Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Bakıda məsciddə namaz qılıb yatdı – Telefonu oğurlandı Hadisə
  • Zelenski müşayiət altında bu ölkəyə gedir – 40-dan çox polis postu quruldu Dünya
  • “Honeywell” Qarabağda – Ağdamda qaz sayğacı zavodu qurulur Ölkə
  • UEFA ilə FİFA arasında hakimlik gərginliyi İdman
  • İlham Əliyev və Şavkat Mirziyoyev “Yeni Daşkənd”də ağac əkdilər – VİDEO Siyasət
  • Bu gün “Qarabağ”ın səfər oyunu var İdman
  • Limonlu su ilə qarqara dişləri məhv edə bilər – Stomatoloqdan XƏBƏRDARLIQ Maraqlı
  • Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR İqdisadiyyat

Azərbaycanın Qarabağ və Rumıniyanın Maramureş regionları əməkdaşlıq edəcəklər

Posted on 15 Avqust 2026 By admin Şərh yoxdur Azərbaycanın Qarabağ və Rumıniyanın Maramureş regionları əməkdaşlıq edəcəklər

Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında müxtəlif sahələri əhatə edən geniş əməkdaşlığın qurulması barədə razılıq əldə olunub.

Bu barədə  Azərbaycanın Rumıniyadakı Səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Maramureş vilayətinin paytaxt şəhəri Baia Marenin meri İoan Doru Denkuş ilə görüşüb.

Görüşdə Baia Mare və Xankəndi şəhərləri arasında əlaqələrin qurulması və inkişafı, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və digər qarşılıqlı fayda doğuran məsələlər müzakirə mövzusu olub.

Baia Marenin meri İoan Doru Dencuş Azərbaycan, o cümlədən Qarabağ bölgəsi ilə əlaqələrin inkişafı üçün konkret istiqamətlərin müəyyənləşdirməsini, Azərbaycan şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasını və qarşılıqlı investisiya imkanlarının dəyərləndirməsini təklif edib. O, Qarabağ regionu ilə həmçinin mədəni, humanitar və idman sahələrində əməkdaşlığa maraqlı olduqlarını bildirib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşı tərəfə dəvətə görə təşəkkürünü bildirərək, Xankəndi şəhərinin coğrafi yerləşməsi, füsunkar təbiəti və zəngin irsi baxımından Baia Mare şəhərinə oxşarlıqlarından söz açıb. O, həmçinin Azərbaycanın Qarabağ regionunun paytaxtı olaraq aparıcı rolunu vurğulayaraq, Xankəndi şəhərinin 270 illik zəngin tarixə malik olduğunu, 30 ildən artıq Ermənistan tərəfindən işğalda saxlanıldığını və Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsində 2023-cü ilin sentyabr ayında azad olunduğu qarşı tərəfə çatdırıb. Bunda əlavə, Elçin Yusubov Qarabağda həyata keçirilən iri miqyaslı tikinti, quruculuq və infrastruktur lahiyələri barədə söz açaraq, xarici investorlar üçün bölgədə yaradılan geniş imkanlardan danışıb. “Qarabağda həyata keçirilən miqyaslı layihələr uzunmüddətli strateji baxımından bütün region ölkələri, o cümlədən Avropa ölkələri üçün fayda daşıyır”- deyə, o qeyd edib.

Bundan əlavə, E.Yusubov Rumıniya tərəfini Azərbaycana, xüsusən Qarabağa rəsmi səfərə dəvət edib.

Görüşdə tərəflər Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma haqqında sazişin imzalanması barədə razılığa gəliblər.

Ötən gün Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniyanın Maramureş regionunun rəhbəri Qabriel-Valer Zatea ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişafı, xüsusən Qarabağ və Maramureş regionları arasında müxtəlif sahələri əhatə edən geniş əməkdaşlığın qurulması müzakirə mövzusu olub.

Görüş zamanı Azərbaycan tərəfi Rumıniyanın Maramureş regionu ilə əməkdaşlığa açıq olduğunu bildirərək, iqtisadi və investisiya sahələrini dəyərləndirmək məqsədilə, əlaqələrin inkişafı məqsədilə Maramureş regionunun rəhbəri Qabriel-Valer Zateanı Qarabağa rəsmi səfərə dəvət edib. Səfər çərçivəsində Qarabağda və Maramureşdə qarşılıqlı regionların günlərinin keçirilməsi, iki regionun iş adamlarının iştirakı ilə biznes forumun təşkili müzakirə olunub.

Rumıniyanın Maramureş regionunun rəhbəri Qabriel-Valer Zatea dəvəti qəbul edərək, regional səviyyədə əməkdaşlığın inkişafının iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib. O, rəhbərlik etdiyi regionda həyata keçirilən layihələrdə Azərbaycan sərmayəçilərinin iştirakına böyük maraq göstərdiyini qeyd edib.

E.Yusubov öz növbəsində Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığın, xüsusən strateji tərəfdaşlıq ələqələri olan Rumıniya ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağın 30 ildən artıq davam edən işğaldan azad olunmasını və regionda dayanıqlı sülh və sabitlik mühitinin bərqərar olmasını tarixi nailiyyət kimi qiymətləndirib.

Dünya

Yazı naviqasiyası

Previous Post: Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib
Next Post: Bu ölkədə məhkəmə uşaqların sosial şəbəkəyə girişini qadağan edən qanunu blokladı

Related Posts

  • İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi Dünya
  • Kosmosda sakitlik olacaq? – Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz Dünya
  • ABŞ Çinin “haker ordusu”nun izinə düşdü: İki platforma ələ keçirildi Dünya
  • Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü Dünya
  • Zelenski müşayiət altında bu ölkəyə gedir – 40-dan çox polis postu quruldu Dünya
  • Ərdoğan Tokayevlə danışdı Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Kazemironun debüt qolu, Messinin pokeri: “İnter Mayami” “Monreal”ı darmadağın etdi İdman
  • Bu gün Laçın Şəhəri Günüdür Ölkə
  • Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək Dünya
  • Yaponiyada güclü zəlzələ baş verib Dünya
  • Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU Dünya
  • “Apple Music” Aİ mahnıları ilə bağlı qərar Dünya
  • Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz Cəmiyyət
  • Robot Useyn Boltun rekordunu qırdı İdman

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by