Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Dərmandan zəhərlənən qadın öldü Hadisə
  • Avrasiyanın yeni qapısı: Naxçıvan necə logistika, enerji habına çevrilir Siyasət
  • Yaponiyada güclü zəlzələ baş verib Dünya
  • Acun Ilıcalı məhkəmədə “Fənərbağça”ya qalib gəldi Dünya
  • Bakının bu rayonunda 15 bina söküləcək Ölkə
  • DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı Kriminal
  • Xırdalanda qanunsuz yolbənd iddiası: “Dedi ki, mənə pul at” – VİDEO Ölkə
  • Şəkidə faciəvi şəkildə ölən şəxs dövlət qurumunun əməkdaşı imiş  Hadisə

Xankəndidə müəllim və tələbələrin birgə konserti olub

Posted on 24 Sentyabr 2026 By admin Şərh yoxdur Xankəndidə müəllim və tələbələrin birgə konserti olub

Xankəndi Mədəniyyət Mərkəzində Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, tədbirdə Azərbaycan musiqi mədəniyyətinin müxtəlif janrlarını əhatə edən repertuar nümayiş etdirilib.

Bildirilib ki, konsert proqramı Aslan Muradoğlu və saz sinfinin tələbələrinin ifasında “Ovşarı” aşıq havası ilə başlayıb.

Ardınca Teyyub Dəmirovun Aydın Əliyevin işləməsində “Yeni rəqs” əsəri Aydın Əliyev və tələbələrinin ifasında səsləndirilib.

Proqramda həmçinin Adil Bəbirovun “Bənövşə”, Hacıbaba Həsənovun “Yağma yağış”, “Çahargah” kompozisiyası və “Şur rəngi” təqdim olunub. Konsertin əsas hissələrindən birini xanəndəlik və muğam ifaları təşkil edib.

Tədbirdə Xan Şuşinskinin “Şuşanın dağları” mahnısı Səbinə Ərəbli və tələbələrinin ifasında, Hüseynağa Səmədovun (tar), Xalq artisti Elşən Mansurovun (kamança) və İlqar Süleymanlının (nağara) müşayiəti ilə səsləndirilib.

Proqram çərçivəsində Əməkdar artist Səbuhi İbayev və Səma Soltanovanın ifasında “Segah” təsnifi, Əməkdar artist Ehtiram Hüseynovun tələbələrinin ifasında “Şur” təsnifləri təqdim edilib.

Həmçinin “Qara xal yar” və “Qobustan” ritm kompozisiyaları tamaşaçılara çatdırılıb. Konsert Əməkdar artist Firuz Səxavətin ifasında “Bir sən idin ömrümün bəzəyi” adlı “Şur” təsnifi ilə yekunlaşıb.

Mədəniyyət

Yazı naviqasiyası

Previous Post: Tokayev ölkədə ümummilli matəm günü elan etdi
Next Post: Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Related Posts

  • Rəqs müəllimlərini tənqid etdi Mədəniyyət
  • Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub – FOTOLAR Mədəniyyət
  • İlham Mirzəyev xəstəxanaya yerləşdirildi Mədəniyyət
  • Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub Mədəniyyət
  • Corc nişanlandı  Mədəniyyət
  • “And içmişəm, hamısının adını sadalayacağam” Mədəniyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Avqustun 17-dək leysan, dolu və sel olacaq – XƏBƏRDARLIQ Cəmiyyət
  • MDU-da turizm təhsili yenilənir: İngilis dilində kadr hazırlığı və Sənaye Şurası Təhsil
  • İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu Dünya
  • Qazaxıstan “Drujba” ilə Almaniyaya neft tədarükünü bərpa edə bilər Dünya
  • Çin və ABŞ silahlı qüvvələri dialoqu gücləndirməlidir – Cinpin Dünya
  • “Tvente”nin baş məşqçisi: “Bizi “Qarabağ”la finala bərabər iki oyun gözləyir” İdman
  • TƏBİB uşaq xəstəxanasındakı həmin görüntülər barədə MƏLUMAT YAYDI Ölkə
  • Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya AFFA-dan ağır cəza İdman

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by