Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Sabahdan leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ Ölkə
  • Azərbaycandan Ermənistana yük göndərildi – YENİLƏNİB Ölkə
  • Yeni sistemin yaradılması nə vəd edir? – DETALLAR AÇIQLANDI Cəmiyyət
  • “Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır” Siyasət
  • Xətaidə yaşayış binasında yanğın – VİDEO Hadisə
  • Ən “bahalı” rayonlarımız.. – Bu bölgələrdə yaşamaq daha çox pul tələb edir – SİYAHI İqdisadiyyat
  • Anar Nəcəfli AAYDA-dan getməyib Cəmiyyət
  • Ərdoğandan xəbərdarlıq: İran-ABŞ gərginliyi Türkiyə iqtisadiyyatına da təsir edir Dünya

Prezident bu qanunu təsdiqlədi

Posted on 13 Avqust 2026 By admin Şərh yoxdur Prezident bu qanunu təsdiqlədi

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Toxumçuluq haqqında” qanunu təsdiqləyib.

Sənəd müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir.

Qanuna toxumçuluq fəaliyyəti ilə bağlı bir sıra yeni anlayışlar daxil edilib, mövcud anlayışlar mahiyyətinə uyğun olaraq dəqiqləşdirilir.

Toxumçuluğun məqsəd və prinsipləri ətraflı şəkildə müəyyən edilib, sahənin obyektlərinin və subyektlərinin dairəsi dəqiqləşdirilib. Eyni zamanda, qanunda toxumun keyfiyyətinə nəzarət və sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur, toxum müfəttişlərinin səlahiyyət və vəzifələri, toxumların emalı, utilizasiyası, məhv edilməsi, qablaşdırılması və etiketləşdirilməsi prosesləri dəqiq müəyyən edilir.

Qanunda nəzərdə tutulan yeniliklərdən biri də məhz elektronlaşma ilə bağlıdır. Belə ki, toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin (toxum əməliyyatçılarının) qeydiyyatının elektron şəkildə aparılması prosesin operativliyini təmin etmək baxımından mühüm amildir. Elektronlaşma nəticəsində aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq.

Qanun həm də toxumçuluq sahəsinin iqtisadi əsaslarını yeniləyir. Belə ki, qüvvədə olan qanuna əsasən yüksək nəsilli toxumlar kvota əsasında istehsal edilirdi ki, bu da bazar iqtisadiyyatı şəraitində rəqabəti əngəlləyirdi. Yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi bu sahədə rəqabət mühiti yaratmaqla, özəl seleksiya və özəl ilkin toxumçuluğun inkişafına şərait yaradacaq.

Keyfiyyət və beynəlxalq uyğunluq baxımından kənd təsərrüfatı bitki sortlarının toxumlarının kateqoriyaları beynəlxalq standartlara uyğunlaşdırılaraq artırılma mərhələsindən asılı olaraq orijinal, elit və sertifikatlı toxum (C1, C2 və birinci nəslin hibrid toxumları) kimi müəyyən edilir, sertifikatlaşdırılmış toxumların etiketində toxuma aid tam və detallı məlumatların əks olunması tələbi isə toxum marketinqi sahəsinin inkişafına təkan verir. Eyni zamanda hüquqi və fiziki şəxslərə yalnız öz əkinlərində təsərrüfat sınağı məqsədilə Dövlət Reyestrinə daxil edilməmiş bitki sortlarının toxumlarını idxal etmək imkanı verilməsi yeni sortların təsərrüfat şəraitində sınaqdan keçirilməsi və yararlılığının qiymətləndirilməsi üçün əlavə şərait yaradır.

Qanun toxumçuluq sektorunda köklü islahat hesab edilməklə aqrar sektorun dayanıqlı inkişafına əhəmiyyətli təsir edəcək. Qanunun qəbulu ilə gözlənilən əsas müsbət nəticələr aşağıdakılardır:

– özəl seleksiyanın və özəl ilkin toxumçuluğun inkişafı üçün rəqabət mühitinin formalaşması;

– istehsal edilən toxumların keyfiyyət göstəricilərinin yüksəlməsi, vahid toxum sisteminin formalaşması və tənzimləmə-nəzarət tədbirlərinin asanlaşdırılması;

– toxum marketinqi sahəsinin inkişafı;

– yerli toxumçuluğun inkişaf etdirilməsi və idxal olunan toxumlara sərf olunan maliyyə vəsaitinin ölkədə qalması;

– keyfiyyətli sertifikatlı toxumdan istifadə hesabına məhsuldarlığın artırılması;

– əlverişli biznes mühiti hesabına sahəyə özəl investisiyanın cəlb edilməsi və toxum ixracının təşkili üçün münbit şəraitin yaradılması.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Nazir Musa Paşayevə yüksək vəzifə verdi
Next Post: Samuxda 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib, vəziyyət nəzarət altındadır

Related Posts

  • Birləşmiş Ştatların uduzmasını istəyirlər – Tramp Siyasət
  • Xamenei müsəlman ölkələrinə çağırış edib Siyasət
  • ABŞ-İran qarşıdurması: 20-yə yaxın tanker Şri-Lanka sahillərinə sığındı Siyasət
  • Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub Siyasət
  • İlham Əliyev: “Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub” Siyasət
  • İran XİN rəsmisi ABŞ-nin siyasətini parodiya adlandırdı Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Rusiyalılara viza verilməsi kəskin azaldılır: Aİ yeni qadağalara hazırlaşır Dünya
  • Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır Siyasət
  • UEFA Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub – YENİLƏNİB İdman
  • İnfarkt qəfil baş verməyə bilər: Kardioloq ilkin siqnalları sadaladı Cəmiyyət
  • Neftimizin qiyməti 108 dolları keçdi İqdisadiyyat
  • Xəzər rayonunda oğurluq edən iki nəfər saxlanılıb Kriminal
  • Yaponiyada güclü zəlzələ baş verib Dünya
  • Tramp açıqladı: İranı belə əzəcəyik Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by