Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Azərbaycan neftinin qiyməti 95 dolları keçib İqdisadiyyat
  • Agentlik sədri Nigar Cəbrayılovaya yeni vəzifə verdi – FOTO Cəmiyyət
  • Narkotiklə bağlı cinayət törədənlərin SAYI Kriminal
  • Macarıstanın baş naziri AES-dəki problem barədə danışdı Dünya
  • UEFA Konfrans Liqası: “Qarabağ” – “Tvente” oyununda hesab açılıb – VİDEO –  YENİLƏNİB İdman
  • Xamenei müsəlman ölkələrinə çağırış edib Siyasət
  • XİN: Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir Ölkə
  • İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD Siyasət

Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı

Posted on 30 Avqust 202630 Avqust 2026 By admin Şərh yoxdur Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonunda gəlirlərinin dəyişməməsindən şikayətlənirlər.

Bəs orta aylıq pensiyanın artması konkret vətəndaşların gəlirlərinə nə dərəcədə təsir edir? Pensiya və maaşlarda növbəti artım nə zaman gözlənilir?

İqtisadçı Vüsalə Əhmədova deyib ki, vətəndaşların “orta aylıq maaş və ya pensiya artırılıb, amma mənim maaşım və ya pensiyam dəyişməyib” deməsi tamamilə əsaslı iraddır:

“Çünki “orta aylıq əməkhaqqı” ölkədə müxtəlif əməkhaqlarının statistik göstəricisidir. Yəni şəxsin maaşının həmin faizlə artması demək deyil. Orta əməkhaqqı göstəricisi pensiyalar baxımından yalnız hüquqi əhəmiyyət daşıyır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsində, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulub”.

İqtisadçı bildirib ki, nominal artım ilə real artım arasında ciddi fərq var:

“Əgər pensiya 10 faiz artırılırsa və həmin dövrdə ərzaq, dərman, kommunal, geyim, xidmətlər və digər xərclər 80 faiz artırsa, belə olan şəraitdə insanların sosial rifahının yüksəlməsindən bəhs edə bilmərik. Məsələn, pensiya 9,3 faiz artırılıb, amma həmin şəxsin yalnızca əsas xərcləri 35-50 faiz bahalaşıbsa, pensiyaçının real alıcılıq qabiliyyəti təbii ki, aşağı düşəcək. İnsanların real gəliri inflyasiyanı üstələmir.

vusale ehmedova 1

Vüsalə Əhmədova

Ən doğru artım necə olmalıdır sualına belə cavab verə bilərəm ki, pensiya və maaşların artım faizi ilə inflyasiya və faktiki istehlak səbətinin qiymət artımı uyğunlaşdırılsın”.

İqtisadçının fikrincə, pensiya və maaş yanvar ayında artırıla bilər:

“Böyük ehtimalla pensiyaların yenidən yanvarın 1-dən indeksləşdirilməsi mexanizmi işləyəcək. Çünki qanunda əmək pensiyasının ildə bir dəfə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulur. Əməkhaqlarının artırılması isə dövlət sektorunda ayrıca qərar və ya sərəncam, büdcə imkanları, tarif və vəzifə maaşlarında dəyişiklik, həmçinin minimum əməkhaqqının artırılmasına bağlıdır. Təkrar qeyd edim ki, pensiyanın nominal olaraq 8-10 faiz artırılması bir pensiyaçı üçün heç nə ifadə etməyəcək. Məsələn, 600 manat pensiya 10 faiz artaraq 660 manat olsa və həmin şəxsin əsas istehlak xərcləri eyni müddətdə 40-50 faiz artsa, alıcılıq qabiliyyəti yenə də faktiki olaraq azalacaq. Pensiya və minimum əmək haqqını inflyasiyaya uyğun artırmaq üçün ayrıca mexanizm qurulmalıdır. Bu mexanizm vətəndaşın alıcılıq qabiliyyətinin inflyasiya qarşısında qorunmasına daha yaxşı xidmət edəcək”.

İqdisadiyyat

Yazı naviqasiyası

Previous Post: Rusiya Ordusu bu istiqamətdə hücuma hazırlaşır
Next Post: Kazemironun debüt qolu, Messinin pokeri: “İnter Mayami” “Monreal”ı darmadağın etdi

Related Posts

  • Dünya bazarında qızıl ucuzlaşdı İqdisadiyyat
  • Ən “bahalı” rayonlarımız.. – Bu bölgələrdə yaşamaq daha çox pul tələb edir – SİYAHI İqdisadiyyat
  • Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR İqdisadiyyat
  • Nazirlikdən 25 minə yaxın şəxsin pensiyası ilə bağlı MÜHÜM QƏRAR  İqdisadiyyat
  • İki avtomobil nəhəngi Rusiya bazarına QAYIDIR İqdisadiyyat
  • Azərbaycan neftinin qiyməti 95 dolları keçib İqdisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Categories

  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqdisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Mədəniyyət
  • Ölkə
  • Siyasət
  • Təhsil
  • Tramp tikintini sürətləndirdi: 250 işçi günün 20 saatı çalışır Dünya
  • Bu iki ölkə birgə bank yaradacaq Dünya
  • And içdilər – FOTOLAR Cəmiyyət
  • ABŞ-dən Azərbaycanla bağlı gözlənilməz qərar – Tarixdə ilk dəfə olacaq Ölkə
  • Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ Hadisə
  • Yeniyetmələr üçün “ChatGPT” istifadəyə verildi Dünya
  • İtkin-şəhid Akif Qurbanov Sulutəpədə dəfn edildi Ölkə
  • Orqanizminizdə iltihab varsa qəhvə için Dünya

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme