Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Qazaxıstan “Drujba” ilə Almaniyaya neft tədarükünü bərpa edə bilər Dünya
  • 16 yaşlı qızı ərə vermək istədilər – İşə polis qarışdı Cəmiyyət
  • İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı Cəmiyyət
  • Bu gündən “Nizami” və “28 May” stansiyaları arasında hərəkət dayandırılıb Cəmiyyət
  • Həsən Osmanov vəfat etdi – FOTO Cəmiyyət
  • Bakıda yük avtomobili yolun ortasına aşdı Hadisə
  • Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınıb Cəmiyyət
  • Qarabağ müharibəsinin iştirakçısı olan yazıçı VƏFAT ETDİ Cəmiyyət

Ən “bahalı” rayonlarımız.. – Bu bölgələrdə yaşamaq daha çox pul tələb edir – SİYAHI

Posted on 19 Avqust 2026 By admin Şərh yoxdur Ən “bahalı” rayonlarımız.. – Bu bölgələrdə yaşamaq daha çox pul tələb edir – SİYAHI

Son illər Azərbaycanda istehlak qiymətlərinin (İQİ) artdığı müşahidə edilir.

Belə ki, xüsusilə 2021–2022-ci illərdə mövcud tendensiyanın sürətləndiyi görünür. Məsələn, 2021-ci ildə indeks 106,7 faizə yüksəlib və illik qiymət artımı 6,7 faiz olub. 2022-ci ildə isə qiymət artımı son illərin ən yüksək səviyyələrindən birinə çatıb. Ümumi İQİ 113,9 faiz təşkil edib ki, bu da qiymətlərin bir il ərzində 13,9 faiz yüksəldiyini göstərir. Həmin il xüsusilə ərzaq, içki və tütün məhsullarında bahalaşma diqqət çəkib – bu qrup üzrə indeks 119,5 faiz olub. 2023-cü ildə qiymət artımının tempi əhəmiyyətli dərəcədə zəifləyib.

Ümumi İQİ 108,8 faiz təşkil edib. 2024-cü ildə isə bu göstərici 102,2 faizə qədər düşüb. 2025-ci ildə isə ümumi İQİ 105,6 faiz olub. Başqa sözlə, Azərbaycanda istehlak qiymətləri orta hesabla əvvəlki illə müqayisədə 5,6 faiz artıb. Ərzaq, içki və tütün məhsulları üzrə qiymət artımı 6,8 faiz, ödənişli xidmətlər üzrə isə 6,5 faiz təşkil edib. Qeyri-qida məhsullarında artım isə daha aşağı — 2,5 faiz olub.

İl    Ümumi İQİ    Qida, içki və tütün    Qeyri-qida məhsulları    Ödənişli xidmətlər
2020    102,8%    105,0%    101,3%    101,0%
2021    106,7%    108,1%    105,1%    105,8%
2022    113,9%    119,5%    108,6%    110,4%
2023    108,8%    109,6%    108,4%    108,2%
2024    102,2%    101,3%    101,6%    104,0%
2025    105,6%    106,8%    102,5%    106,5%
Mövcud rəqəmlərə görə, 2022-ci ildəki kəskin bahalaşmadan sonra qiymət artımı tədricən zəifləsə də, 2025-ci ildə yenidən sürətlənib. Xüsusilə ərzaq və xidmətlər üzrə qiymət artımı ümumi göstəricidən yüksək olub. 2025-ci ilin göstəricilərinə əsasən, regionlar arasında ən yüksək istehlak qiymətləri artımı Qobustan rayonunda qeydə alınıb. Burada İQİ 109,8 faiz olub.

Bu, qiymətlərin 2024-cü illə müqayisədə orta hesabla 9,8 faiz artması deməkdir.İkinci yerdə Göygöl rayonu qərarlaşıb — 108,6 faiz. Ardınca Qazax rayonu 108,5 faiz, Lerik rayonu 108,2 faiz və Ağcabədi rayonu 108,1 faizlə gəlir. Ən aşağı göstərici isə Xızı rayonunda qeydə alınıb. Burada İQİ 103,7 faiz təşkil edib. Ondan əvvəl Şamaxı rayonu 103,9 faiz, Mingəçevir şəhəri isə 104,4 faizlə ən aşağı göstəricilərə malik ərazilər sırasında olub. Beləliklə, 2025-ci ildə ən yüksək və ən aşağı göstərici arasında 6,1 faiz bəndi fərq yaranıb – Qobustanda 9,8 faizlik, Xızıda isə 3,7 faizlik qiymət artımı qeydə alınıb.

Bakıda isə İQİ 106,5 faiz olub. Bu göstərici paytaxtda istehlak qiymətlərinin orta hesabla 6,5 faiz artdığını göstərir. Bakı bu göstərici ilə siyahıda 20-ci yerdə qərarlaşıb.

2025-ci ildə regionlar üzrə orta illik istehlak qiyməti indeksi belə olub:

1    Qobustan rayonu    109,8%
2    Göygöl rayonu    108,6%
3    Qazax rayonu    108,5%
4    Lerik rayonu    108,2%
5    Ağcabədi rayonu    108,1%
6    Xaçmaz rayonu    108,0%
7    Goranboy rayonu    108,0%
8    İsmayıllı rayonu    107,9%
9    Naxçıvan şəhəri    107,8%
10    Naxçıvan iqtisadi rayonu    107,8%
11    Ağstafa rayonu    107,8%
12    Qax rayonu    107,6%
13    Gədəbəy rayonu    107,5%
14    Ucar rayonu    107,4%
15    Neftçala rayonu    107,0%
16    İmişli rayonu    106,8%
17    Cəlilabad rayonu    106,7%
18    Tovuz rayonu    106,7%
19    Samux rayonu    106,7%
20    Bakı şəhəri    106,5%
21    Kürdəmir rayonu    106,5%
22    Gəncə-Daşkəsən iqtisadi rayonu    106,5%
23    Qazax-Tovuz iqtisadi rayonu    106,4%
24    Şirvan şəhəri    106,4%
25    Zaqatala rayonu    106,4%
26    Zərdab rayonu    106,4%
27    Qəbələ rayonu    106,3%
28    Füzuli rayonu    106,3%
29    Tərtər rayonu    106,3%
30    Dağlıq Şirvan iqtisadi rayonu    106,3%
31    Qarabağ iqtisadi rayonu    106,0%
32    Quba rayonu    106,0%
33    Bərdə rayonu    105,9%
34    Şəki-Zaqatala iqtisadi rayonu    105,9%
35    Beyləqan rayonu    105,8%
36    Naftalan şəhəri    105,8%
37    Qusar rayonu    105,8%
38    Yevlax rayonu    105,8%
39    Quba-Xaçmaz iqtisadi rayonu    105,8%
40    Astara rayonu    105,8%
41    Hacıqabul rayonu    105,7%
42    Sabirabad rayonu    105,7%
43    Şirvan-Salyan iqtisadi rayonu    105,6%
44    Şəki rayonu    105,6%
45    Şabran rayonu    105,6%
46    Ağdaş rayonu    105,5%
47    Sumqayıt şəhəri    105,5%
48    Abşeron rayonu    105,5%
49    Gəncə şəhəri    105,5%
50    Lənkəran-Astara iqtisadi rayonu    105,5%
51    Biləsuvar rayonu    105,4%
52    Daşkəsən rayonu    105,4%
53    Oğuz rayonu    105,4%
54    Mərkəzi Aran iqtisadi rayonu    105,3%
55    Siyəzən rayonu    105,3%
56    Balakən rayonu    105,3%
57    Ağsu rayonu    105,2%
58    Abşeron-Xızı iqtisadi rayonu    105,2%
59    Mil-Muğan iqtisadi rayonu    105,2%
60    Göyçay rayonu    105,1%
61    Ağdam rayonu    105,0%
62    Salyan rayonu    105,0%
63    Masallı rayonu    105,0%
64    Şəmkir rayonu    104,8%
65    Saatlı rayonu    104,7%
66    Lənkəran rayonu    104,7%
67    Yardımlı rayonu    104,6%
68    Mingəçevir şəhəri    104,4%
69    Şamaxı rayonu    103,9%
70    Xızı rayonu    103,7%

İqdisadiyyat

Yazı naviqasiyası

Previous Post: Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
Next Post: Paşinyan ordudakı intihar probleminin həlli üçün işçi qrupu yaradıb

Related Posts

  • Nazirlikdən 25 minə yaxın şəxsin pensiyası ilə bağlı MÜHÜM QƏRAR  İqdisadiyyat
  • Dünya bazarında qızıl ucuzlaşdı İqdisadiyyat
  • Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR İqdisadiyyat
  • Azərbaycan neftinin qiyməti 95 dolları keçib İqdisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Categories

  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqdisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Ölkə
  • Siyasət
  • Təhsil
  • 13 nəfərin meyiti tapıldı – Ötən həftənin dəhşətli statistikası Hadisə
  • Nazirlikdən 25 minə yaxın şəxsin pensiyası ilə bağlı MÜHÜM QƏRAR  İqdisadiyyat
  • Leysan, şimşək, güclü külək – YAY BİTDİ?  Cəmiyyət
  • Pis hava Kanye Vestin ən məşhur səhnəsini sıradan çıxardı Dünya
  • Nardaranda ayağı su nasosunda qalan uşağı xilas etmək mümkün olmadı – YENİLƏNİB Hadisə
  • Avqustun sonunda 3 bürcün həyatı dəyişəcək – Yeni imkanların qapısı açılır Cəmiyyət
  • Naxçıvanda əhalinin sayı artıb Siyasət
  • Həbs olunması barədə xəbərlərə belə cavab verdi – Açıqlama Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme