Xırdalanda “Little Stars” uşaq bağçasına azyaşlı uşaqları əmanət etmək olarmı?-Video
Dün, 18:05 - Cəmiyyət / Gündəm
Xırdalanda yerləşən “Little Stars” uşaq bağçasında qalmaqal yaşanıb.
Valideyn Məmmədova Turanə oğlunun bağçada yıxılaraq xəsarət aldığını bildirir. Valideyn iddia edir ki, uşağının qolunun sınmasını baxça işçiləri və rəhbərlik ondan gizlətməyə çalışıblar. Məhz buna görə uşağın qolunun sınmasını 2 saata yaxın ona bildirməyiblər.
Turanə Məmmədova uşağının qolunun sınmasına bağça işçilərinin və rəhbərliyinin laqeyid yanaşdığını iddia edir. Məsələ ilə bağlı araşdırma aparılır.