Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • “İbrahim Tatlışiş” restoranında kabab at ətindən bişirilirmiş Ölkə
  • Sabirabadda avtomobil motosikletlə toqquşub – ölən var Hadisə
  • Avrasiyanın yeni qapısı: Naxçıvan necə logistika, enerji habına çevrilir Siyasət
  • Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək Dünya
  • Yeni sistemin yaradılması nə vəd edir? – DETALLAR AÇIQLANDI Cəmiyyət
  • Güclü zəlzələdə ölənlərin sayı 300-ü ötdü Dünya
  • Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək İdman
  • Əkrəm İmamoğlu CHP-dən istefa verib Dünya

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub – FOTOLAR

Posted on 23 Avqust 2026 By admin Şərh yoxdur Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub – FOTOLAR

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları əvvəlcə ali təhsil ocağının rəmzi açılışını bildirən lenti kəsiblər.

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev universitetin həyətində ağac əkiblər.

Azərbaycanın və Özbəkistanın dövlət başçılarına Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin tarixi və yaradılmış şərait barədə məlumat verilib.

1935-ci ildə Mərkəzi Asiya Dövlət Universitetinin Pedaqoji fakültəsinin bazasında Daşkənd Pedaqoji İnstitutu yaradılıb. 1947-ci ildə təhsil müəssisəsinin adı Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutu olaraq dəyişdirilib, 1998-ci ildən isə institut Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti kimi fəaliyyətini davam etdirib.

Universitetin məzunları arasında Özbəkistanın ədəbiyyatının, mədəniyyətinin, elminin və ictimai həyatının inkişafına mühüm töhfələr vermiş çoxsaylı görkəmli şəxsiyyətlər var.

Universitetin strukturunda 6 ali pedaqoji məktəb, həmçinin 1 Birgə Təhsil Ali Məktəbi və 1 magistratura şöbəsi fəaliyyət göstərir. Burada, ümumilikdə, 33 kafedra var. Universitetdə bakalavriat üzrə 38, magistratura üzrə isə 31 ixtisasda kadrlar hazırlanır. 730 müəllim və elmi-pedaqoji işçinin çalışdığı universitetdə 17 mindən çox tələbə, o cümlədən 6 Azərbaycan vətəndaşı olan tələbə, magistrant və müstəqil tədqiqatçı kimi təhsil alır. Eyni zamanda, burada dünyanın 13 ölkəsindən 250 nəfər təhsilini davam etdirir.

Universitetdə beynəlxalq təhsil proqramlarının tətbiqinə də xüsusi yer ayrılır. Təhsil ocağı dünyanın 20 ölkəsindən 15 beynəlxalq təhsil təşkilatı və 127 universitetlə, həmçinin UNESCO və UNICEF ilə sıx əməkdaşlıq qurub. Burada 12 birgə təhsil proqramı həyata keçirilir. Həmçinin 4 beynəlxalq təhsil və mədəniyyət mərkəzi – Azərbaycan, Qazaxıstan, Cənubi Koreya və Çin mərkəzləri fəaliyyət göstərir.

Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə anlaşma memorandumları imzalayıb. Bu əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatlar və beynəlxalq konfranslar, təhsil və elmi təcrübə mübadiləsi, həmçinin mədəni-maarif əlaqələri inkişaf etdirilir. Ölkəmizlə əməkdaşlıq çərçivəsində Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin ilk 5 məzunu qrant əsasında bu universitetdə təhsil almaq hüququ qazanıb.

“Yeni Daşkənd” ərazisində 40 hektar sahədə universitetin yeni kampusunun tikintisi həyata keçirilir. Layihə, ümumilikdə, 20 min nəfərlik tədris korpuslarının, həmçinin 5 min nəfərlik tələbə yataqxanalarının yaradılmasını nəzərdə tutur. Yeni kampusda Nizami Gəncəvi Muzeyi və universitetin tarix muzeyləri olacaq.

Dövlət başçıları burada təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşüb, onlarla söhbət ediblər.

 

 

Mədəniyyət

Yazı naviqasiyası

Previous Post: İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
Next Post: Fransalı futbolçu Kastello Lukeba “Barselona”ya keçə bilər

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Categories

  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqdisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Mədəniyyət
  • Ölkə
  • Siyasət
  • Təhsil
  • Təbrizdən İrəvana uçuşlar bərpa olunur – Tarix açıqlandı Dünya
  • ABŞ Federal Məhkəməsindən Azərbaycan daxil 75 ölkə üçün Viza Qərarı Dünya
  • Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü Dünya
  • Samuxda 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib, vəziyyət nəzarət altındadır Hadisə
  • IV ixtisas qrupunda ballar yüksələcək Cəmiyyət
  • “Qalatasaray”ın əsas hədəfi İdman
  • Məşhur general uzun müddətdən sonra ictimaiyyət arasında görünüb – FOTO Cəmiyyət
  • Avropanı əhatə edən dənizlər sürətlə isinir: Temperatur 6 dərəcə artıb Dünya

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme