Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • İnsanlar yenidən kabel qulaqlıqlara qayıdır: Səbəbi nədir? Cəmiyyət
  • Bu bürclərin bəxt üzünə “güləcək”: Qarşıda uğurlu günlər var Cəmiyyət
  • ABŞ-İran qarşıdurması: 20-yə yaxın tanker Şri-Lanka sahillərinə sığındı Siyasət
  • “Sabah”ın rəqibi Bakıya gəldi – VİDEO İdman
  • XİN: Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir Ölkə
  • İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı Cəmiyyət
  • WSJ: Almaniyanın hərbi gücü Avropa ölkələrini narahat edir Dünya
  • Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı Dünya

İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

Posted on 9 Sentyabr 2026 By admin Şərh yoxdur İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Emoməli Şərifoviç,

Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ötən otuz beş il ərzində Sizin uzaqgörən və qətiyyətli rəhbərliyiniz sayəsində Tacikistan dövlət quruculuğu, daxili sabitliyin bərqərar olunması və sosial-iqtisadi tərəqqi sahəsində böyük inkişaf yolu keçmiş, qlobal arenada nüfuzunu və mövqeyini möhkəmləndirmişdir. Tacikistanın müstəqillik tarixi və əldə etdiyi bütün nailiyyətlər Sizin adınızla bağlıdır.

Ortaq dini-mədəni və tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsini özündə əks etdirən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının möhkəmlənməsi və gündən-günə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Şübhəsiz ki, ali səviyyəli fəal dialoq, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu əlaqələrin daha sürətlə inkişafına və dərinləşməsinə şərait yaradır.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Tacikistan əlaqələri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcəkdir.

Hörmətli Emoməli Şərifoviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, qardaş Tacikistan xalqına daim əmin-amanlıq,  rifah və firavanlıq arzulayıram”.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Zərdabda xəsarət alanların son durumu AÇIQLANDI
Next Post: Ceyhun Bayramov: Azərbaycan bərpa olunan enerji gücünü artırır

Related Posts

  • Naxçıvanda əhalinin sayı artıb Siyasət
  • Pentaqon İranla münaqişədə itkilərini açıqladı: 776 hərbçi Siyasət
  • Ukraynanın zərbələrinə Putindən REAKSİYA Siyasət
  • Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib Siyasət
  • Kreml Tehrana qarşı: Moskva bunu dəstəkləmir Siyasət
  • Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq – YENİLƏNİB Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycan neftinin qiyməti 95 dolları keçib İqdisadiyyat
  • İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu Dünya
  • İstanbulda sel fəlakəti: Ölənlərin sayı artdı – YENİLƏNDİ Dünya
  • Ağdamda 15 yaşlı qız qaçırıldı Hadisə
  • Meyitdən ürək transplantasiyası həyata keçirildi Dünya
  • Leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA Ölkə
  • İkinci Dünya müharibəsinin veteranı, şəhid babası 102 yaşında vəfat etdi Cəmiyyət
  • Bu tarixdə Ay tutulacaq – Azərbaycanda müşahidə olunacaq? Hadisə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by