Saleh Məmmədovun 16.7 milyon xərclədiyi yol çökdü-Video
Bugün, 09:14 - Gündəm / Cəmiyyət
İsmayıllıda sürüşməyəmeyilli ərazilərdə aktivlik müşahidə edilir.
Son günlər qeydə alınan intensiv yağışlar avtomobil yollarının çökməsinə səbəb olub.
Xalq xəbər verir ki,Dəmirçi-Lahıc avtomobil yolunda baş verən sonuncu sürüşmə nəticəsində yolun bir hissəsi tamamilə uçaraq yararsız vəziyyətə düşüb. Hazırda sürücülər yolun digər zolağı vasitəsilə hərəkət etmək məcburiyyətində qalıblar.
“Yağışdan sonra yol bərbad vəziyyətə düşüb. Çətin vəziyyətdəyik. Maşınlar çətinliklə keçir”, – deyə sürücü narazılıq bildirib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Qeyd edək ki, 2018-ci ildə inşa edilən Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Şamaxı rayonunun bir və İsmayıllı rayonunun dörd yaşayış məntəqəsini əhatə edən Dəmirçi-Lahıc yolunun tikintisinə Prezidentin ehtiyat fondundan 3 milyon, dövlət büdcəsinin investisiya xərclərindən isə 13,7 milyon manat olmaqla, Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 16,7 milyon manat ayrılıb.