uzunmüddətli məhdudiyyət enerji qiymətlərinə, sığorta xərclərinə, gəmiçilik marşrutlarına, Asiya iqtisadiyyatlarına və qlobal inflyasiyaya təsir göstərir. Deməli, Hörmüz məsələsini yalnız Tehran-Maskat formatında həll etmək mümkün deyil. Təbii ki, İranın təhlükəsizlik maraqları var, Omanın isə suverenlik və təhlükəsizlik maraqları var. Digər tərəfdən burada digər Körfəz ölkələrinin enerji ixracı maraqları var. Bundna əlavə olaraq ABŞ-nin də burada öz geosiaysi maraqları mövcuddur və aparılan savaş da bunun uğrundadır. Avropa və Asiyanın isə əsas tələbi enerji və ticarət marşrutlarının təhlükəsizliyidir. Bu maraqların hamısı nəzərə alınmadan bağlanacaq hər hansı ikitərəfli razılaşmanın davamlı olması şübhəlidir. Odur ki, Hörmüz ətrafındakı qarşıdurmanın arxasında daha böyük sual dayanır: Yaxın Şərqin ən mühüm enerji arteriyalarından birinin gələcək təhlükəsizlik və idarəetmə modelini kim müəyyən edəcək?

Nəticə etibarilə, Omanın İranla razılaşmadan geri çəkilməsi sadəcə Maskat-Tehran münasibətlərində yaranmış fikir ayrılığı kimi qiymətləndirilməməlidir. Bu, Hörmüz böhranının artıq regional aktorların təkbaşına həll edə bilməyəcəyi qlobal geosiyasi və enerji təhlükəsizliyi probleminə çevrildiyini göstərən növbəti siqnaldır.

Və ən vacib məqam budur: Hörmüzün gələcəyi artıq təkcə İran və Omanın qərarından asılı deyil. Ən yumşaq halda qeyd etsək deyə bilərik ki, burada ABŞ-ın mövqeyi, Körfəz ölkələrinin maraqları və qlobal enerji bazarının təhlükəsizliyi eyni masada nəzərə alınmalıdır. Əgər bu maraqlar nəzərə alınmayacaqsa, Hörmüz böhranı həlli daha mürəkkəb olan bir mərhələyə qədəm qoymuş olacaq.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Mingəçevirdə İlham İsmayılov sakinlərlə səyyar görüş keçirib
Next Post: Sabahdan leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Related Posts

  • ABŞ səfirliyi bu gün fəaliyyət göstərməyəcək Siyasət
  • Ursula fon der Lyayen xəbərdarlıq etdi: “Aİ iqtisadiyyatı ciddi təhdidlərlə üz-üzədir” Siyasət
  • Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub Siyasət
  • Birləşmiş Ştatların uduzmasını istəyirlər – Tramp Siyasət
  • Rusiya “Flamingo”ların istehsal olunduğu zavodu VURDU Siyasət
  • Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bakıya gələnlərə paylanan bağlamaları qəbul edənlər saxlanılır Kriminal
  • Yüksək hərarət, ishal, səpki – Uşaqlar arasında təhlükəli virus yayılıb? Cəmiyyət
  • Buzovnada faciə: Körpə ölü doğuldu, ailə həkim səhlənkarlığını iddia edir – VİDEO Hadisə
  • Yeni təmayül modeli üçün müəllim seçimi davam edir Təhsil
  • Vəzifəli şəxs işdən çıxdı – Yeni sahəyə keçdi – FOTO Cəmiyyət
  • “Neftçi” futbolçusu Elvin Camalovla yollarını ayırıb İdman
  • Dünya bazarında qızıl ucuzlaşdı İqdisadiyyat
  • TƏBİB uşaq xəstəxanasındakı həmin görüntülər barədə MƏLUMAT YAYDI Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by