Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb Siyasət
  • Tiktokda qadını şantaj edən şəxs HƏBS OLUNDU Cəmiyyət
  • Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü Cəmiyyət
  • Şahin Mustafayev: Azərbaycan və Çin arasında tranzit yük daşımaları 8% artıb Ölkə
  • Zelenskidən gözlənilməz qərar: Baş prokuroru vəzifədən kənarlaşdırdı Dünya
  • Əraqçi Pakistan Ordusunun komandanı ilə danışıb Siyasət
  • İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu Dünya
  • Ötən gün 124 nəfər tutulub, 100-ü borca görə Kriminal

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiriblər – FOTOLAR

Posted on 20 Oktyabr 202620 Oktyabr 2026 By admin Şərh yoxdur Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiriblər – FOTOLAR

2026-cı il oktyabrın 20-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında – “Place du Luxembourg” meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib.

Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Aksiyada etiraz bəyanatı oxunub. Bəyanatda deyilir: “Biz Avropa İttifaqı institutlarının yerləşdiyi bu şəhərdə 30 ildən çoxdur doğmalarından xəbər ala bilməyən ailələrin, illərdir qapısı döyülməyən evlərin, övlad yolunu gözləyən anaların və valideyninin üzünü xatırlamayan uşaqların səsiyik. Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4.010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Hər rəqəmin arxasında bir insan həyatı, cavabsız qalan suallar dayanır. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır. Davamlı sülh yalnız dövlətlər arasında deyil, insanların həyatında da hiss olunmalıdır”.

Bəyanatda o da vurğulanıb ki, bu günədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində 32 kütləvi məzarlıq aşkarlanıb. Məhkəmə-genetik ekspertizalar nəticəsində 328 itkinin kimliyi müəyyən edilib, 273 nəfərin nəşi ailələrinə təhvil verilib: “Bu nəticələrin hər biri qeyri-müəyyənliyin aradan qaldırılması yolunda mühüm addımdır. Amma hələ də gözüyolda olan ailələr var. Onlar həqiqəti bilmək istəyir! İstəkləri Ermənistan tərəfindən mövcud məlumatların və arxivlərin açıqlanması, kütləvi məzarlıqlar və itkinlərin sonrakı taleləri barədə məlumatların təqdim edilməsidir”.

Azərbaycanlı itkin ailələri Ermənistanı daim müdafiə edən, bir dəfə də olsun azərbaycanlı itkinlərlə bağlı məsələ qaldırmayan, beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunəsi kimi qəbul edilən, Avropa Parlamentinə səsləniblər: “Ötən il BMT-nin Cenevrədəki ofisinə çatdırdığımız humanitar çağırışı bu gün Brüsseldə davam ediririk. İnsan hüquqları universaldırsa, həqiqəti bilmək hüququ da universaldır! Ötən il itkin anası Elmira Dadaşova oğlunun taleyi barədə çağırışını dünyaya çatdırmaq üçün Cenevrəyə yollandı. Cenevrə aksiyasından qısa müddət sonra isə oğlu barədə məlumat əldə edə bilmədən dünyasını dəyişdi. Avropa İttifaqı institutlarından soruşuruq: Daha neçə ana övladından xəbərsiz dünyadan köçməlidir?”.

Aksiya çərçivəsində Azərbaycanın itkin düşmüş şəxslərinin fotoşəkilləri, geyimləri və məktub zərflərindən ibarət xüsusi instalyasiya nümayiş etdirilib. Zərflərdə itkinlərin dilindən yazılmış “Mən sadəcə bir rəqəm deyiləm. Mənim adım var, ailəm var”, “Mən hələ də kiminsə övladıyam. Ailəm nə vaxta qədər gözləməlidir?” kimi təsirli mesajlar yer alıb. Bu məktublar vasitəsilə 30 ildən artıqdır səsi eşidilməyən itkin azərbaycanlılar sanki özləri sükutu pozaraq dünyaya xitab ediblər.

İnstalyasiya ilə tanış olan ziyarətçilər itkin ailələrinə dəstək mesajları yazıb, xatirə lentləri bağlayıb və güllər qoyaraq həmrəylik nümayiş etdiriblər.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova Ermənistanın azərbaycanlı itkinlərin taleyi ilə əlaqədar birbaşa cavabdehlik daşıdığını vurğulayıb: “Dünyaya çağırışımız budur: Biz itkin düşmüş əzizlərimizin taleyi ilə bağlı cavablar axtarırıq. Onilliklərdir qeyri-müəyyənlik içində yaşayan ailələrlə həmrəy olun! Ermənistanı kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməyə çağırın! Heç bir ailə sonsuza qədər gözləməməlidir!”.

Qeyd edək ki, ötən il avqustun 30-da – Beynəlxalq İtkin Düşmüşlər Günündə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Cenevrədə BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər sarayı” meydanında silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi “Sınıq stul” abidəsi qarşısında da aksiya keçirmişdi.

İtkin ailələri ailə üzvlərindən xəbər alanadək Avropada aksiyalarının davamlı olacağını bildiriblər.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycanın QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində “Yoxluğun sədası” layihəsi üzrə qalibdir.

Xatırladaq ki, son günlərdə Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi də Avropanın 7 ölkəsinin şəhərlərində – İsveçrənin Cenevrə, Çexiyanın Brno, Sloveniyanın Lyublyana, Bosniya və Herseqovinanın Sarayevo, Xorvatiyanın Zaqreb, Avstriyanın Salzburq, İtaliyanın Roma şəhərlərində “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində fotoekspozisiyalar təşkil edib. Həmin aksiyalarda da qeyd olunub ki, Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibə olub. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda, hətta bir sıra itkinlərin qalıqlarının tapıldığı kütləvi məzarlıqların ətrafında da minaların basdırıldığı aşkarlanıb.

 

 

 

 

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Bəzi ərazilərdə su kəsiləcək
Next Post: Sabah iki rayonda qaz olmayacaq

Related Posts

  • İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı Cəmiyyət
  • Bu bürclərin bəxt üzünə “güləcək”: Qarşıda uğurlu günlər var Cəmiyyət
  • IV ixtisas qrupunda ballar yüksələcək Cəmiyyət
  • Nigar Fərhadın ərini DTX həbs edib – YENİ DETALLAR Cəmiyyət
  • Zəfərin yaratdığı reallıq: Yeni geosiyasi tarixin başlanğıcı Cəmiyyət
  • Bəzi ərazilərdə su kəsiləcək Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • 8 Noyabr: Öz taleyinə sahib çıxanlar… Cəmiyyət
  • “McDonald’s Azərbaycan” və DSMF-nin birgə layihəsi çərçivəsində “Zəfərin varisləri” proqramına start verilir – FOTO İqdisadiyyat
  • Dizayn dünyasının yeni favoriti: Bu yazı tipi zirvəni necə ələ keçirdi? Maraqlı
  • Türkiyənin nüvə layihəsində SON MƏRHƏLƏ – İlk reaktor nə vaxt işə düşəcək? Dünya
  • Orqanizminizdə iltihab varsa qəhvə için Dünya
  • Putindən Xəzər dənizi ilə bağlı TƏKLİF Siyasət
  • “İbrahim Tatlışiş” restoranında kabab at ətindən bişirilirmiş Ölkə
  • Tramp açıqladı: İranı belə əzəcəyik Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by