Azərbaycan təmsilçisi “Barselona” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Napoli” (İtaliya) və “Slaviya” (Çexiya) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu “Arsenal”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Vilyarreal” (İspaniya) və “Vikinq”lə (Norveç) səfərdə qarşılaşacaq.
***
“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki dörd rəqibi müəyyənləşib.
Azərbaycan təmsilçisi evdə İspaniyanın “Barselona” və Almaniyanın “Borussiya Dortmund” klubları ilə qarşılaşacaq.
Ölkə çempionu səfərdə isə İngiltərənin “Arsenal” və “Mançester Yunayted” komandaları ilə üz-üzə gələcək.
Beləliklə, “Sabah”ın Çempionlar Liqasındakı ilk dörd rəqibi arasında üç nəhəng klub – “Barselona”, “Arsenal” və “Mançester Yunayted” yer alıb.
***
“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki üçüncü rəqibi müəyyənləşib.
Azərbaycan təmsilçisi Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə qarşılaşacaq.
Bu oyun da Bakıda keçiriləcək.
***
“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki ikinci rəqibi müəyyənləşib.
Ölkə.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.
Məlumata görə, “Sabah” bu rəqiblə ilk görüşü səfərdə keçirəcək.
***
“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki ilk rəqibi müəyyənləşib.
Azərbaycan təmsilçisi “Barselona” ilə qarşılaşacaq.
Məlumata görə, görüş Bakıda keçiriləcək.
***
UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə Liqa mərhələsinin püşkatma mərasimi keçirilir.
Monakoda təşkil olunan tədbirdə turnirdə mübarizə aparacaq 36 klubun rəqibləri müəyyənləşdirilir.
Azərbaycan çempionu “Sabah” isə püşkatmaya 4-cü səbətdən qatılır.