Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Bu il onların pensiyası artacaq Cəmiyyət
  • Yüksək hərarət, ishal, səpki – Uşaqlar arasında təhlükəli virus yayılıb? Cəmiyyət
  • “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi” yenilənib İqdisadiyyat
  • Binədə istixanada güclü YANĞIN baş verib Hadisə
  • Yaponiyada güclü zəlzələ baş verib Dünya
  • Əzizi: İranın cavabı daha dağıdıcı və ağrılı olacaq Siyasət
  • “Honeywell” Qarabağda – Ağdamda qaz sayğacı zavodu qurulur Ölkə
  • Keçmiş məktəb direktoru vəfat etdi – FOTO Cəmiyyət

Yalnızlıq ömrü qısaldır – Kişilər daha çox risk altındadır

Posted on 29 Sentyabr 2026 By admin Şərh yoxdur Yalnızlıq ömrü qısaldır – Kişilər daha çox risk altındadır

Yeni araşdırma yalnızlıq və sosial izolyasiyanın insanın xəstəliksiz yaşadığı illərin sayına təsir göstərə biləcəyini ortaya qoyub.

 “Nature Communications” jurnalında dərc olunan araşdırmada 40-69 yaş arasında 277 min 489 nəfərin məlumatları təhlil edilib.

Tədqiqatın əvvəlində iştirakçıların heç birində diabet, ürək, ağciyər xəstəlikləri, demensiya, xərçəng, depressiya və təşviş pozuntusu olmayıb.

Nəticələrə görə, həm yalnızlıq, həm də sosial izolyasiya yaşayan insanların xəstəliksiz ömür müddəti daha qısa olub.

Fiziki sağlamlıq baxımından bu qrupdakı qadınların xəstəliksiz yaşadığı müddət digər iştirakçılarla müqayisədə 2,4 il, kişilərin isə 1,7 il az olub.

Psixi sağlamlıqla bağlı fərq isə daha böyük qeydə alınıb. Yalnızlıq və sosial izolyasiya yaşayan qadınların psixi pozuntulardan uzaq yaşadığı müddət təxminən 3,7 il, kişilərdə isə 5,8 il daha az olub.

Araşdırmanın müəllifləri kişilərin yalnızlığın təsirinə daha həssas ola biləcəyini bildiriblər.

Mütəxəssislər qeyd edirlər ki, sosial izolyasiya və yalnızlıq eyni anlayış deyil. Sosial izolyasiya insanın sosial əlaqələrinin azlığı ilə, yalnızlıq isə mövcud münasibətlərindən narazılıq və təklik hissi ilə əlaqələndirilir.

Araşdırmada sağlam qidalanma, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu və siqaretdən uzaq durmağın sosial izolyasiya ilə əlaqəli sağlamlıq risklərinin bir hissəsini azaltdığı da müəyyənləşib.

Bununla belə, tədqiqat müşahidə xarakterli olduğundan yalnızlığın və ya sosial izolyasiyanın birbaşa olaraq konkret xəstəliklərə səbəb olduğunu sübut etmir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Hər gün sarımsaq YEYİN!
Next Post: 10 gün sonra Əvəz Zeynallının qızının nişan mərasimi olacaqmış

Related Posts

  • Mingəçevirdə İlham İsmayılov sakinlərlə səyyar görüş keçirib Cəmiyyət
  • Yol polisi sürücülərə müraciət etdi Cəmiyyət
  • Bu il avtoqəzalarda 285 nəfər ölüb Cəmiyyət
  • Avtobusda nağdsız ödənişlərin payı açıqlandı Cəmiyyət
  • Əməkdar artistin arxiv fotosu yayıldı Cəmiyyət
  • Bakının 5 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Roşka”nın 5 il həbsi tələb edildi Kriminal
  • Paltarını yumadığı üçün arvadını baltaladı – Qadın şikayətçi olmadı Kriminal
  • Xankəndidə müəllim və tələbələrin birgə konserti olub Mədəniyyət
  • İlham Mirzəyev xəstəxanaya yerləşdirildi Mədəniyyət
  • Qardaşından Cem Yılmaza ölüm arzulayanlara SƏRT CAVAB Dünya
  • Məsud Pezeşkian Ermənistana gedir Siyasət
  • Narkotiklə bağlı cinayət törədənlərin SAYI Kriminal
  • Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq – YENİLƏNİB Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by