Ölkə.az “The Washington Post”a istinadən xəbər verir ki, ABŞ kəşfiyyat rəsmilərinin İsrailin İrandan qaynaqlanan sui-qəsd təhdidi ilə bağlı verdiyi kəşfiyyat məlumatlarını “inandırıcı deyil” hesab etməsinə baxmayaraq, Tramp yenə də Ankarada təyyarəsini dəyişməli olub.
İsrailin MKİ-yə çatdırdığı iddia edilən sui-qəsd təhdidi barədə “The Washington Post”a danışan ABŞ kəşfiyyat rəsmisi bildirib ki, kəşfiyyatın etibarlılığına şübhələr olsa da, Məxfi Xidmət əvvəlki sui-qəsd cəhdlərinə görə risk etmək istəməyib. Ona görə də Tramp 8 iyulda Ankarada keçirilən NATO Zirvəsindən ayrılarkən onun təyyarəsi “ehtiyat tədbiri” olaraq dəyişdirilib.
ABŞ kəşfiyyat rəsmiləri qeyd ediblər ki, İsrailin bu məlumatı paylaşmaqda məqsədi sadəcə məlumatlandırmaq deyil, ABŞ-ın regional siyasətinə və Trampın qərar qəbuletmə proseslərinə təsir göstərmək ola bilər.
Amerikalı rəsmilər hesab edib ki, İsrail Türkiyəni orta və uzunmüddətli təhlükə kimi görür və Trampla Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi yaxınlıqla güclənən Vaşinqton-Ankara əlaqələrindən narahatlığını bildirib.
Ağ Evin bəyanatında Trampın həyatına qarşı təhdidlərin ciddi qəbul edildiyi və Məxfi Xidmətin öz mühafizə missiyasını uğurla yerinə yetirdiyi vurğulanıb.
Tramp F-16 qırıcı təyyarələrinin müşayiəti ilə İngiltərəyə aparılıb.
Qeyd edək ki, Qətər tərəfindən Trampa hədiyyə edilən yeni təyyarə 8 iyulda Ankarada keçirilən NATO Zirvəsindən ayrılarkən təhlükəsizlik çatışmazlıqları və İsraildən gələn kəşfiyyat məlumatları səbəbindən gizli şəkildə Hərbi Hava Qüvvələri Birinci Hava Qüvvələrindən çıxarılıb. Daha sonra təyyarə hava limanında xidmət göstərən yük maşını vasitəsilə C-32A hərbi təyyarəsinə köçürülüb və F-16 qırıcı təyyarələrinin müşayiəti ilə İngiltərəyə aparılıb.
Prezident Tramp da həmçinin “təhlükəsizlik narahatlıqları” nı əsas gətirərək Məxfi Xidmətin ona fərqli bir təyyarədən istifadə etməyi tapşırdığı ilə bağlı iddiaları təsdiqləyib.