Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Bakıda kişi pilləkənlərdən yıxılıb öldü Hadisə
  • Sabah yağış yağacaq, şimşək çaxacaq Ölkə
  • Macarıstanın baş naziri AES-dəki problem barədə danışdı Dünya
  • Lavrovdan Köçəryan və Sərkisyanla bağlı gözlənilən açıqlama Siyasət
  • İnvestorların bölgəyə marağı artıb – AÇIQLAMA İqdisadiyyat
  • Kuşner: Tramp təkcə müharibəyə son qoymaq deyil, həm də Ukraynaya davamlı sülh üçün şərait yaratmaq istəyir Siyasət
  • Bakıda elektrik faciəsi – Ölənlər var Hadisə
  • Sevmədiyimiz işdə niyə illərlə qalırıq? – Bizi saxlayan görünməz səbəblər Cəmiyyət

Məktəbə ilk addımlar: Şagirdlərdə stresin qarşısını necə almaq olar?

Posted on 3 Sentyabr 2026 By admin Şərh yoxdur Məktəbə ilk addımlar: Şagirdlərdə stresin qarşısını necə almaq olar?

Yeni tədris ilinin başlaması ilə şagirdlərdə sevinc və həyəcanla yanaşı, stres və gərginlik də müşahidə oluna bilər. Stresin qarşısını almaq üçün ilk növbədə onun hansı səbəbdən yarandığını müəyyənləşdirmək lazımdır. Bəzən stresin yalnız neqativ hadisələrdən qaynaqlandığı düşünülür. Lakin əslində müsbət hadisələr də insanda stres yarada bilər. Bu, şagirdin yaşından, xarakterindən və təlimə hazırlıq səviyyəsindən asılı olaraq dəyişir.

Bu barədə AZƏRTAC-a açıqlamasında 20 nömrəli məktəb-liseyin psixoloqu Fidan Rzayeva söyləyib. O, tədris ilinin başlaması ilə əlaqədar stresin ən çox məktəbə ilk dəfə qədəm qoyan birinci sinif şagirdlərində müşahidə olunduğunu bildirib. Qeyd edib ki, xüsusilə məktəbəqədər hazırlıq qruplarında iştirak etməyən və gününün böyük hissəsini valideynləri ilə keçirən uşaqlarda yeni mühitə uyğunlaşma daha çətin ola bilər. Bu dövrdə valideynlər övladlarına qarşı daha həssas və diqqətli olmalıdırlar. Çünki məktəbə ilk addımın uşaq üçün necə keçməsi onun sonrakı dövrlərdə məktəbə və təlimə münasibətinə təsir göstərə bilər.

“Nəzərə alaq ki, Daniil Elkoninin yaş dövrləri nəzəriyyəsinə əsasən, uşaqlığın məktəbəqədər dövrü 3–7 yaş aralığını əhatə edir və bu mərhələdə aparıcı fəaliyyət oyundur. Uşaq artıq oyun vərdişinə yiyələnib, lakin təlim fəaliyyətinə hələ tam bələd deyil. Bu nüansı nəzərə almadıqda, uşağa oyun və oyuncaqları tamamilə qadağan edib gününün böyük hissəsini təlimlə məşğul olmağa yönəltmək onda təlimə qarşı aqressiya yarada bilər”, – deyə psixoloq bildirib. O, əlavə edib ki, uşaq təlimin onun üçün nə qədər vacib olduğunu hələ tam anlamır. O, təlimi sevdiyi fəaliyyətin, yəni oyunun əlindən alınması kimi qəbul edə bilər. Bu isə zaman keçdikcə şagirddə təlimə qarşı marağın və sevginin azalmasına səbəb ola bilər. Məhz buna görə hər şeydən əvvəl uşaqda məktəbə və öyrənməyə qarşı müsbət münasibət formalaşdırmaq lazımdır.

“Tədris başlamazdan əvvəl uşağa məktəb, müəllim, sinif yoldaşları və məktəb mühiti haqqında məlumat vermək faydalıdır. Valideyn öz məktəb təcrübələrini də uşaqla bölüşə bilər. Məsələn, məktəbdə başına gələn maraqlı hadisələrdən, qazandığı dostlardan və sevdiyi müəllimlərdən danışmaq uşağın məktəbə olan marağını artıra bilər.

Təlim dövrü başladıqda isə ev tapşırıqlarını uşağa məcburiyyət kimi təqdim etmək əvəzinə, bunu maraqlı və öyrədici fəaliyyətə çevirmək daha məqsədəuyğundur. Eyni zamanda, uşağın gün ərzində müəyyən vaxtını oyun və əyləncəyə ayırmasına imkan yaratmaq lazımdır.

Unutmayaq ki, məktəb uşağın həyatında yalnız dərs və tapşırıqlardan ibarət olmamalıdır. Uşağın məktəbə ilk addımları nə qədər rahat və müsbət keçərsə, onun məktəbə, müəllimə və öyrənməyə münasibəti də bir o qədər sağlam formalaşa bilər”, – deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Təhsil

Yazı naviqasiyası

Previous Post: Lahor şəhəri ŞƏT-in mədəniyyət və turizm paytaxtı seçildi
Next Post: Balarəhim Quliyevə yüksək vəzifə verildi

Related Posts

  • MDU-da turizm təhsili yenilənir: İngilis dilində kadr hazırlığı və Sənaye Şurası Təhsil
  • 45 minə də var, 2500 manata da – ÖZƏL ORTA MƏKTƏBLƏRİN QİYMƏTLƏRİ Təhsil
  • Qızların məktəbdə sırğa taxması qadağan edilir? – Rəsmi açıqlama Təhsil
  • Şagirdin atası məktəbdə insident törətdi – Həbs olundu Təhsil
  • Naxçıvanın yeni inkişaf salnaməsi yazılır Təhsil
  • Yeni təmayül modeli üçün müəllim seçimi davam edir Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Birləşmə öncəsi “Bank Respublika”da nə baş verir? – Depozitləri əridi.. İqdisadiyyat
  • İçki mağazasına girən meymun sərxoş oldu – VİDEO Dünya
  • Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə.. Ölkə
  • Rusiya və Ukrayna həmin razılaşmanı qəbul etdi – Tramp açıqladı Siyasət
  • Dünya daha bir təhlükəsi üz-üzə: Ebola pandemiyaya səbəb ola bilərmi? Dünya
  • Kiyevə hücum zamanı azərbaycanlı həlak olub Hadisə
  • Bakıda yüzlərlə ev plana düşdü – Kompensasiya ödəniləcək Ölkə
  • Bakı payız yağışlarına hazırdırmı? – SƏDRDƏN AÇIQLAMA Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by