Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Neftimizin qiyməti 108 dolları keçdi İqdisadiyyat
  • Polis reyd keçirdi – Qanun pozuntuları aşkarlandı Ölkə
  • Putin yeni fərman imzaladı: Azərbaycanla bağlı bu qadağanı qoydu Dünya
  • Əməkdar artist: “Onlara pul qazandırırsınız, niyə biabırçı, tərbiyəsi olmayanlar toylarınızdadır?” Cəmiyyət
  • Avqustun 17-dək leysan, dolu və sel olacaq – XƏBƏRDARLIQ Cəmiyyət
  • İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib Siyasət
  • Gənc əsgər vəfat etdi – FOTO – SƏBƏB Ölkə
  • Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub Siyasət

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Posted on 14 Sentyabr 2026 By admin Şərh yoxdur Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tədris mövsümünün başlaması ilə əlaqədar Bakı şəhərində sərnişindaşıma imkanlarının artırılması istiqamətində tədbirləri genişləndirir.

Bu barədə  Agentlikdən məlumat verilib.

Bildirilib ki, sentybarın 15-dən paytaxtda marşrut xətlərinə cəlb edilən avtobusların sayı rekord həddə – 2530-ə çatdırılır.

Bu, son illərin ən yüksək göstəricisidir. Belə ki, 2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma üçün 1780 avtobus istismar olunub. Bu rəqəm 2023-cü ildə 2011-ə, 2024-cü ildə 2180-ə, 2025-ci ildə isə 2340-ə yüksəlib. Beləliklə, cəmi 5 il ərzində paytaxtda xətlərə cəlb olunan avtobusların sayı 750 ədəd və ya 42% artırılıb.

Bu il isə ilk dəfə olaraq Bakı marşrutlarında eyni vaxtda 2530 avtobusun istismarı təmin edilir. Ötən illə müqayisədə bu, 200-ə yaxın avtobus artım deməkdir.

Avtobus sayındakı artım xüsusilə sərnişin tələbatının yüksəldiyi tədris mövsümü ərəfəsində əhəmiyyətlidir. Bununla yanaşı, metro xətlərinin ayrılması layihəsi çərçivəsində son bir ay ərzində 8 ekspres təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib.

Avtobus parkının həm say, həm də keyfiyyət baxımından yenilənməsi istiqamətində işlər ilin sonuna qədər də davam etdiriləcək. Bu il 29 sayda xətdə isə avtobuslar daha yeni və müasir avtobuslarla əvəz edilib. Əlavə avtobusların gətirilməsi ilə sərnişinlərin daha rahat, təhlükəsiz və keyfiyyətli ictimai nəqliyyat xidmətləri ilə təmin olunması imkanları genişləndiriləcək.

Bu il özəl və dövlət müəssisələri tərəfindən 308 sayda avtobus gətirilib. Avtobusların artırılması davam etdirilir!

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: “Neftçi” futbolçusu Elvin Camalovla yollarını ayırıb
Next Post: Azərbaycan Qoşulmama Hərəkatının inkişafına mühüm töhfələr verib – Spiker

Related Posts

  • Bakının 5 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Cəmiyyət
  • Saxta elanlarla yarım milyon ələ keçirmişdilər – Cəzaları bəlli oldu Cəmiyyət
  • Daha iki həkimin qanunsuzluğunun üstü açıldı Cəmiyyət
  • Bir şəxsin neçə bank kartı ola bilər?  – ABA açıqladı Cəmiyyət
  • Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib Cəmiyyət
  • Pensiya alanlara şad xəbər – NAZİRLİK MƏLUMAT YAYDI Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq Ölkə
  • Hövsanda açıq ərazidə yanğın baş verib Hadisə
  • Məşhur general uzun müddətdən sonra ictimaiyyət arasında görünüb – FOTO Cəmiyyət
  • Xocavənddə yanğın başlayıb – VİDEO Hadisə
  • Nobel Sülh mükafatını o qazandı Dünya
  • Tiktokda qadını şantaj edən şəxs HƏBS OLUNDU Cəmiyyət
  • Çin və ABŞ silahlı qüvvələri dialoqu gücləndirməlidir – Cinpin Dünya
  • Sarkisyanın ev dustaqlığı barədə YENİ QƏRAR Dünya

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by