Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək Dünya
  • Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya AFFA-dan ağır cəza İdman
  • Azərbaycanda işıq pulu ləğv edilə bilər Ölkə
  • Azərbaycandan Ermənistana yük göndərildi – YENİLƏNİB Ölkə
  • Azərbaycanın Qarabağ və Rumıniyanın Maramureş regionları əməkdaşlıq edəcəklər Dünya
  • Həsən Osmanov vəfat etdi – FOTO Cəmiyyət
  • Trampın planı pozuldu? – İrandan sensasion AÇIQLAMA Ölkə
  • 4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı – Vəziyyəti ağırdır Hadisə

Rusiyalılara viza verilməsi kəskin azaldılır: Aİ yeni qadağalara hazırlaşır

Posted on 4 Sentyabr 2026 By admin Şərh yoxdur Rusiyalılara viza verilməsi kəskin azaldılır: Aİ yeni qadağalara hazırlaşır

Avropa Komissiyası üçüncü ölkə vətəndaşları, xüsusilə də Rusiya vətəndaşları üçün viza məhdudiyyətlərini əhəmiyyətli dərəcədə sərtləşdirəcək yeni təklif üzərində işləyir.

Bu barədə Avropa Komissiyasının mətbuat katibi Markus Lammert keçirdiyi brifinqdə bildirib.

Viza rejimlərinin sərtləşdirilməsi müzakirələrinə Leypsiq hava limanında göyərtəsində partlayıcı maddə olan pilotsuz uçuş aparatının (PUA) aşkar edilməsi təkan verib. Almaniya mediasının yazdığına görə, hadisədə Rusiya mənşəli Latviya vətəndaşı və Rusiya pasportuna sahib Belarus sakini şübhəli bilinir. Məlum olub ki, Belarus sakini Almaniya ərazisinə İtaliyanın verdiyi turist vizası ilə daxil olub.

M. Lammert vurğulayıb ki, Avropa İttifaqı (Aİ) üzv dövlətləri “üçüncü ölkələrin düşmənçilik xarakterli əməllərindən” qorumaq məqsədilə qabaqlayıcı addımlar atacaq:

“Biz vizaların alınması şərtlərini necə məhdudlaşdıra biləcəyimizi nəzərdən keçiririk. Bu dəyişikliklər Aİ Viza Məcəlləsinə ediləcək növbəti düzəlişlər çərçivəsində reallaşacaq”.

Statistikaya nəzər salsaq, 2022-ci ilə qədər Rusiya vətəndaşlarına il ərzində təxminən 4 milyon viza verilirdisə, Aİ-nin tətbiq etdiyi məhdudiyyətlər nəticəsində bu göstərici 2025-ci ildə 618 minə qədər azalıb.

“Politico” nəşrinin məlumatına görə, yay mövsümü ərəfəsində Aİ-nin 11 üzvü — Baltikyanı ölkələr, Çexiya, Danimarka, Finlandiya, Niderland, Polşa, İsveç, İslandiya və Norveç Rusiya turistlərinin qitəyə girişinin tam məhdudlaşdırılması xahişi ilə müraciət edib. Avropa İttifaqı 2027-ci ilə qədər Rusiya vətəndaşlarına viza verilməsi qaydalarını maksimum sərtləşdirməyi planlaşdırır.

 

Dünya

Yazı naviqasiyası

Previous Post: “Honeywell” Qarabağda – Ağdamda qaz sayğacı zavodu qurulur
Next Post: Binədə istixanada güclü YANĞIN baş verib

Related Posts

  • İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi Dünya
  • Pis hava Kanye Vestin ən məşhur səhnəsini sıradan çıxardı Dünya
  • Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək Dünya
  • İstanbulda qanunsuz mərc istintaqı: 25,5 kiloqram qızıl müsadirə edildi Dünya
  • Türkiyənin nüvə layihəsində SON MƏRHƏLƏ – İlk reaktor nə vaxt işə düşəcək? Dünya
  • Ərdoğan Tokayevlə danışdı Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Sarkisyanın ev dustaqlığı barədə YENİ QƏRAR Dünya
  • Reper Ciqanın qızından ŞOK ETİRAF Dünya
  • Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq Cəmiyyət
  • WSJ: Almaniyanın hərbi gücü Avropa ölkələrini narahat edir Dünya
  • Bu il onların pensiyası artacaq Cəmiyyət
  • Məsud Pezeşkian Ermənistana gedir Siyasət
  • Pezeşkian İsraili atom bombasına sahib olmaqda ittiham edib Siyasət
  • Arzu Əliyevadan Mehriban Əliyeva ilə bağlı paylaşım – FOTO Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by